Səyahət Sığortası Hava nəqliyyat vasitələrinin sığortası İcbari ekoloji sığorta Avtomobil sığortası
   
   
 

> Xidmətlərimiz > Səyahət sığortası

 

 

 

 

Səyahət sığortası

 

 

Bütün səfər hazırlıqlarınız tamamlanıb və Siz artıq səyahətə çıxırsınız? Özünüzlə “Xalq” Səyahət Şəhadətnaməsini götürməyi unutmayın. Bu halda, Siz rahat səyahətə çıxa bilərsiniz, çünki “Xalq” Sığorta bütün gözlənilməyən, bədbəxt hadisə və ya nasazlıqların nəticəsində meydana çıxan xərclərin ödənilməsini və problemlərin həllini öz öhdəsinə götürür.

 

“Xalq” Səyahət Sığortası nədir?

 

        “Xalq” Sığorta Sığortaçı olaraq Azərbaycan Respublikası sərhədlərindən kənara gedən vətəndaşların bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi xərclərinin sığortası barədə müştəriləri ilə müqavilə bağlayır.

 

“Xalq” Səyahət Sığortasının təminatları hansılardır?

 

·  Tibbi xərclər, yəni: əməliyyatların, diaqnostik müayinələrin həyata keçirilməsi xərcləri, o cümlədən həkim tərəfindən təyin edilmiş tibbi preparatlara, sarğı materiallarına və fiksasiya vasitələrinə (gips, bandaj) çəkilmiş xərclər də daxil olmaqla stasionarda qalma və həkim xidmətləri, diaqnostik müayinələr, həkim tərəfindən təyin edilmiş tibbi preparatlara, sarğı materiallarına və fiksasiya vasitələrinə (gips, bandaj) çəkilmiş xərclər də olmaqla ambulator müalicə xərcləri.                                                                      

·  Tibbi daşınma xərcləri, yəni; hadisə yerindən ərazisində olduğu ölkənin ən yaxın məsafədə yerləşən tibb müəssisinə və ya bilavasitə yaxınlıqda yerləşən həkimin yanına evakuasiya olunma xərcləri;

·  Daşınma xərcləri, yəni; Sığorta olunanın stasionar müalicədə olması zərurətini yaradan sığorta hadisəsi nəticəsində Sığorta olunan vaxtında, yəni Sığorta olunanın əlində olan gediş-gəliş sənədində göstərilən tarixdə qayıda bilmirsə, onun daimi yaşadığı yerə qayıtması xərcləri;                                                                                                 

·   Ölümdən sonrakı repatriasiya xərcləri, yəni əgər ölüm sığorta hadisəsi nəticəsində baş veribsə , cəsədin Sığorta olunanın (ölümdən sonra) daimi yaşadığı yerə, haqqında servis mərkəzi tərəfindən sanksiya verilmiş repatriasiya xərcləri.

 

“Xalq” Səyahət Sığortasının üstünlüyü

 

    Sığorta hadisəsi baş verdikdə “Xalq” Sığorta və ya Servis mərkəzi  (sığorta müqaviləsində göstərilən ixtisaslaşmış təşkilat) tibbi yardım göstərilməsini təmin edir, müalicənin gedişinə nəzarət edir.

 

Sığorta müqaviləsini necə bağlamaq olar?

 

Səyahət sığortası üzrə Şirkətimiz ilə müqavilə bağlamaq üçün müştəri xüsusi müraciət formasını doldurmalıdır. Bundan sonra sığorta müqaviləsi bağlanılır. Bu müqavilənin bir nüsxəsi sığortalıda biri isə sığortaçıda qalır.

 

Şirkətimizin əməkdaşları Sizin sığorta ilə bağlı suallarınıza cavab verməkdə və düzgün seçim etməyinizdə köməyini əsirgəməyəcəklər. Bizimlə əlaqə saxlayın

 

 

 

 

 

   
free website stats program