> Xidmətlərimiz > Gəlir itkisi sığortası
Gəlir itkisi sığortası
“XALQ” Sığorta hansısa bir kommersiya fəaliyyəti həyata keçirilən zaman istifadə edilən daşınan və daşınmaz əmlaklara, əmlakın yanğın və digər risklərdən sığortası ilə təminat verilən risklərlə əlaqədar dəyən zərər və itkilər nəticəsində kommersiya fəaliyyətinin qismən və ya tamamilə dayandırılması və yaxud istehsalın zəifləməsinə görə meydana gələn gəlir itkilərinə, sığorta şəhadətnaməsində göstərilən sığorta məbləği həddində təminat verilir. Sığorta hadisəsi baş verdikdə Şirkətimiz Sizə öz təminatı və köməyi ilə dəstəkləməyə hazırdır.
Nəyi sığortalamaq olar?
Sığortaçının gəlir itkisi sığortası üzrə ödəniş verməsi üçün, sığorta etdirənin kommersiya fəaliyyətini həyata keçirərkən istifadə etdiyi bina, avadanlıq, dəzgah, qurğu və əmtəələrin, qüvvədə olan əmlakın yanğın və digər risklərdən sığortası müqaviləsi ilə təminat verilən hadisənin baş verməsi nəticəsində zərərə düşməsi və meydana gələn zərərin sığortaçı tərəfindən ödənilməsi və ya ödəniş cavabdehliyinin qəbul edilməsi əsas götürülür.
Sığorta müqaviləsini necə bağlamaq olar?
Gəlir itkisi üzrə Şirkətimiz ilə müqavilə bağlamaq üçün müştəri xüsusi müraciət formasını doldurmalıdır. Bundan sonra sığorta müqaviləsi bağlanılır. Bu müqavilənin bir nüsxəsi sığortalıda biri isə sığortaçıda qalır.
Əlavə məlumat üçün sualınızı saytımızın Sual-Cavab səhifəsində verə bilərsiniz.
Şirkətimizin əməkdaşları Sizin sığorta ilə bağlı suallarınıza cavab verməkdə və düzgün seçim etməyinizdə köməyini əsirgəməyəcəklər. Bizimlə əlaqə saxlayın
|