“Xalq Sığorta”
Açıq Səhmdar Cəmiyyəti
31 dekabr 2008-ci il tarixə
MÜSTƏQİL AUDİTOR RƏYİ
Sərbəst auditor Abbaslı Namiq Rasim oğlu
VÖEN: 1900137052
Audit Lisenziyası № SA 141
MÜSTƏQİL AUDİTORUN RƏYİ 1. Biz «Xalq Sığorta» Açıq Səhmdar Cəmiyyətinin 31 dekabr 2008-ci il tarixinə təqdim edilən balans hesabatı və həmin tarixdə tamamlanan il üzrə mənfəət və zərər hesabatı, kapitalda dəyişikliklər hesabatı və pul vəsaitlərinin hərəkəti hesabatından, eləcə də əsas uşot prinsiplərinin xülasəsindən və digər izahedici qeydlərdən ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını apardıq.
Maliyyə hesabatlarının hazırlanması üzrə rəhbərliyin məsuliyyəti
2. Hazırkı maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə görə Rəhbərlik məsuliyyət daşıyır. Bu məsuliyyətə aşağıdakılar daxildir: fırıldaqçılıq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sisteminin yaradılması, tətbiq edilməsi və davam etdirilməsi; müvafiq uçot siyasətinin seçilməsi və tətbiq edilməsi; şəraitdən asılı olaraq məqbul uçot təxminlərinin irəli sürülməsi.
Auditorun məsuliyyəti
3. Bizim məsuliyyətimiz apardığımız audit yoxlamasına əsasən maliyyə hesabatlarına dair rəy bildirməkdən ibarətdir. Biz audit yoxlamamızı Beynəlxalq Audit Standartları əsasında apardıq. Həmin Standartların tələblərinə görə, biz etik tələblərə əməl etməli və auditi elə şəkildə planlaşdırmalı və aparmalıyıq ki, maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin mövcud olmamasına kifayət qədər əmin olaq.
4. Audit yoxlamasına maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara dair auditor sübutu əldə etmək üçün prosedurların yerinə yetirilməsi daxildir. Seçilmiş prosedurlar auditorun mülahizələrindən, eləcə də fırıldaqçılıq və ya səhvlər nəticəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə görə müvafiq audit prosedurlarının işlənib hazırlanması məqsədilə müəssisə tərəfindən maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sistemini nəzərdən keçirir. Bundan əlavə, audit yoxlamasına mövcud uçot siyasətinin uyğunluğunun və rəhbərliyin uçot təxminlərinin əsaslandırılmasının qiymətləndirilməsi, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.
5. Biz hesab edirik ki, əldə etdiyimiz auditor sübutları rəyimizi bildirmək üçün kifayət qədər əsas verir.
Rəy
Bizim fikrimizcə, təqdim edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Cəmiyyətin 31 dekabr 2008-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks etdirir.
Sərbəst auditor Abbaslı Namiq Rasim oğlu
Maliyyə hesabatlarına şərhlər və qeydlər
Hazırkı maliyyə hesabatları 31 dekabr 2008-ci tarixdə başa çatmış il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq “Xalq Sığorta” ASC üçün tərtib edilmişdir. Cəmiyyət Azərbaycan Respublikasında təsis edilmişdir və bu ölkədə fəaliyyət göstərir. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış səhmdar cəmiyyətdir.
1. Cəmiyyət haqqında ümumi məlumat
Cəmiyyət 26 yanvar 2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 1105-A1-415 saylı şəhadətnamə ilə “Xalq Sığorta” Məhdud Məsuliyyətli Cəmiyyət kimi dövlət qeydiyyatına götürülmüşdür. 22 dekabr 2008-ci il tarixdən cəmiyyət yenidən təşkil edilərək “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Qeydiyyat N-si: 2000358551.
Cəmiyyət sığorta fəaliyyəti üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 25 mart 2005-ci il tarixdə 003197 saylı lisenziya almışdır. Lisenziyanın qüvvədə olma müddəti 5 ildir. Qeydiyyat nömrəsi 25.
Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə və Nizamnaməsinə əsasən sığorta fəaliyyətinin bütün növlərini və sığorta təşkilatları üçün qadağan edilməmiş digər fəaliyyət növlərini həyata keçirmək hüququna malikdir.
31 dekabr 2008-ci il tarixə cəmiyyətin strukturuna daxil olan 2 filialı (31 dekabr 2007-ci il tarixə 1 filialı) olmuşdur. 31 dekabr 2008-ci il tarixə cəmiyyətin 50 nəfər (31 dekabr 2007-ci il tarixə 41 nəfər) işçisi olmuşdur.
Cəmiyyət 2008-ci ildə “Kapitalbank” ASC-nin səhmlərinin 7,5%-ni (4,100,000 manat) almışdır. 2008-ci ilin sonunda həmin səhmlər tam şəkildə satılmışdır (4,199,200 manat). 31 dekabr 2008-ci il tarixə cəmiyyətin digər müəssisələrdə səhmləri və payı olmamışdır.
31 dekabr 2008-ci il tarixə Cəmiyyətin Nizamnamə kapitalı hər birinin nominal dəyəri 2 manat olan 7,390,000 ədəd adi adlı sənədsiz səhmdən ibarət olmaqla 14,780,000 manat (31 dekabr 2007-ci il tarixə 10,680,000 manat) olmuşdur.
2. Cəmiyyətin hüquqi ünvanı
“Xalq Sığorta” ASC-in hüquqi ünvanı aşağıdakı kimidir:
Azərbaycan Respublikası, Bakı şəhəri, Babək prospekti, 1145-ci məhəllə.
Cəmiyyətin faktiki fəaliyyət ünvanı:
Azərbaycan Respublikası, Bakı şəhəri, H.Əliyev prospekti 106A.
3. Əməliyyat valyutası Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan Manatı (AZN) ilə ifadə olunmuşdur.
Cəmiyyətin əməliyyat mühiti
Azərbaycan Respublikası inkişaf etməkdə olan bazar iqtisadiyyatına xas olan xüsusiyyətlərə malikdir. Son illər ölkədə güclü iqtisadi artım müşahidə olunmuşdur. Lakin hal-hazırda dünya iqtisadiyyatında mövcud olan qlobal maliyyə böhranı Azərbaycana da öz təsirini göstərməkdədir. Kommersiya sektoruna təsir göstərə biləcək bütün tendensiyaları, eləcə də onların Cəmiyyətin maliyyə vəziyyətinə təsirini (əgər varsa) qabaqcadan proqnozlaşdırmaq mümkün deyil.
Uçot siyasətinin təqdimatı
Uçot siyasətinin bu maliyyə hesabatlarının tərtib edilməsində istifadə edilən əsas müddəaları aşağıdakı bəndlərdə göstərilmişdir. Əgər başqa açıqlamalarda istinad qeydləri edilməmişdirsə, göstərilən uçot siyasəti müddəaları təqdim edilən bütün hesabat dövrlərində ardıcıl tətbiq edilmişdir.
Maliyyə hesabatlarının tərtib olunmasının ümumi əsasları
“Xalq Sığorta” ASC-nin maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun tərtib edilmişdir. Bu maliyyə hesabatlarında, aktivlər və öhdəliklər faktiki xərclər üzrə qiymətləndirilmişdir. Gəlirlər və xərclər hesablama metodu ilə göstərilmişdir.
Maliyyə hesabatlarının MHBS-na uyğun tərtib edilməsi nəzərdə tutur ki, rəhbərlik əsas qiymət göstəricilərini müəyyənləşdirir. Rəhbərlikdən həmçinin tələb edilir ki, Cəmiyyətin uçot siyasətinin həyata keçirilməsi sahəsində peşəkar mülahizələr açıqlansın.
Valyutaların yenidən hesablanması
Funksional valyuta və hesabat valyutası
Funksional valyuta maliyyə hesabatlarında maddələrin ölçülməsi üçün istifadə olunur. Bu müəssisənin yerli valyutası olan Azərbaycan Respublikası manatıdır (AZN).
Əməliyyatlar və qalıqlar
Xarici valyuta ilə aparılan əməliyyatlar əməliyyatların aparılma tarixinə valyuta məzənnəsinə uyğun olaraq funksional valyutada əks etdirilir. Məzənnə fəqqləri funksional valyutalardan fərqli valyutalarda aparılan əməliyyatlar və sövdələşmələr üzrə yaranır (və hər bir valyutanın müəyyən sayda vahidlərinin müxtəlif məzənnə kursunda digər valyutaya çevrilməsi nəticəsində yaranan fərq kimi müəyyən edilir. Xarici valyutada aparılan əməliyyatlar üzrə yaranan mənfəət və zərərlər, həmçinin xarici valyutada ifadə edilən monetar aktivlərin və öhdəliklərin hesabat dövrünün sonuna məzənnə kursu üzrə yenidən hesablanmasından yaranan mənfəət və zərərlər, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. Bu cür əməliyyatlardan yaranan məzənnə fərqləri müvəqqəti olaraq pul vəsaitlərinin və netto-investisiyaların hedcinqləşdirilməsi (aktivlər və öhdəliklərin dəyərinin dəyişməsindən yaranan itkilərdən sığortalanmaq üçün həyata keçirilən əməliyyatlar) kapital hesabına aid edilmişdirsə, məzənnə fərqləri mənfəət və zərərlər haqqında hesabatda əks etdirilmir.
Monetar maddələr mövcud valyuta vahidləri və valyuta vahidlərinin sabit və ya müəyyən olunan sayında əldə edilən və ya ödənilən aktivlər və öhdəliklərdir. Monetar maddələrin əsas xüsusiyyəti sabit və ya müəyyən olunan sayda valyuta vahidlərinin əldə edilməsi hüququdur. Monetar maddələr nəğd, əldə edilən vəsaitləri, sudaları, ödənilməli olan məbləğləri, uzunmüddətli borcları, təminatları, işçi müavinətləri öhdəliklərini və təxirə salınmış vergi aktivləri və öhdəliklərini daxil edir.
Qeyri-monetar maddələrə səhmlər, ehtiyatlar, əvvəlcədən ödənilmiş gələcək dövrün xərcləri, əmlak, torpaq, tikili və avadanlıqlar və qeyri-maddi aktivlər daxil edilir.
Xarici valyuta məzənnələri
Binalar və avadanlıqlar (Əsas vəsaitlər)
Əsas vəsaitlər elə maddi aktivlərdir ki:
- Mal və xidmətlərin istehsalı və təchizatında istismar edilir, gələcəkdə icarəyə verilmək və ya inzibati məqsədlər üçün istifadə edilir;
- Bir dövrdən artıq dövr ərzində istifadə edilməsi gözlənilir.
Torpaq və binalara əsasən istehsal sahələri və binaları, ticarət sahələri və binaları, ofis sahələri və binaları daxildir. Torpaq və binalar ədalətli dəyər üzrə əks etdirilir.
Ədalətli dəyər – yaxşı məlumatlandırılmış, razılığa gəlmiş və bir-birindən asılı olmayan tərəflər arasında ticari sövdələşmələrdə aktivin mübadilə edildiyi dəyərdir. Binalar üzrə ədalətli dəyər müstəqil kənar qiymətləndirici tərəfindən vaxtaşırı keçirilən (adətən üç ildən bir dəfədən az olmayaraq) qiymətləndirmə ilə müəyyənləşdirilir (amortizasiya ayırmaları çıxılmaqla). Yenidənqiymətləndirmə tarixinə yığılmış istənilən amortizsiya məbləği aktivin balans dəyərindən silinir və xalis dəyər yenidənqiymətləndirmə dəyərinə hesablanır. Qalan bütün əsas vəsaitlər ilkin dəyərlə amortizasiya ayırmaları çıxılmaqla əks etdirilir.
İlkin dəyər bu aktivlərin əldə edilməsi ilə birbaşa əlaqədar olan xərcləri nəzərdə tutur. İlkin dəyərə həmçinin valyuta ilə alınmış əsas vəsaitlərin hedcinqi üzrə kapitala keçirilən pul vəsaitlərinin axını üzrə mənfəət və zərərlər də daxil edilir.
Sonrakı xərclər aktivin balans dəyərinə yalnız o vaxt əlavə edilir və ya ayrıca aktiv kimi qəbul edilir ki, bu aktivlərlə əlaqədar olan gələcək iqtisadi səmərələr Cəmiyyətə keçsin və düzgün qiymətləndirilə bilinsin. Qalan dütün cari təmir və istismar xəcləri o dövrün mənfəət və zərərlər haqqında hesabatında əks etdirilir ki, həmin dövrdə bu xərclər çəkilmişdir.
Hər il aktivin yenidənqiymətləndirilmiş balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları (amortizasiya ayırmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir) və aktivin ilkin balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları arasındakı fərq, ədalətli dəyər üzrə ehtiyat (rezerv) hesabından “Bölüşdürülməmiş mənfəət” hesabına keçirilir.
Amortizasiya Cəmiyyətin torpaq və binaları yoxdur.
Digər əsas vəsaitlər üzrə amortizasiya azalan qalıq dəyəri metoduna, yəni əsas vəsaitlərin faydalı istismar müddəti ərzində aşağıdakı illik amortizasiya dərəcələrini tətbiq etməklə, aktivlərin qalıq dəyərinə və ya yenidənqiymətləndirilmiş dəyərinə vurmaqla həyata keçirilir. Faydalı istismar müddəti və ya illik amortizasiya dərəcələri aşağıdakı qaydada müəyyən edilir:
- Maşın avadanlıq – 4 il və ya illik 25%
- İT avadanlıqları – 4 il və ya illik 25%
- Nəqliyyat vasitələri – 4 il və ya illik 25%
- Mebel və təsərrüfat inventarları – 5 il və ya illik 20%
- Sair əsas vəsaitlər – 5 il və ya illik 20%
Aktivlərin ləğv edilmə dəyərinə və onların faydalı istismar müddətinə vaxtaşırı yenidən baxılır və zərurət olduqda, hər bir hesabat dövrünə təshih edilir.
Əsas vəsaitlərin xaricolmasından mənfəət və zərərlər bu əsas vəsaitlərin satışı ilə onların balans dəyərinin müqayisə edilməsi yolu ilə müəyyən edilir. Xaricolmalardan mənfəət və zərərlər mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.
Qeyri-maddi aktivlər Cəmiyyətin bütün qeyri-maddi aktivləri müəyyən faydalı xidmət müddətinə malik olmaqla əsasən audiovizual əsərə hüquqlar, proqram məhsulları və lisenziyadan ibarətdir.
Əldə edilmiş hüquqlar və proqram məhsulları onların alınması və tətbiq edilməsi üçün çəkilmiş xərclərin əsasında kapitallaşdırılmışdır. Cəmiyyət tərəfindən nəzarət olunan identifikasiya oluna bilən unikal proqram təminatı ilə birbaşa əlaqəli olan tərtibat xərcləri, çəkilmiş xərclərdən artıq olan iqtisadi səmərə gətirəcəyi halda qeyri-maddi aktivlər kimi tanınır. Kapitallaşdırılmış xərclərə proqram təminatını tərtib edən şirkətlərə sərf edilən xərclər daxildir. Proqram təminatı ilə əlaqədar olan bütün digər xərclər (məsələn, texniki dəstək xərcləri) çəkildiyi zaman xərcə silinir. Kapitallaşdırılmış proqram təminatı onun 10 illik faydalı xidmət müddəti ərzində bərabər çıxılmalar metoduna əsasən amortizasiya olunur.
Lisenziyanı - sığorta fəaliyyət növünə müvafiq dövlət orqanı tərəfindən verilmiş xüsusi icazə təşkil edir və verildiyi 5 il müddətinə faydalı xidmət müddəti ərzində bərabər çıxılmalar metoduna əsasən amortizasiya olunur.
Aktivlərin qiymətdən düşməsi Faydalı istismar müddəti müəyyən edilə bilinməyən aktivlər amortizasiya olunmur və hər il qiymətdən düşmə məqsədləri üçün testləşdirmə aparılır. Amortizasiya olunan aktivlər, əgər hər hansı bir hadisə və ya şəraitin dəyişməsi balans dəyərinin bu aktivlərin əvəzinin ödənilmə dəyəri olmamasını göstərirsə, hər dəfə qiymətdən düşmə məqsədləri üçün qiymətləndirilir. Qiymətdən düşmə zərəri aktivin balans dəyərinin onun əvəzinin ödənilmə dəyərindən artıq olan məbləğində tanınır. Əvəzinin ödənilməsi dəyəri aşağıdakı iki meyarlardan daha böyük olan məbləğlərdən biridir:
- Aktivin satışı üzrə xərclər çıxılmaqla ədalətli dəyəri;
- Istifadə edilmə dəyəri.
Aktivlərin qiymətdən düşməsi məqsədləri üçün aktivlər pul axınlarını eyniləşdirən qruplaşdırma qaydasında ən kiçik qruplara bölünürlər.
İnvestisiyalar Cəmiyyət özünün investisiyalarını aşağıdakı şəkildə təsnifləşdirir:
- Ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri;
- Borc vəsaitləri və debitor borcları,
- İnvestisiyalar;
- Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri.
Təsnifləşdirmə investisiyaların hansı məqsədlə alınmasından asılıdır. Rəhbərlik investisiyaların təsnifləşdirilməsini onların ilkin tanınması zamanı müəyyən edir və hər bir hesabat tarixinə onları yenidən nəzərdən keçirir.
- Ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri
Bu kateqoriya iki alt kateqoriyaya bölünür: ticarət üçün nəzərdə tutulmuş maliyyə aktivləri və ilkin tanınmış ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri. Maliyyə aktivləri bu kateqoriyaya o zaman aid edilir ki, onlar yaxın gələcəkdə satış üçün nəzərdə tutulmuşdur və onlar rəhbərlik tərəfindən belə ifadə edilmişdir. Törəmə maliyyə alətləri də həmçinin satış üçün nəzərdə tutulmuş hesab edilirlər ki, onlar hedcinqləşdirmə alətləri deyildirlər. Əgər bu aktivlər satış üçün nəzərdə tutulmuşlarsa, və ya onların satılması balans hesabatı tarixindən bir ildən artıq olmayan müddətdə nəzərdə tutulmuşdursa, bu kateqoriyanın aktivləri qısamüddətli aktivlər kimi təsnifləşdirilirlər.
- Borc vəsaitləri və debitor borcları
Borc vəsaitləri və debitor borcları təsbit edilmiş və ya müəyyən edilə bilən ödəmə müddəti olan və aktiv bazarda qiyməti təyin edilməyən (kotirovka olunmayan) qeyri-törəmə maliyyə aktivləridir. Onlar o vaxt yaranırlar ki, Cəmiyyət debitor borclarının satılması niyyəti olmadan pul vəsaitlərini, malları və xidmətləri birbaşa debitora təqdim edir. Belə borc vəsaitləri və debitor borcları dövriyyə aktivləri kimi təsnifləşdirilirlər və qısamüddətli aktivlərə aid edilirlər (əgər ödəmə müdəti mühasibat balansının tərtib edilmə tarixindən bir ilədək müddətdən artıq deyildirsə). Borc vəsaitləri və debitor borcları mühasibat balansında “Debitor borcları” maddəsinin tərkibində əks etdirilmişlər.
- Ödəmə müdətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar
Ödəmə müdətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar təsbit edilmiş ödəmə müddəti olan elə qeyri-törəmə maliyyə aktivləridir ki, onlarla münasibətdə ödəniş müddətinin çatmasına qədər Cəmiyyətin onları saxlamağa qəti niyyəti və imkanı vardır. Hesabat dövründə Cəmiyyətin bu kateqoriya üzrə heç bir investisiyası olmamışdır.
- Satış üçün nəzərdə tutulmuş maiyyə aktivləri
Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri bu kateqoriyada nəzərdə tutulmamış və ya digər kateqoriyalarda təsnifləşdirilməmiş qeyri-törəmə maliyyə alətləridir. Əgər rəhbərliyin bu aktivləri mühasibat balansının tətib edilmə tarixindən bir ilədək müddətə satmaq niyyəti yoxdursa, onlar qeyri-dövriyyə aktivlərinə aid edilirlər və uzunmüddətli aktivlərin tərkibində əks etdirilirlər.
Ehtiyatlar Ehtiyatlar iki göstəricidən ən aşağı dəyərə malik olan qiymət üzrə əks etdirilirlər:
- Maya dəyəri
- Xalis satış dəyəri
Ehtiyatların maya dəyəri birinci satınalmaların qiyməti üzrə (FİFO metodu) hesablanır. Ehtiyatların dəyərinə, bu xammal və material ehtiyatlarının əldə edilməsi ilə bağlı olan və müvafiq pul axınının hedcinqləşdirilməsi alətləri üzrə mənfəət və zərərlər hesabından keçirilmiş zərərlər daxil edilir.
Debitor borcları
Debitor borclar ilkin olaraq ədalətli dəyər üzrə əks etdirilir. Sonradan isə qiymətdən düşmə ehtiyatlarının (rezervlərinin) yaradılması metodu ilə amortizasiya olunmuş dəyər ilə uçota alınır. Debitor borcları üzrə qiymətdən düşmə ehtiyatları (rezervi) o halda yaradılır ki, elə obyektiv sübutlar mövcuddur ki, Cəmiyyət tərəfindən ilkin maliyyələşmə nəticəsində yaranmış bütün debitor borclarının yığılması mümkün deyildir və ya bütün debitor borclarının ödənilməsi mümkünsüzdür. Ehtiyatların (rezervin) məbləği aktivin balans dəyəri ilə pul vəsaitləri axınının effektiv faiz dərəcəsi nəzərə alınan fərz edilən diskontlaşdırılmış dəyəri arasındakı fərqdir. Ehtiyatların (rezervlərin) yaradılması və ya dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.
Pul vəsaitləri və onların ekvivalentləri
Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nəğd pul məbləğinə çevrilə bilən və dəyəri cuzi dəyişikliklərə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nəğd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksəklikvidli investisiyalar əks etdirilir. Mühasibat balansında bank overdraftları qısamüddətli öhdəliklərin tərkibində qısamüddətli faiz xərcləri yaradan öhdəliklər maddəsi üzrə əks etdirilir.
Səhmdar kapital
Adi səhmlər kapital kimi təsnifləşdirilir.
Yeni səhmlərin buraxılması ilə əlaqədar olan xərclər kapitalın tərkibində əks etdirilir.
Kreditlər və borclar Kreditlər və borclar ilkin olaraq sövdələşmənin aparılmasına çəkilən xərclər çıxılmaqla, ədalətli dəyər üzrə tanınır. Sonrakı dövrlərdə kreditlər və borclar amortizasiya olunan dəyər ilə əks etdirilir: istənilən alınmış vəsaitlər və ödənilmiş məbləğlər arasındakı fərq kredit və borcların verilmə müddəti ərzində mənfəət və zərərlər haqında hesabtda əks etdirilir (effektiv faiz dərəcəsi metodu istifadə edilməklə).
Konvertasiya olunan istiqrazların öhdəliklərə aid olan hissəsinin ədalətli dəyəri konvertasiya olunmayan istiqazlara ekvivalent bazar faiz dərəcəsi tətbiq edilməklə müəyyən olunur. Bu məbləğ konvertasiyada ləğv olunma müddətinə və istiqrazların ödənmə müddətinin çatması müddətinə qədər amortizasiya olunan öhdəliyin dəyəri kimi əks etdirilir. Alınmış qalan vəsaitlər konvertasiyaya opsion kimi mənfəət vergisi effekti çıxılmaqla kapitala əlavə edilir.
Kreditlər və borclar, Cəmiyyət tərəfindən bu öhdəliklərin ödənilmə müddətinin mühasibat balansının tərtib edilmə müddətinədən ən azı bir ildən artıq olan müddətə ödəniləcəyi barədə şərtsiz hüququ olaması halları istisna olmaqla, qısamüddətli öhdəliklər kimi təsnifləşdirilir.
Sığorta ehtiyatları
Sığorta ehtiyatları, o cümlədən sığorta ehtiyatlarında təkrarsığortaşıların payı Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Hazırkı maliyyə hesabatlarında sığorta ehtiyatları və sığorta ehtiyatlarında təkrarsığortaçıların payı həmin qaydalar əsasında hesablanmışdır. 14 saylı Qeyddə sığorta ehtiyatlarının tərkibi açıqlanmışdır.
Mənfəət vergisi Mənfəət vergisi hazırkı maliyyə hesabatlarında balans tarixinə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq hesablanmışdır. Mənfəət vergisi xərci cari və təxirəsalınmış mənfəət vergisindən ibarət olub, mənfəət və zərər hesabatında qeydə alınır. Lakin, həmin və ya başqa dövrdə bilavasitə kapital hesablarında qeydə alınan əməliyyatlara aid olan vergilər bilavasitə kapital hesablarında qeydə alınır.
Cari mənfəət vergisi, cari və ya əvvəlki dövrlər üzrə vergiyə cəlb edilən və ya zərər ilə əlaqədar vergi orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq (əvəzləşdiriləcək) məbləği təşkil edir. Vergiyə cəlb edilən mənfəət və ya zərər, maliyyə hesabatlarının müvafiq vergi bəyannamələrinin təqdim edilməsindən əvvəl təsdiqləndiyi halda təxmini göstəricilərə əsasən hesablanır. Mənfəət vergisindən başqa digər vergilər inzibati və digər əməliyyat xərcləri kimi qeydə alınır.
Təxirə salınmış mənfəət vergisi üzrə ehtiyat (rezerv) öhdəliklər metodu istifdə edilməklə tam həcmdə yaradılır. Təxirə salınmış mənfəət vergisi, aktivlərin və öhdəliklərin vergitutma bazası ilə onların maliyyə hesabatlarında əks etdirilmiş balans dəyəri arasında meydana çıxan bütün zaman fərqləri üzrə müəyyən edilir. Lakin, təxirə salınmış mənfəət vergisi, aktivlərin və ya öhdəliklərin ilkin tanınması zamanı meydana çıxırsa, o halda təxirə salınmış mənfəət vergisi uçotda əks etdirilmir (əgər, sövdələşmənin həyata keçirildiyi anda nə mühasibat mənfəətinə, nə də vergiyə cəlb edilən mənfəətə təsir etməyən biznesin birləşdirilməsi ilə əlaqədar deyildirsə). Təxirə salınmış mənfəət vergisi mühasibat balansının tərtib edilmə tarixinə qüvvədə olan Azərbaycan Respunlikasının Vergi Məcəlləsində müəyyən edilmiş vergi dərəcələrinə müvafiq olaraq hesablanmışdır.
Təxirə salınmış vergi aktivləri o zaman tanınır ki, gələcəkdə zaman fərqləri məbləğində azaldıla biləcək vergiyə cəlb ediləsi mənfəət əldə edilməsi ehtimalı vardır.
Qarşıdakı xərclər və ödənişlər üzrə ehtiyatlar (rezervlər) Qarşıdakı xərclər və ödənişlər üzrə ehtiyatlar (rezervlər) o zaman yaradılır ki:
- Cəmiyyət keşmiş dövrlərdə baş vermiş hadisələr nəticəsində hər hansı hüquqi öhdəliklər daşıyır və ya könüllü surətdə öz üzərinə ənənəvi öhdəliklər qəbul etmişdir;
- Ehtimallar vardır ki, bu öhdəliklərin səhmana salınması üçün pul vəsaitlərinin axını labüddür;
- Bu öhdəliklərin məbləği etibarlı surətdə hesablana bilir.
Gələcək dövrlərin əməliyyat zərərləri üzrə ehtiyatlar yaradılmır.
Gəlirin tanınması Gəlirlər aşağıdakı qaydada tanınır:
- Birbaşa sığorta üzrə gəlir
Birbaşa sığorta üzrə gəlir o vaxt tanınır ki, Cəmiyyətlə sığortalı arasında müqavilə imzalanmış, sığorta polisi sığortalı tərəfindən qəbul edilmişdir və müvafiq olan debitor borcunun alınması üçün kifayət dərəcədə ehtimal vardır.
- Təkrarsığorta üzrə gəlir
Təkrarsığorta üzrə gəlir o vaxt tanınır ki, Cəmiyyətlə təkrarsığortalı arasında risklərin təkrarsığortaya qəbul edilməsinə dair müqavilə imzalanmışdır və müvafiq olan debitor borcunun alınması üçün kifayət dərəcədə ehtimal vardır.
- Sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə gəlirlər
Sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə gəlirlər o zaman tanınır ki, təkrarsığortaya verilmiş müqavilələr üzrə baş vermiş sığorta hadisəsinə görə zərərin müvafiq hissəsinin təkrarsığortaçı tərəfindən ödəniləcəyi razılaşdırılmışdır və həmin hissənin ödənilməsi üçün kifayət dərəcədə ehtimal vardır.
- Təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə gəlirlər
Təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə gəlirlər o zaman tanınır ki, risklərin təkrarsığortaya verilməsinə dair təkrarsığortaçı ilə müqavilə bağlanmışdır və həmin müqavilə üzrə komissyon muzdun alınması üçün kifayət dərəcədə ehtimal vardır.
- Xidmətlərin göstərilməsindən gəlirlər
Xidmətlərin göstərilməsindən gəlirlər o hesabat dövrünə aid edilir ki, bu xidmətlər göstərilmişdir və xidmət göstərilməsi üzrə konkret sövdələşmənin tələbləri başa çatdırılmışdır. Konkret sövdələşmənin tələblərinin başa çatdırılması dərəcəsi faktiki göstərilmiş xidmətlərin həcminin sövdələşmə üzrə göstəriləcək xidmətlərin ümumi həcmindəki payı kimi qiymətləndirilir.
- Faiz gəlirləri
Faiz gəlirləri effektiv faiz dərəcəsi metodu istifadə edilməklə zaman tənasüblüyü əsasında tanınır. Debitor borcunun dəyərinin aşağı düşməsi hallarında Cəmiyyət balans dəyərini əvəzi ödənilə bilən dəyərə qədər aşağı salır. Dəyərin bu qaydada aşağı salınması, maliyyə alətlərinin effektiv faiz dərəcəsindən istifadə edilməklə, ilkin tanınma tarixinə pul vəsaitləri axınının gələcək diskontlaşdırılmış hesablamaları yolu ilə müəyyən edilir. Dəyəri aşağı salınmış faiz gəlirləri konkret şəraitdən asılı olaraq, pul vəsaitlərinin daxil olması və ya xərclərin əvəzinin ödənilməsi qaydasında tanınır.
- Dividend gəlirləri
Dividend gəlirləri o zaman tanınır ki, səhmdarların mənfəət əldə etmək hüququ müəyyən olunmuşdur.
İcarə
Mülkiyyət hüququndan irəli gələn risklərin və səmərələrin əhəmiyyətli hissəsinin icarəyə verəndə qalması hallarındakı icarə, əməliyyat icarəsi kimi təsnifləşdirilir. Əməliyyat icarəsi müqaviləsi üzrə ödənişlər bütün icarə müddəti üzrə bərabər hissələrə bölünməklə, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.
Dividendlərin verilməsi
Cəmiyyətin səhmdarlarına dividendlər maliyyə hesabatlarında öhdəlik kimi o dövrdə tanınır ki, həmin dövrdə Cəmiyyətnun səhmdarları tərəfindən təsdiq edilmişdir (qərar qəbul edilmişdir).
Maliyyə risklərinin idarə edilməsi
Maliyyə riskərinin faktorları
Cəmiyyətin fəaliyyəti bir sıra maliyyə risklərinə meyillidir: bazar riski (valyuta riskləri, faiz dərəcələrinin dəyişməsinin ədalətli dəyərə təsir riski və qiymət riski daxil olmaqla); kredit riski; likvidlik riski və faiz dərəcələrinin dəyişməsinin pul vəsaitləri axınına təsiri riski. Cəmiyyətin risklərin idarə olunması üzrə proqramı, maliyyə risklərinin qabaqcadan müəyyən edilə bilinməməsi amilinə cəmləşdirilmişdir (fokusuna yığılmışdır) və Cəmiyyətin fəaliyyətinin maliyyə nəticələrinə potensial əlverişsiz təsirinin minimallaşdırılmasına yönəldilmişdir. Cəmiyyət müəyyən risklərin hedcinqləşdirilməsi üçün törəmə maliyyə alətlərindən istifadə edir.
- Bazar riski
Cəmiyyət beynəlxalq iqtisadi əlaqələrə malikdir və ona görə də, xarici valyuta kurslarının (əsasən, ABŞ dolları, evro, Rus rublu və s.) dəyişməsindən valyuta risklərinə meyillidir. Gələcək kommersiya sövdələşmələri, tanınmış aktivlər və öhdəliklər, həmçinin xarici şirkətlərə netto-investisiyalara münasibətdə mübabilə kurslarının dəyişməsi riski mövcuddur.
Cəmiyyət tərəfindən sığorta tarifləri könüllü sığortanın hər bir növü üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmış Qaydalara uyğun olaraq müəyyən edilir. Rəqabət mühitində könüllü sığorta növləri üzrə qiymət riski mövcuddur. İcbari sığorta növləri üzrə qiymətlər dövlət tərəfindən müəyyən olunduğundan bu növ sığorta müqavilələri üzrə qiymət riski mövcud deyildir.
- Kredit riski
Cəmiyyət əhəmiyyətli kredit risklərinə mübtəla deyildir. Cəmiyyətdə etibarlı kredit tarixinə məxsus olan alıcıların ödəmə qabiliyətli olmasına inamı təmin edən prosedurlar işlənmişdir. Törəmə alətlərlə sövdələşmələr və pul əməliyyatları yalnız yüksək ödəmə qabiliyyəti olan maliyyə institutları ilə aparılır. Cəmiyyət tərəfindən heç bir istisnaya yol vermədən bütün maliyyə institutları üçün kredit riskini məhdudlaşdıran prosedurlar işlənmişdir.
- Likvidlik riski
Likvidlik riskinin ehtiyatlılıqla idarə edilməsi pul vəsaitləri və dövriyyədə olan qiymətli kağızların kifayət həcminin saxlanmasını, açılmış kredit xəttləri vasitəsilə adekvat maliyyələşmə imkanlarını və ortaya çıxa biləcək disbalans hallarında operativ idarərtmə imkanlarını nəzərdə tutur.
- Faiz dərəcəsinin dəyişməsinin pul vəsaitləri axınına və ədalətli dəyərə təsiri riski
Cəmiyyət faiz gəliri gətirən əhəmiyyətli məbləğdə aktivlərə malikdir. Bu səbəbdən də faiz gəlirləri üzrə mənfəət və pul vəsaitlərinin əməliyyat axınları, əsasən bazar faiz dərəcələrinin dəyişməsindən asılıdır.
Törəmə maliyyə alətləri və hedcinq əməliyyatlrı
Törəmə maliyyə alətləri müvafiq sövdələşmələrin (kontraktların) bağlanma tarixinə ilkin balans dəyəri ilə uçota alınır: sonradan ədalətli dəyərə yenidən qiymətləndirmə tələb edilir. Bu qaydada müəyyən edilmiş gəlirlər və zərərlər maliyyə alələrinin hedcinq ələti kimi təsnifləşdirilməsindən asılıdır.
- Ədalətli dəyərin hedcinqləşdirilməsi
Cəmiyyət tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda hedcinqləşmə riskinə aid olan hedcinqləşdirilən maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyərinin dəyişməsi ilə birliklə əks etdirilir.
- Pul vəsaitləri axınının hedcinqləşdirilməsi
Cəmiyyət tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsinin effektiv hissəsi kapitalın tərkibində tanınır (bu dəyişmənin effektiv olmayan hissəsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir).
- Xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu tətbiq edilməyən törəmə alətlər
Bir sıra maliyyə alətləri xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu qaydalarına aid edilmir. Hedcinqləşdirmə əməliyyataları tətbiq edilməyən maliyyə alətlərinin ədalətli dəyərinin dəyişməsi birbaşa mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.
Ədalətli dəyərin qiymətləndirilməsi
Aktiv bazarda dövriyyədə olmayan maliyyə alətlərinin (birjadan kənar maliyyə alətləri) ədalətli dəyəri müxtəlif qiymətləndirmə metodları vasitəsilə müəyyən edilir. Cəmiyyət hesabat tarixinə bazar şəraitindən asılı olaraq mövcud olan bir neçə qiymətləndirmə metodundan istifadə edir. Uzunmüddətli borcların ədalətli dəyərinin müəyyən edilməsi üçün analoji alətlər üçün birja qiymətləri və ya dilerlərin kotirovkaları tətbiq edilir. Qalan maliyyə alətlərinin ədalətli dəyərinin müəyyən edilməsi üçün hesablama pul vəsaitləri axınının diskontlaşdırılması metodu istifadə edilir. Faiz svoplarının ədalətli dəyəri pul vəsaitlərinin gələcək axınının törəmə dəyəri kimi hesablanır. Forvard valyuta sövdələşmələrinin (kontraktlarının) ədalətli dəyəri bazarda təkmül tapmış forvard valyuta kurslarından istifadə edilməklə hesablanır.
Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli mühasibat təxminləri və fərziyyələri
Cəmiyət növbəti maliyyə ili ərzində hesabatlarda əks etdirilən aktiv və öhdəliklərin məbləğinə təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edir.Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr və fərziyyələr irəli sürür. Maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir:
Müştəri debitor borclarının dəyərsizləşməsi üzrə zərərlər
Gələcək pul vəsaitləri hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə edilən metodologiya və mülahizələr, təxmini və həqiqi zərərlər arasındakı hər hansı fərqi azaltmaq məqsədilə müntəzəm olaraq nəzərdən keçirilir.
Vergilər, əmək münasibətləri və sosial sığorta
Vergilərin hesablanması və ödənilməsi, əmək münasibətləri üzrə işçilərlə hesablaşmalar, sosial sığorta üzrə əməliyyatlar Azərbaycan Respublikasının vergi, əmək və sosial sığorta üzrə qanunvericiliyinə uyğun olaraq aparılır.
Sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş normalar.
Cəmiyyət sığorta üzrə fəaliyyəti zamanı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş və Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş sığortaçıların investisiya əməliyyatları ilə bağlı qaydaları, sığortaçının tələb olunan kapitalının müəyyənləşdirilməsi qaydaları, sığortaçıların zərərlilik dərəcəsinin müəyyən edilməsi qaydaları , sığorta və ya təkrarsığorta müqavilələri üzrə sığortaçının şəxsi tutumunun yuxarı həddinə dair tələbləri və digər normativ sənədlərin tələblərini rəhbər tutur.
Yeni və yenidən işlənmiş standartların və onlara dair şərhlərin tətbiqi
1 yanvar 2007-ci il tarixdən bəzi yeni MHBS-ı qüvvəyə minmişdir. Aşağıda hal-hazırda Cəmiyyətin fəaliyyəti üçün məqbul sayılan və ya gələcəkdə sayıla bilən yeni və ya yenidən işlənmiş standartlar və onlara dair şərhlər təqdim edilir, eləcə də onların Cəmiyyətin uçot siyasətinə təsiri haqqında məlumatlar göstərilir. Uçot siyasətindəki bütün dəyəşikliklər aşağıda başqa cür göstərilmədiyi hallarda, 1 yanvar 2006-cə il tarixə bölüşdürülməmiş mənfəətə düzəlişlər edilməsi nəzərə alınmaqla, retrospektiv qaydada tətbiq edilmişdir.
MHBS 7 “Maliyyə alətləri: Məlumatların açıqlanması” və BMS 1 “Maliyyə hesabatlarının təqdimatı” standartına dəyişikliklər – kapital barədə məlumatların açıqlanmsı (1 yanvar 2007-ci il tarixdən qüvvəyə minmişdir).
Yeni MHBS maliyyə alətləri haqqında məlumatların yenilənməsi məqsədilə məcburi xarakter daşıyan məlumatların açıqlanma həcmini genişləndirir. Məlumatların açıqlanma həcmi əhəmiyyətli dərəcədə artmışdır və bu zaman risklərin kəmiyyət aspektlərinə və risklərin idarə olunması metodlarına xüsusi diqqət ayrılmışdır. Kəmiyyət açıqlamaları müəssisə daxilində rəhbərliyə təqdim edilən məlumatlar əsasında risklərin dərəcəsi haqında məlumat əldə etməyə imkan yaranmışdır. 1 saylı BMS-ə Əlavədə müəssisə və onun törəmə müəssisəsinin kapitalı və bu kapitalın idarə edilməsi üsulları haqqında məlumat açıqlanır. Hazırda Cəmiyyət yeni MHBS və 1 saylı BMS-ə əlavənin onun maliyyə hesabatlarında açıqlanan məlumatlara təsirini təhlil edir.
MHBS 8 “Əməliyyat seqmentləri” (1 yanvar 2009-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir)
Bu standart borc və pay alətləri açıq bazarda alınıb-satılan təşkilatlara, eləcvə də açıq bazarda hər hansı növ alətlərin yerləşdirilməsi ilə əlaqədar maliyyə hesabatlarını tənzimləyici orqanlara təqdim edən və təqdim etməyi planlaşdıran müəssisələrə tətbiq edilir. MHBS 8 müəssisələrin öz əməliyyat seqmentləri haqqında maliyyə və təsviri məlumatları açıqlamasını tələb edir və müəssisələrin bu cür məlumatı öz maliyyə hesabatlarında açıqlama qaydasını əks etdirir. Hazırda rəhbərlik bu standartın Cəmiyyətin maliyyə hesabatlarında seqment haqqında məlumatların açıqlanmasına göstərəcəyi təsiri qiymətləndirir.
BMS 23 “Borc vəsaitləri üzrə xərclər” (mart, 2007-ci ildə yenidən işlənmişdir, 1 yanvar 2009-cu və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
Yenidən işlənmiş BMS 23, 2007-ci il mart ayında dərc edilmişdir. Bu standarta edilmiş əsas dəyişiklik istifadəçi və ya satışı kifayət qədər uzun müddət tələb edən aktivlərə aid olan borc vəsaitləri üzrə xərclərin dərhal xərcə silinməsi üsulunun ləğv edilməsidir. Buna görə, müəssisə borc vəsaitləri üzrə xərcləri aktivin maya dəyəri kimi kapitallaşdırır. Yenidən işlənmiş standart kapitallaşdırmaya başlama tarixi 1 yanvar 2009-cu il və ya bu tarixdən sonra olan kvalifikasiyalı aktivlərə aid borc vəsaitləri üzrə xərclərə prospektiv qaydada tətbiq edilir. Hazırda Cəmiyyət yenidən işlənmiş standartın onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.
Digər yeni standartlar və şərhlər
Cəmiyyət tərəfindən əvvəllər aşağıdakı yeni standartlar və şərhlər qəbul edilmişdir:
- BMHŞK-4 (Beynəlxalq maliyyə Hesabatları üzrə Şərhlər Komitəsi – IFRIC) “Müqavilədə lizinq əlamətlərinin mövcud olmasının müəyyən edilməsi” (1 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir). BMHŞK 4 uyğun olaraq müqavilədə lizinq əlamətlərinin mövcud olub-olmadığının müəyyən edilməsi müqavilənin iqtisadi məzmununa əsaslanmalıdır. Bu məqsədlə müqavilədə: a) müqavilənin yerinə yetirilnəsinin konkret aktiv və ya aktivlərin istifadəsi ilə əlaqəli olub-olmadığının və b) müqavilədə aktivdən istifadə hüququnun ötürülməsinin nəzərdə tutulub-tutulmadığının müəyyən edilməsi tələb olunur.
- BMS 39 (Düzəliş) “Ədalətli dəyər prinsipi ilə qiymətləndirmə imkanı” (1 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir). 39 saylı BMS-ə (2003-cü ildə yenidən işlənmiş) uyğun olaraq, müəssisələr ilkin uçot zamanı qiymətləndirmənin nəticələrini mənfəət və zərər hesabatında (“maliyyə alətlərinin mənfəət və zərər hesabatında ədalətli dəyərlə ölçülməsi”) qeydə almaqla, bütün maliyyə alətlərini qəti surətdə ədalətli dəyərlə ölçülməli maliyyə alətləri kimi təsnişləşdirə bilər. Standarta edilmiş düzəliş “mənfəət və zərər hesabatında ədalətli dəyərlə ölçülən” maliyyə alətləri anlayışını dəyişdirmiş və maliyyə alətlərinin bu kateqoriyaya aid edilməsi imkanını məhdudlaşdırmışdır. Bu düzəliş hazırkı maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərməmişdir.
- Yeni və yenidən işlənmiş standartların tətbiqinin təsiri. Yuxarıda qeyd olunan yeni və ya yenidən işlənmiş standartlar və onlara dair şərhlərin tətbiqinin 31 dekabr 2008-ci il və 31 dekabr 2007-ci il tarixlərinə Cəmiyyətin maliyyə vəziyyətinə və həmin tarixdə tamamlanan illər üçün əməliyyat nəticələrinə təsiri əhəmiyyətli dərəcədə olmamışdır.
Əsas vəsaitlər
| |
Maşın və avadanlıq |
Nəqliyyat vasitələri |
Mebel və təsərrüfat inventarları |
Cəmi |
| |
|
|
|
|
| 1 yanvar 2007-ci il tarixinə ilkin dəyər |
55,384 |
91,606 |
55,001 |
201,991 |
| Yığılmış amortizasiya |
-21,474 |
-24,412 |
-19,53 |
-65,416 |
| 1 yanvar 2007-ci il tarixinə balans dəyəri |
33,91 |
67,194 |
35,471 |
136,575 |
| Daxilolmalar |
20,318 |
43,689 |
31,43 |
95,437 |
| Xaricolmalar |
-135 |
|
-288 |
-423 |
| Amortizasiya ayırmaları |
-13,538 |
-27,721 |
-13,712 |
-54,971 |
| Xaricolmalar üzrə amortizasiya |
59 |
|
104 |
163 |
| 31 dekabr 2007-ci il tarixinə balans dəyəri |
40,614 |
83,162 |
53,005 |
176,781 |
| 01 yanvar 2008-ci il tarixinə ilkin dəyər |
75,567 |
135,295 |
86,143 |
297,005 |
| Yığılmış amortizasiya |
-34,953 |
-52,133 |
-33,138 |
-120,22 |
| 01 yanvar 2008-ci il tarixinə balans dəyəri |
40,614 |
83,162 |
53,005 |
176,781 |
| Daxilolmalar |
22,961 |
168,043 |
2,374 |
193,378 |
| Xaricolmalar |
-790 |
-52,547 |
|
-53,337 |
| Amortizasiya ayırmaları |
-15,715 |
-55,084 |
-11,442 |
-82,241 |
| Xaricolmalar üzrə yığılmış amortizasiya |
346 |
21,679 |
|
22,025 |
| 31 dekabr 2008-ci il tarixinə balans dəyəri |
47,416 |
165,253 |
43,937 |
256,606 |
| 31 dekabr 2008-ci il tarixinə ilkin dəyər |
97,738 |
250,791 |
88,517 |
437,046 |
| Yığılmış amortizasiya |
-50,322 |
-85,538 |
-44,85 |
-180,44 |
| 31 dekabr 2008-ci il tarixinə balans dəyəri |
47,416 |
165,253 |
43,937 |
256,606 |
Qeyri-maddi aktivlər
| |
Audiovi-zual əsər |
Proqram məhsulları |
Lisenziya |
Cəmi |
| 1 yanvar 2007-ci il tarixinə ilkin dəyər |
99,788 |
- |
1,1 |
100,888 |
| Yığılmış amortizasiya |
-9,979 |
- |
-440 |
-10,419 |
| 1 yanvar 2007-ci il tarixinə balans dəyəri |
89,809 |
- |
660 |
90,469 |
| Daxilolmalar |
- |
8,08 |
- |
8,08 |
| Xaricolmalar |
- |
- |
- |
- |
| Amortizasiya ayırmaları və ya qiymətdəndüşmə |
-9,979 |
-907 |
-220 |
-11,106 |
| Xaricolmalar üzrə yığılmış amortizasiya |
- |
- |
- |
- |
| |
|
|
|
|
| 31 dekabr 2007-ci il tarixinə balans dəyəri |
79,83 |
7,173 |
440 |
87,443 |
| 31 dekabr 2007-ci il tarixinə ilkin dəyər və ya qiymətləndirmə |
99,788 |
8,08 |
1,1 |
108,968 |
| Yığılmış amortizasiya |
-19,958 |
-907 |
-660 |
-21,525 |
| 31 dekabr 2007-ci il tarixinə balans dəyəri |
79,83 |
7,173 |
440 |
87,443 |
| Daxilolmalar |
- |
1,18 |
- |
1,18 |
| Xaricolmalar |
- |
- |
- |
- |
| Amortizasiya ayırmaları və ya qiymətdəndüşmə |
-9,979 |
-1,026 |
-220 |
-11,225 |
| Xaricolmalar üzrə yığılmış amortizasiya |
- |
- |
- |
- |
| |
|
|
|
|
| 31 dekabr 2008-ci il tarixinə balans dəyəri |
69,851 |
7,327 |
220 |
77,398 |
| 31 dekabr 2008-ci il tarixinə dəyər və ya qiymətləndirmə |
99,788 |
9,26 |
1,1 |
110,148 |
| Yığılmış amortizasiya |
-29,937 |
-1,933 |
-880 |
-32,75 |
| 31 dekabr 2008-ci il tarixinə balans dəyəri |
69,851 |
7,327 |
220 |
77,398 |
Ehtiyatlar
| |
31.12.2008 |
31.12.2007 |
| Material ehtiyatları |
3,691 |
6,406 |
| Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər |
- |
(2,147) |
| |
3,691 |
4,259 |
Sair qısamüddətli debitor borcları
| |
31.12.2008 |
31.12.2007 |
| Işçi heyəti üzrə debitor borcları |
200 |
- |
| Təkrarsığorta əməliyyatları üzrə debitor borclar |
6,107 |
17,832 |
| Sair debitor borcları |
64,818 |
52,178 |
| |
71,125 |
70,010 |
Sair qısamüddətli aktivlər
| |
31.12.2008 |
31.12.2007 |
| Gələcək hesabat dövrünün xərcləri |
4,739 |
- |
| Təhtəlhesab məbləğlər |
1,865 |
- |
| |
6,604 |
- |
Pul vəsaitləri və onların ekvivalentləri
| |
31.12.2008 |
31.12.2007 |
| Kassada olan nəğd pul vəsaitləri |
2,588 |
2,552 |
| Bank hesablarında pul vəsaitləri |
59,862 |
76,013 |
| Bank depozit hesablarındakı pul vəsaitləri |
19,020,000 |
12,295,000 |
| |
19,082,450 |
12,373,565 |
| Bank hesablarında pul vəsaitlərindən: |
|
|
- Milli valyutada bank hesabları
|
59,862 |
65,511 |
- Xarici valyutalarda bank hesabları
|
- |
10,502 |
| |
59,862 |
76,013 |
| Bank depozit hesablarındakı pul vəsaitlərindən: |
|
|
- Milli valyutada bank hesabları
|
19,020,000 |
12,295,000 |
- Xarici valyutalarda bank hesabları
|
- |
- |
| |
19,020,000 |
12,295,000 |
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər
| |
31.12.2008 |
31.12.2007 |
| Təkrarsığortaçı üzrə öhdəliklər |
5,307,970 |
6,102,354 |
| Təkrarsığortalı üzrə öhdəliklər |
90 |
52 |
| |
|
|
| |
5,308,060 |
6,102,406 |
Davamı
|