> Xidmətlərimiz > Əmlak sığortası
Əmlak Sığortası
Maddi zərər və itkilərdən qorunmanın ən sadə yolu əmlak sığortasıdır. “Xalq” Sığorta Sizin nəzərinizə geniş təminatlı əmlak sığortası təklif edir. Sizin rahatlığınız üçün biz bir neçə sığorta proqramını Sizin “daşınan” və “daşınmayan” əmlakınız üzrə təklif edirik. Sığorta hadisəsi baş verdikdə Şirkətimiz sizə öz təminatı və köməyi ilə dəstəkləməyə hazırdır.
Nəyi sığortalamaq olar?
- binalar, qurğular, təmir, dekorasiya və digər tərtibat elementləri;
- mebel və avadanlığı;
- istehsalat avadanlıqları;
- elektron qurğuları;
- anbardakı və ticarət zalındakı malları, vitrin şüşələri və reklam lövhələri;
- bankomatlardakı, seyflərdəki, kassa aparatlarındakı nağd pul vəsaitləri.
Hansı risklərdən sığortalamaq olar?
“Xalq” Sığorta əmlakınızın aşağıdakı sığorta hadisələri nəticəsində məhv olması və ya zədələnməsi halında dəymiş zərərin sığortalıya franşıza istisna olmaqla ödənilməsinə təminat verir:
- Yanğın;
- partlayış;
- ildırım;
- fırtına, qasırğa, dolu, daşqın, sel;
- cümlədən yanğın və partlayışla əlaqədar meydana gələn tüstü buxar və hərarət nəticəsində sığortalanmış əmlaka dəyən zərər.
İstəyə bağlı olaraq yuxarıda göstərilmiş risklərə əlavə olaraq aşağıda göstərilmiş risklərdə sığorta təminatına daxil edilə bilər:
- Yer sürüşməsi, zəlzələ;
- Üçüncü şəxslərin hüquqa zidd əməllər;
- Sığorta hadisəsi nəticəsində zədələnmiş və ya dağılmış əmlakın tullantılarının təmizlənməsi üçün Sığortalının çəkdiyi bütün zəruri xərclər;
- Zor tətbiq etməklə oğurluq və soyğunçuluq;
- Şüşə sınması;
- Daxili su;
- Nəqliyyat vasitələrinin sığortalanmış obyektə dəyməsi.
Sığorta müqaviləsini necə bağlamaq olar?
Əmlakları üzrə Şirkətimiz ilə müqavilə bağlamaq üçün müştəri xüsusi müraciət formasını doldurmalıdır. Bundan sonra Əmlak sığorta müqaviləsi bağlanılır. Bu müqavilənin bir nüsxəsi sığortalıda biri isə sığortaçıda qalır.
Əlavə məlumat üçün sualınızı saytımızın Sual-Cavab səhfəsində verə bilərsiniz.
Şirkətimizin əməkdaşları Sizin sığorta ilə bağlı suallarınıza cavab verməkdə və düzgün seçim etməyinizdə köməyini əsirgəməyəcəklər. Bizimlə əlaqə saxlayın.
|