> Xidmətlərimiz > Dəzgah sınması sığortası
Dəzgah sınması sığortası
“XALQ” Sığorta Sizin nəzərinizə geniş təminatlı dəzgah sınması sığortasını təqdim edir. Sığorta hadisəsi baş verdikdə Şirkətimiz Sizə öz təminatı və köməyi ilə dəstəkləməyə hazırdır.
Nəyi sığortalamaq olar?
- qurğular, elektron cıhazlar
- mebel və avadanlığı;
- Modellər, istehsallar, montaj, materiallar, qəlib və qəlibə tökmələri;
- istehsalat avadanlıqları;
- elektron qurğuları;
- daşınan inşaat avadanlığı
- Sığorta Qaydalarında nəzərdə tutulmuş başqa avadanlıq.
Hansı risklərdən sığortalamaq olar?
“XALQ” Sığorta dəzgahınızın aşağıdakı sığorta hadisələri nəticəsində məhv olması və ya zədələnməsi halında dəymiş zərərin sığortalıya franşıza istisna olmaqla ödənilməsinə təminat verir:
- İş qəzaları;
- Modelin, istehsalın, montajın, materialın, qəlibin, qəlibə tökmənin qüsurlu olması və ya lazımi səviyyədə icra edilməməyi;
- Düzgün yağlanmamağı;
- Elektrik enerjisinin birbaşa təsiri nəticəsində meydana gələn qısa qapanma, yanıb-sönmə, cərəyan yükünün artması, qeyri-düzgün izolyasiya və ildırım kimi atmosfer elektrik yüklənməsinin dolayı təsirləri;
- Tıxanma, kənar maddə düşməsi;
- Mərkəzdənqaçma qüvvənin təsiri nəticəsində olan parçalanmalar;
- Buxar qazanlarında və buxar çənlərində su çatışmazlığı;
- Suyun səviyyəsinin dəyişməsi, gözlənilmədən həddindən artıq qızma və ya soyuma;
- Təzyiqin aşağı düşməsi nəticəsində qapalı qablarda əmələ gələn əzilmə, deşilmə, qırışma və s. deformasiyalar;
- Fırtına və qasırğa, donma və ya əriyən buz parçalarının sürüşməsi;
- İşçi heyəti və ya üçüncü şəxslərin kobud səhvi, qüsuru, xətası, diqqətsizliyi və ya sabotajları;
İstəyə bağlı olaraq yuxarıda göstərilmiş risklərə əlavə olaraq aşağıda göstərilmiş risklərdə sığorta təminatına daxil edilə bilər:
- Fiziki partlayışların səbəb olduğu ziyan və zərərlər;
- Sığorta təminatına daxil olan səbəblərə görə dəzgah və avadanlıqların özlərinə və ayrı-ayrı hissələrinə dəyən ziyan və zərərlər;
- Sığorta təminatına daxil olan səbəblərlə əlaqədar meydana gələn ziyan və zərərlərin tələb etdiyi, hava nəqliyyat vasitələri istisna olmaqla, digər sürətli nəqliyyat vasitələri ilə həyata keçirilən daşıma xərcləri, normadan artıq işləməyə və istirahət və ya bayram günləri işləməyə görə ödənilən haqlar;
- Tətil, lokaut, iğtişaş və xalq hərəkatları və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində baş verən bütün növ zərər və ziyanlar.Daxili su;
- Nəqliyyat vasitələrinin sığortalanmış obyektə dəyməsi.
Sığorta müqaviləsini necə bağlamaq olar?
Dəzgah sınması üzrə Şirkətimiz ilə müqavilə bağlamaq üçün müştəri xüsusi müraciət formasını doldurmalıdır. Bundan sonra sığorta müqaviləsi bağlanılır. Bu müqavilənin bir nüsxəsi sığortalıda biri isə sığortaçıda qalır.
Əlavə məlumat üçün sualınızı saytımızın Sual-Cavab səhifəsində verə bilərsiniz.
Şirkətimizin əməkdaşları Sizin sığorta ilə bağlı suallarınıza cavab verməkdə və düzgün seçim etməyinizdə köməyini əsirgəməyəcəklər. Bizimlə əlaqə saxlayın. |