> Xidmətlərimiz > Məsuliyyət sığortası
Məsuliyyət Sığortası
“Xalq” Sığorta Sizin əmin-amanlığınızı qoruyur və məsuliyyət üzrə öz sığorta xidmətlərini Sizə təqdim edir. Sizin üçüncü şəxslər qarşısında məsuliyyətinizi ödəməyə və maraqlarınızı müdafiə etməyə hazırıq.
Məsuliyyət sığortası nədir?
· Məsuliyyət sığortası üzrə “Xalq” Sığorta sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisəsi nəticəsində üçüncü şəxslərin həyatına, sağlamlığına və əmlaklarına dəyən itki və ziyanın dəyməsinə görə müştərinin üçüncü şəxslər qarşısında məsuliyyətinə, ona qarşı irəli sürülən iddia və tələblərə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təminat verir.
· Bu sığorta növü iş yerində əmək müqaviləsi əsasında vəzifələrini yerinə yetirərkən baş vermiş iş qəzası nəticəsində bədən xəsarəti almış və həlak olmuş işçilərə və yaxud varislərinə işəgötürənin ödəməli olduğu zərərə sığorta şəhadətnaməsində göstərilən məbləğdə və şərtlərlə təminat verilir.
Nəyi sığortalamaq olar?
· Üçüncü şəxslərin həyatına, sağlamlığına və əmlakına dəyən zərərə görə məsuliyyətini
· İşəgötürənin məsuliyyətini
Sığortalanan risklər
· Üçüncü şəxslərin həyatına və sağlamlığına dəyən zərər
· Üçüncü şəxslərin əmlakına dəyən zərər
· İşçilərin həyatına və sağlamlığına dəyən zərər
Ödəmə necə həyata keçirilir?
Sığorta haqqının bütövlükdə və ya hissələrlə ödənilməsi razılaşdırıla bilər. Sığorta haqqı (sığorta haqqının birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman, (qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən tarixlərdə) ödənilməlidir. Sığorta haqqı (onun birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməsə, sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır və bu şərt sığorta şəhadətnaməsində qeyd olunmalıdır.
Sığorta Şəhadətnaməsində müəyyən edilmiş məsuliyyət Sığorta haqqı (Sığorta haqqının birinci hissəsi) müştəri tərəfindən ödənildiyi andan başlayır. Sığorta haqqı (Sığorta haqqının birinci hissəsi) 15 gün ərzində Sığortaçıya ödənilməzsə Sığorta Şəhadətnaməsi öz qüvvəsini itirir. Sığorta müqaviləsi bağlanarkən Sığorta etdirən sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün zəruri və ona məlum olan bütün halların və məlumatın dəqiqliyinə və həqiqətə uyğun olmasına zəmanət verir. Verilmiş yanlış məlumatlar sığorta ödənişinin həyata keçirilməməyinə səbəb ola bilər.
Sığorta müqaviləsini necə bağlamaq olar?
Üçüncü şəxslərə qarşı Mülki Məsuliyyət üzrə Şirkətimiz ilə müqavilə bağlamaq üçün müştəri xüsusi müraciət formasını doldurmalıdır. Bundan sonra Mülki Məsuliyyət sığorta müqaviləsi bağlanılır. Bu müqavilənin bir nüsxəsi sığortalıda biri isə sığortaçıda qalır.
Sığorta müqaviləsi bağlanarkən sığorta etdirən sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün zəruri və ona məlum olan bütün halları və məlumatı sığortaçıya bildirməlidir.
Şirkətimizin əməkdaşları Sizin sığorta ilə bağlı suallarınıza cavab verməkdə və düzgün seçim etməyinizdə köməyini əsirgəməyəcəklər. Bizimlə əlaqə saxlayın.
|