> Xidmətlərimiz > İnşaat sığortası
İnşaat sığortası
Bu sığorta növü ilə “XALQ” Sığorta sığorta müqaviləsinə daxil olan əmlaklara, tikinti sahəsində olduqları və tikinti işləri aparıldığı zaman, əvvəlcədən bilinməyən və gözlənilməz səbəblərə görə dəyən ziyan və zərərlərə, sığorta şəhadətnaməsində göstərilən istisnalar nəzərə alınmaqla, təminat verir. Sığorta hadisəsi baş verdikdə Şirkətimiz Sizə öz təminatı və köməyi ilə dəstəkləməyə hazırdır.
Nəyi sığortalamaq olar?
Əlavə müqavilə bağlanması şərtlə sığorta təminatı verilir:
· Tikintidə istifadə olunan maşın, alət və ləvazimatlar, müvəqqəti tikinti barakları və köməkçi tikililər;
· Üçüncü şəxslərə dəyən zərərlərə görə sığorta etdirənə keçəcək hüquqi məsuliyyətlər;
· Zərər nəticəsində meydana gəlmiş uçuq və dağıntıların bərpa edilməsi üçün çəkilən xərclər;
· Təminatın əhatə dairəsinə daxil olan səbəblərlə əlaqədar meydana gələn ziyan və zərərlərin tələb etdiyi, hava nəqliyyat vasitələri istisna olmaqla, digər sürətli nəqliyyat vasitələri ilə həyata keçirilən daşıma xərcləri, normadan artıq işləmənin haqları;
· Tətil, lokaut, iğtişaş və xalq hərəkatları və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində dəyən zərər və ziyanlar;
· Tikintinin başa çatmasından və müvəqqəti qəbulundan sonra başlayan zəmanət dövrü.
Sığorta müqaviləsini necə bağlamaq olar?
İnşaat sığortası üzrə Şirkətimiz ilə müqavilə bağlamaq üçün müştəri xüsusi müraciət formasını doldurmalıdır. Bundan sonra sığorta müqaviləsi bağlanılır. Bu müqavilənin bir nüsxəsi sığortalıda biri isə sığortaçıda qalır.
Əlavə məlumat üçün sualınızı saytımızın Sual-Cavab səhifəsində verə bilərsiniz.
Şirkətimizin əməkdaşları Sizin sığorta ilə bağlı suallarınıza cavab verməkdə və düzgün seçim etməyinizdə köməyini əsirgəməyəcəklər. Bizimlə əlaqə saxlayın
|