İcbari ekoloji sığorta Məsuliyyət sığortası Həyat sığortası Yük sığortası
   
   
 

> Xidmətlərimiz > Hava nəqliyyat vasitələrinin sığortası

 

 

 

Hava nəqliyyat vasitəsitələrinin sığortası

 

 

Hava nəqliyyatı sığortasına hava gəmisi və hava gəmisinin üçüncü şəxslər qarşısında məsuliyyəti başa düşülür.

 

Hava nəqliyyat vasitəsi nədir?

 

Hava gəmisi dedikdə onun korpusu, mühərrik sistemi, mexanizmləri, təchizatları, və, əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, hava gəmisi xüsusi məqsədlər üçün istifadə olunduğu halda, bu məqsədlər üçün lazım olan adi cihazlar başa düşülür.

 

          Hansı riskləri sığortalamaq olar?

 

  • hava gəmisinin qəzaya uğraması;
  • yanğın, partlayış, ildırım;
  • fırtına, qasırğa və ya digər təbii fəlakətlər;
  • hava gəmisinin mühərrikinin və ya təchizatlarının qəzası;
  • hava gəmisinin itkin düşməsi;
  • üçüncü şəxslərin qeyri-qanuni qərəzli hərəkətləri.

 

         Sığorta müqaviləsini necə bağlamaq olar?

 

Hava nəqliyyat üzrə Şirkətimiz ilə müqavilə bağlamaq üçün müştəri xüsusi müraciət formasını doldurmalıdır. Bundan sonra Hava nəqliyyatı müqaviləsi bağlanılır. Bu müqavilənin bir nüsxəsi sığortalıda biri isə sığortaçıda qalır.

Əlavə məlumat üçün sualınızı saytımızın Sual-Cavab səhifəsində verə bilərsiniz.

 

Şirkətimizin əməkdaşları Sizin sığorta ilə bağlı suallarınıza cavab verməkdə və düzgün seçim etməyinizdə köməyini əsirgəməyəcəklər. Bizimlə əlaqə saxlayın

 

 

   
free website stats program