> Xidmətlərimiz > Dəmiryol vasitələrinin sığortası
Dəmiryol vasitələrinin sığortası
“XALQ” Sığorta Sizin nəzərinizə geniş təminatlı Dəmiryol Nəqliyyat Vasitələri Sığortasını təqdim edir. Sığorta hadisəsi baş verdikdə Şirkətimiz Sizə öz təminatı və köməyi ilə dəstəkləməyə hazırdır.
Nəyi sığortalamaq olar?
· Vaqon və yarımvaqonlar.
· Platformalar.
· Sisternlər.
· Refrijeratorlar.
· Elektrovozlar.
· Teplovozlar.
· Parovozlar.
· Elektrik qatarları.
· Dizel qatarları.
· Qazoturbovozlar.
Dəmiryolların inventar parklarında, dəmiryol nəqliyyatı sənaye müəssisələrində və Dəmiryol Nəqliyyat vasitələri Nəzirliyi sisteminə daxil olmayan və təyin olunmuş qaydada xüsusi icazə almış fiziki və hüquqi şəxslərin sahələrində yerləşən, dəmiryol nəqliyyat vasitələrinin qeydiyyat bazasında rəsmiləşdirilmiş və istismara hazır olan nəqliyyat vasitələri o cümlədən elektrovozlar, teplovozlar, parovozlar motorvaqon və dizel qatarları sığortalana bilər.
Hansı risklərdən sığortalamaq olar?
“XALQ” Sığorta dəmiryol nəqliyyat vasitəlilərin aşağıdakı sığorta hadisələri nəticəsində məhv olması və ya zədələnməsi halında dəymiş zərərin sığortalıya franşıza istisna olmaqla ödənilməsinə təminat verir:
- Dəmiryol hərəkəti təhlükəsizlik qaydalarının pozulması;
- Yanğın və/və ya partlayış;
- Üçüncü şəxslərin qeyri qanuni hərəkətləri;
- Təbii fəlakətlər;
- Dəmiryol nəqliyyat vasitəsinin və ya onun hissələrinin düşməsi və/və ya dəmiryol nəqliyyat vasitələrindən başqa nəqliyyat vasitələrinin dəyməsi.
Sığorta müqaviləsini necə bağlamaq olar?
Dəmiryol nəqliyyat vasitələri üzrə Şirkətimiz ilə müqavilə bağlamaq üçün müştəri xüsusi müraciət formasını doldurmalıdır. Bundan sonra sığorta müqaviləsi bağlanılır. Bu müqavilənin bir nüsxəsi sığortalıda biri isə sığortaçıda qalır.
Əlavə məlumat üçün sualınızı saytımızın Sual-Cavab səhifəsində verə bilərsiniz.
Şirkətimizin əməkdaşları Sizin sığorta ilə bağlı suallarınıza cavab verməkdə və düzgün seçim etməyinizdə köməyini əsirgəməyəcəklər. Bizimlə əlaqə saxlayın |