> Xidmətlərimiz > Yük sığortası
Yüklərin sığortası
“Xalq” Sığorta MMC hər bir müştərinin spesifikasına müvafiq, dünyanın ən yaxşı təkrarsığorta müdafiəsi ilə təmin olunan sığorta təminatını təklif edir.
Yük daşınması yolda yüksək risklə əlaqəlidir. Zədələnmə, məhv olma ehtimalı, oğurluq, soyğunçuluq, təbii fəlakətlər və s. bu amillər böyük zərər gətirir və yük sahibi ücün faciəvi ola bilər. Yükün məsuliyyətini yük daşıyana həvalə etmək və ya yoldakı təsadüfləri və təhlükəni tənzimləyən sığorta müqaviləsinə sahib olmaq olar. Ona görə yük daşıyanların şəxsi maraqların tam müdafiəsini əldə etmək üçün sığortaya müraciət edirlər.
Nəyi sığortalamaq olar?
Sığorta obyekti hər hansı bir nəqliyyatla daşınan istənilən növ yük, həmçinin daşınma ilə bağlı nəqliyyat və əlavə xərclər.
- Əsas yüklər (ədədlə olan qablaşdırılmış və qablaşdırılmamış)
- adi, uzun və kiçik
- yüngül və ağır
- konteyner yükləri
- Daha dəyərli yüklər: pul vəsaiti, qiymətli metallar, zinət əşyaları
- Boru kəməri vasitəsi ilə daşınan yüklər
- Xüsusi rejim qaydası ilə daşınan yüklər:
- təhlükəli yüklər
- tez xarab olan məhsullar
- heyvandarlıq məhsulları
- Yük daşınma zamanı qablaşdırılmamış daşınan yüklər o cümlədən:
- maye
- qalaq
- odun
- səpilən
Hansı risklərdən sığortalanmaq olar?
Bu növ sığorta üzrə qaydalar və şərtlər beynəlxalq standartlara uyğundur.
Sığorta təminatı üç şərtlə “A”, “B” və “C” həyata keçirilir.
“A” – şərti ilə sığorta təminatı bütün zərərləri, o cümlədən oğurluğu, daşınma zamanı fiziki zərəri və zədələnməni, həmçinin ümumi qəza və yükün xilas olunmasına çəkilən xərcləri əhatə edir. Aşağıdakılar istisna olmaqla bütün itkiləri əhatə edir:
- Sığortaçının yükə qarşı bilərəkdən laqeyd davranışı;
- Sığortalanmış yükün daxilində olan qüsurlar;
- Hərbi əməliyyatlar, milli çaxnaşmalar, yükün müsadirəsi və həbsi hallarında;
- Nüvə partlayışı və radioaktiv çirklənmələr;
- Anbar havasının temperaturunun və yükün xüsusi təbii xüsusiyyətinin təsiri;
- Qurdların, həşəratların, gəmiricilərin mənfi təsiri;
Düzgün olmayan qablaşdırma, əgər sığortaçının nümayəndəsi tərəfindən edilibsə
“B” – şərti ilə yalnız təbii fəlakət, toqquşma, nəqliyyat vasitəsinin itməsi, həmçinin yükləmə və boşaltma nəticəsində yükün zədələnməsindən yaranan zərərin ödənilməsinə təminat verilir.
Aşağıdakılar nəticəsində baş verən bütün zərərlər ödənilir:
- Yanğın və partlayış;
- Gəminin suya oturması;
- Gəminin və ya nəqliyyat vasitəsinin istənilən obyektlə toqquşması, su ilə təmas halı istisna olmaqla;
- Yerüstü daşımalarda çevrilmə və relsdən çıxma;
- Zəlzələ, vulkan püskürməsi, ildırım zərbəsi;
- Yükün göyərtəyə atılması və ya gəminin göyərtəsində yuyulması;
- Gəmiyə, və ya nəqliyyat vasitəsinə, yüklü konteynerə və ya saxlama yerinə su sızması;
- Gəminin batması və ya yüklənib-boşaltma işləri zamanı yükün ayrı-ayrı hissələrinin tamamilə itirilməsi.
“C” – şərti ilə yalnız təbii fəlakət, toqquşma və nəqliyyat vasitəsinin qəzaya uğraması və ya itməsi, həmçinin yükləmə və boşaltma nəticəsində yükün zədələnməsindən yaranan zərərin ödənilməsinə təminat verilir.
Əlavə “B” nin şərtlərindən fərqli olaraq aşağıdakılar istisna edilir:
· Su sızması;
· Yükləmə-boşaltma işlərinin yükə mənfi təsiri;
· Zəlzələ, vulkan püskürməsi, ildırım zərbəsi.
Sığorta haqqının məbləği yükün nomenklaturundan və bağlamasından, daşınma marşrutundan, daşınmanın üsulundan, seçilmiş sığorta şərtlərindən, həmçinin yükün qorunmasından asılı təyin olunur.
Sığorta təminatına daxil olmayan zərər
- Oğurluq, müsadirə, həbs, təsir göstərmə, gecikmə və ya bunlarla əlaqədar hər cür təşəbbüslər;
- Düşmənçilik və müharibə xarakterli hərəkətlər;
- Vətəndaş müharibəsi, iğtişaş, üsyan;
- Gizli və ya qadağan olunmuş ticarət, qaçaqmalçılıq;
- İdxal-ixrac və tranzit qayda və qanunlarının pozulması.
Sığorta müqaviləsini necə bağlamaq olar?
Yükləri üzrə Şirkətimiz ilə müqavilə bağlamaq üçün müştəri xüsusi müraciət formasını doldurmalıdır. Bundan sonra sığorta müqaviləsi bağlanılır. Bu müqavilənin bir nüsxəsi sığortalıda biri isə sığortaçıda qalır.
Əlavə məlumat üçün sualınızı saytımızın Sual-Cavab səhifəsində verə bilərsiniz.
Şirkətimizin əməkdaşları Sizin sığorta ilə bağlı suallarınıza cavab verməkdə və düzgün seçim etməyinizdə köməyini əsirgəməyəcəklər. Bizimlə əlaqə saxlayın.
|