Hava nəqliyyat vasitələrinin sığortası Tibbi sığorta İcbari ekoloji sığorta Dəniz nəqliyyat vasitələrinin sığortası
   
   
 

> Xidmətlərimiz > Maliyyə risklərin sığortası

 

 

Maliyyə risklərin sığortası 

 

 

“XALQ” Sığorta bank əmlakının, eləcə də əmlakın itirilməsi ilə əlaqədar risklərin (müştərilər tərəfindən banka verilən pul vəsaitlərinin və bankın digər əmlak) sığortasını təqdim edir.  Sığorta hadisəsi baş verdikdə Şirkətimiz Sizə öz təminatı və köməyi ilə  dəstəkləməyə hazırdır.

Nəyi sığortalamaq olar?

Bu sığortanın obyekti Sığorta olunan, ona mülkiyyət hüququ əsasında məxsus olan əmlaka sahiblik, ondan istifadə etmə, sərəncam vermə, habelə ona müqavilə və/ya qanunvericilikdə nəzərdə tutulmuş digər qaydada, o cümlədən ona bank lisenziyası çərçivəsində fəaliyyət göstərməsi məqsədilə müştəriləri və ya partnyorlar tərəfindən verilmiş pul vəsaitləri (qiymətli kağızlar  və s.) ilə əlaqədar olan əmlak maraqlarıdır.

Hansı risklərdən sığortalamaq olar?

Sığortaçı aşağıda göstərilən sığorta hadisələri ilə əlaqədar sığorta ödənişi verməyə təminat verir:

           

a) Sığorta olunanın ona məxsus binalarda (otaqlarda, ofislərdə və s.), eləcə də daşıma zamanı yolda olan əmlakının (o cümlədə ofisinin) oğurluq, soyğuntululuq, sındırma ilə oğurluq, quldurluq, yandırma və digər səbəblərlə əlaqədar  itkisi və ya zədələnməsi (şərtlərdə müəyyən olunan hallar istisna olunur);

b) Sığorta olunanın aşağıdakı hallarla əlaqədar dəydiyi zərərlər:

  • Sığorta olunan tərəfindən saxta valyuta, həmçinin çek, veksel, depozit sertifikatları və digər qiymətli kağız və sənədlər;
  • Qiymətli kağız və sənədlərdə, o cümlədən ödəniş sənədlərində (çek, veksel) edilmiş saxtakarlığın nəticələri.
  • Sığorta olunanın işçilərinin dələduzluğu, qeyri–düzgün hərəkətləri (yalanı), fəaliyyətsizliyinin nəticələri.

 

Sığorta müqaviləsini necə bağlamaq olar?

 

Maliyyə riskləri üzrə Şirkətimiz ilə müqavilə bağlamaq üçün müştəri xüsusi müraciət formasını doldurmalıdır. Bundan sonra sığorta müqaviləsi bağlanılır. Bu müqavilənin bir nüsxəsi sığortalıda biri isə sığortaçıda qalır.

Əlavə məlumat üçün sualınızı saytımızın Sual-Cavab səhifəsində verə bilərsiniz.

 

Şirkətimizin əməkdaşları Sizin sığorta ilə bağlı suallarınıza cavab verməkdə və düzgün seçim etməyinizdə köməyini əsirgəməyəcəklər. Bizimlə əlaqə saxlayın

 

 

   
free website stats program