Könüllü tibbi sığorta
Sağlamlıq - yüksək əmək qabiliyyətliliyin rəhnidir. KTS-öz səhhətinin qayğısına qalan insanlar ücün nəzərdə tutulub. Sizin sağlamlığınızın qayğısına çox keyfiyyətlə qalacaq, pulunuza və vaxtınıza qənaət etdirəcək “Xalq” Sığorta MMC-nin könüllü tibbi sığortasını təqdim edirik. Şirkətimizin konsultativ-dispetçer xidmətinə müraciət etməklə müştərilərimiz 24 saat ərzində Azərbaycanın istənilən bölgəsində təcili tibbi yardım ala bilər.
Şirkətimiz Sizə ECO, EXTRA və VİP tibbi sığorta proqramlarını təklif edir. Sığorta programları təklif olunan xidmət növlərinin individual modelləşdirmə imkanı ilə tərtib olunub.
Könüllü Tibbi Sığorta üzrə müqavilə müştərilərimizə bir proqram çərçivəsində Azərbaycan Respublikasının aparıcı klinikalarının və diaqnostika mərkəzlərinin tibbi xidmətlərindən istifadə etməyə imkan verir. Müalicənin keyfiyyətinə müntəzəm nəzarəti həkim-ekspertlər həyata keçirir.
ECO proqramına daxil olan təminat
- Təcili və təxirəsalınmaz tibbi yardım
- Ambulator-poliklinik yardım
- Hospitalizasiya və stasionar yardım
EXTRA proqramına daxil olan təminat
- Təcili və təxirəsalınmaz tibbi yardım
- Ambulator-poliklinik yardım
- Hospitalizasiya və stasionar yardım
- Stomatoloji yardım
- Dərman təchizatı
VİP proqramına daxil olan təminat
- Təcili və təxirəsalınmaz tibbi yardım
- Ambulator-poliklinik yardım
- Hospitalizasiya və stasionar yardım
- Stomatoloji yardım
- Dərman təchizatı
- Qripə qarşı vaksinasiya
- Profilaktik tibbi müayinə
- Hamilələrə tibbi yardım (doğuşdan əvvəl, doğuş, doğuşdan sonra)
Təcili və təxirəsalınmaz tibbi yardım nədir?
- TTTY briqadalarının çağırışı dispetçer xidməti vasitəsilə həyata keçirilir:
- həftədə 7 gün, 24 saat ərzində ixtisaslı kadrlarla komplektləşdirilmiş təcili və təxirəsalınmaz tibbi yardım briqadalarının çıxışının təşkili
- ilkin müayinə və ilkin diaqnozun müəyyən edilməsi;
- tam dərman təchizatı;
- xəstəxanaya yerləşdirmə.
Ambulator-poliklinik yardım nədir?
- Tibbi yardım, bazar və bayram günləri istisna olmaqla, hər gün saat 08:30 dan saat 19:00 dək göstərilir;
- bütün profillər üzrə ixtisaslı mütəxəssislərin baxışı;
- diaqnostika:
§ funksional diaqnostika;
§ laboratoriya tədqiqatları;
- müalicə;
- mütəxəssislərin evə və ya ofisə çağırışı;
- göstəricilərə əsasən mütəxəssislərin təyinatının evdə icrası;
- müvəqqəti iş qabiliyyətinin itirilməsinin ekspertizası, qeydiyyat və tibbi sənədləşmənin verilməsi.
Hospitalizasiya və stasionar yardım
- planlı və təcili hospitalizasiya;
- bütün növ terapevtik və cərrahiyyə müalicəsi;
- ikinəfərlik palatalar ilə təminat;
- bütün profillər üzrə ixtisaslı mütəxəssislərin konsultasiyası;
- diaqnostika:
§ funksional diaqnostika;
§ laboratoriya tədqiqatları;
- tam dərman təchizatı;
- qidalandırma;
- cərrahiyyə əməliyyatından sonrakı qulluq və reabilitasiya;
Stomatoloji yardım nədən ibarətdir?
· Proqram bu sahə üzrə ixtisaslı mütəxəssislər tərəfindən göstərilən planlı və təcili stomatoloji xidmətləri özündə ehtiva edir.
· həkim-stomatoloqun müayinəsi;
· diaqnostika tədqiqatları (rentgen-diaqnostika və b.)
· anesteziya;
· pulpitin və kariyesin müalicəsi (səthi, orta, dərin);
· plomblama;
· dişin çəkilməsi;
· diş daşlarının təmizlənməsi;
· üz-çənə nahiyəsində fleqmon və absessin yarılması
Dərman təchizatı nədir?
Proqram müqavilənin şərtlərinə müvafiq olaraq müalicə edən həkimin yazdığı və Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş dərman preparatlarının pulsuz təminatını özündə ehtiva edir.
Profilaktik tibbi müayinə xidməti nədən ibarətdir?
Profilaktik tibbi müayinə (əvvəlcədən müəyyənləşdirilmiş tibb müəssisəsi) nəzdində ildə bir dəfə sığortalı ilə razılaşdırılmış vaxtda keçiriləcək və özündə aşağıdaki xidmətləri ehtiva edir.
· terapevtin müayinəsi;
· nevropatoloqun müayinəsi;
· otolarinqoloqun müayinəsi;
· oftalmoloqun müayinəsi;
· EKQ (elektrokardioqramma);
· qanın ümumi analizi (leykosit, hemoqlobin, EES);
· döş qəfəsinin rentgen-skopiyası;
· qarın boşluğunun ultrasəs müayinəsi (USM)
Qripə qarşı vaksinasiya
Vaksinasiya payız mövsümündə tibb müəssisəsində və ya ixtisaslı tibbi briqadaların əvvəlcədən razılaşdırılmış vaxtda sığortalanın iş yerinə gəlişi ilə həyata keçirilir
Vitaminləşdirilmə
Multivitaminlər ilə təchizat yaz mövsümündə ofisə çatdırılmaqla, sığortalanmış şəxslərin sayı və yaş kateqoriyalarına müvafiq olaraq həyata keçirilir əsalınmaz tibbi yardım
Sığorta haqqı necə müəyyən olunur?
Tibbi sığorta haqqı sığorta olunanın müraciət formasında verilmiş məlumatların əsasında müəyyən olunur.
Müştərinin istəyi ilə bizim standart proqram paketlərinə yuxarıda göstərilmiş xidmətlərin çərçivəsində əlavələr edilə bilər.
Şirkətimiz aparıcı tibb mərkəzləri və elmi-tədqiqat tibb institutları ilə əməkdaşlıq edir. Müştərimiz tibb müəssislərin siyahısından istəniləni seçə bilər.
Sığorta müqaviləsini necə bağlamaq olar?
Tibbi sığorta üzrə Şirkətimiz ilə müqavilə bağlamaq üçün müştəri xüsusi müraciət formasını doldurmalıdır. Bundan sonra Tibbi sığorta müqaviləsi bağlanılır. Bu müqavilənin bir nüsxəsi sığortalıda biri isə sığortaçıda qalır.
Şirkətimizin əməkdaşları Sizin sığorta ilə bağlı suallarınıza cavab verməkdə və düzgün seçim etməyinizdə köməyini əsirgəməyəcəklər. Bizimlə əlaqə saxlayın.
|