> Xidmətlərimiz > Fərdi qəza sığortası
Fərdi qəza sığortası
Bizlərin əsas qismi üçün “sabaha inam” ifadəsi maliyyə əmin-amanlığı ilə bağlıdır. İşimiz varsa, deməli ailəmizin gələcəyini təmin edə bilirik və sabaha nikbin baxırıq.
Bədbəxtlikdən özümüzü necə qoruyaq? Bu məsələnin maliyyə cəhətinə gəldikdə cavab asandır—həyatımızı bədbəxt hadisələrdən sığortalamaq olar.
Fərdi qəza sığortası nədir?
Fərdi qəza sığortası üzrə “Xalq” Sığorta sığorta qaydaları və müqavilə daxilində müştərinin sığorta müddəti ərzində məruz qalacağı bədbəxt hadisələrin nəticələrinə qarşı təminat verir. Bu sığorta növündə bədbəxt hadisə dedikdə, sığortalının iradəsindən asılı olmayan onun həyatına və sağlamlığına zərər vuran qəfil, öncədən görünməyən və təsadüfi hadisə başa düşülür.
Hansı risklərdin sığortalanmaq olar?
- Bədbəxt hadisədən ölüm nəticəsində (sığorta məbləğinin 100% ödənilir).
- Bədbəxt hadisənin nəticəsində iş qabiliyyətinin tam və bərpa olunmaz dərəcədə itirilməsi (sığorta məbləğinin 100% ödənilir).
- Bədbəxt hadisənin nəticəsində iş qabiliyyətinin qismən itirilməsi (ödəmə cədvəlinə uyğun olaraq ödənilir).
Ödəmə necə həyata keçirilir?
- Sığortalının ölümü halında sığorta ödənişi onun hüquqi vərəsəsinə verilir.
- Sığortalının bədbəxt hadisənin nəticəsində iş qabiliyyətinin tam və bərpa olunmaz dərəcədə itirilməsi halında özünə verilir.
- Sığortalının bədbəxt hadisənin nəticəsində iş qabiliyyətinin qismən itirilməsi halında vurulan ziyana mütənasib ödəmə cədvəlinə uyğun olaraq ödənilir.
- Ödəmə alınan travmanın diaqnozu əsasında həyata keçirilir.
Bu sığorta növünə görə verilən ödənişin məbləği tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Sığorta Şəhadətnaməsində müəyyən edilmiş məsuliyyət Sığorta haqqı (Sığorta haqqının birinci hissəsi) müştəri tərəfindən ödənildiyi andan başlayır. Sığorta haqqı (Sığorta haqqının birinci hissəsi) 15 gün ərzində Sığortaçıya ödənilməzsə Sığorta Şəhadətnaməsi öz qüvvəsini itirir. Sığorta müqaviləsi bağlanarkən Sığorta etdirən sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün zəruri və ona məlum olan bütün halların və məlumatın dəqiqliyinə və həqiqətə uyğun olmasına zəmanət verir. Verilmiş yanlış məlumatlar sığorta ödənişinin həyata keçirilməməyinə səbəb ola bilər.
Sığorta müqaviləsini necə bağlamaq olar?
Həyat və sağlamlığın dəyərsiz olduğuna görə sığorta məbləğini müştərimiz özü seçir. Bu sığorta növü üzrə franşıza nəzərdə tutulmayıb. Bundan başqa siz müqavilənin tarixini və riskləri özünüz seçirsiniz.
Fərdi qəza üzrə Şirkətimiz ilə müqavilə bağlamaq üçün müştəri xüsusi müraciət formasını doldurmalıdır. Bundan sonra Fərdi qəza sığorta müqaviləsi bağlanılır. Bu müqavilənin bir nüsxəsi sığortalıda biri isə sığortaçıda qalır.
Şirkətimizin əməkdaşları Sizin sığorta ilə bağlı suallarınıza cavab verməkdə və düzgün seçim etməyinizdə köməyini əsirgəməyəcəklər. Bizimlə əlaqə saxlayın.
|