> Xidmətlərimiz > Sərnişinlərin icbari sığortası
Sərnişinlərin İcbari Sığortası
Sərnişinlərin icbari sığortası əhalinin sosial müdafiəsinə əlavə təminat olaraq hava, dəmiryolu, dəniz və avtomobil (avtobus ilə şəhərlərarası daşımalar) nəqliyyatı vasitələrindən istifadə etdikləri, habelə aeroportlarda, dəmiryolu vağzallarında, stansiyalarında və platformalarında, dəniz vağzalları və körpülərində, avtobus vağzallarında olduqları zaman sərnişinlərə sığorta hadisələri nəticəsində onların ölümü və ya səhhətinə zərər vurulması ilə əlaqədar sığorta təminatı vermək məqsədilə aparılır.
Nəqliyyat vasitəsindən istifadə etməklə sərnişin daşınması, habelə dayanacaqda olduğu dövrdə aeroportların, dəmiryolu vağzallarının, stansiyalarının və platformalarının, dəniz vağzallarının və körpülərinin, avtobus vağzallarının ərazisində nəqliyyat vasitəsinin istismarı zamanı baş verən fərdi qəza nəticəsində sərnişinin həyatına, yaxud səhhətinə zərərin vurulması sığorta hadisəsi sayılır.
Sığorta məbləği hər sığorta olunan üçün 2 000 AZN məbləğində müəyyən edilir.
Sığorta haqları hava nəqliyyatında - satılmış biletin qiymətinin 0,1 faizi (20 qəpikdən az olmamaq şərti ilə), dəmiryolu, dəniz və avtomobil nəqliyyatında - satılmış biletin qiymətinin 1,5 faizi.
Sığorta hadisəsi nəticəsində sığorta olunan öldükdə və ya səhhətinə zərər vurulduqda hər bir sığorta olunana sığorta ödənişi sığorta məbləğindən aşağıdakı faizlərlə verilir:
- ölüm 100 faiz;
- I qrup əlillik 80 faiz;
- II qrup əlillik 60 faiz;
- III qrup əlillik 40 faiz;
- ağır xəsarət 25 faiz;
- yüngül xəsarət 5 faiz
|