az en ru

insurance_banner
Online services
Accident_occured
XBC

Korporativ  müştərilər Korporativ müştərilər

Nəqliyyat

Hava nəqliyyat vasitələrinin sığortası

Xalq Sığorta avia-şirkətlərə hava nəqliyyat vasitələrinin sığortası üzrə etibarlı sığorta müdafiəsi təqdim edir. Bu sığorta təminatı ilə hüquqi şəxsə məxsus, eləcə də onun sərəncamında və ya istifadəsində olan hava nəqliyyat vasitələrini çoxsaylı risklərdən və onların nəticəsində dəyə biləcək ziyan və itkilərdən müdafiə etmək mümkündür.

Təyyarə və digər hava nəqliyyat vasitələri daha sürətli nəqliyyat olmaqla yanaşı, həm də təhlükələrə daha çox məruz qalır. Nəzərə alsaq ki, onların dəyəri müqayisəedilməz dərəcədə yüksəkdir, texnikanın hər hansı bir səbəbə görə sıradan çıxması və ya zədələnməsi onun sahibi və ya istifadəçisi üçün böyük məsrəflərlə nəticələnə bilər.

İstər havada (uçuş zamanı), istərsə də yerdə (dayanma zamanı və ya təmirdə olarkən) hava nəqliyyatına dəyə biləcək zərərlərdən müdafiənin ən sərfəli yolu Hava nəqliyyat vasitələrinin sığortasını əldə etməkdir.

Bu sığorta növü ilə aşağıdakıları sığortalamaq olar:

- Müxtəlif növ hava gəmiləri və uçuş aparatları (sərnişin və yük təyyarələri, helikopterlər, planerlər və s.)
- Hava gəmilərinin korpusu
- Mühərrik sistemi
- Mexanizmlər, təchizat
- Hava gəmisi xüsusi məqsədlər üçün istifadə olunduğu halda bunun üçün lazım olan adi cihazlar

Sığorta təminatı aşağıdakıları əhatə edir:

- Hava gəmisinin qəzaya uğraması
- Yanğın, partlayış, ildırım
- Fırtına, qasırğa və digər təbii fəlakətlər
- Mühərrik, ehtiyat hissələri və ya hər hənsı bir təchizatın qəzası
- Hava gəmisinin itkin düşməsi
- Üçüncü şəxslərin qeyri-qanuni hərəkətləri

Müqavilədə qeyd edilməsi və əlavə sığorta haqqının ödənilməsi şərti ilə sığorta risklərinin siyahısı artırıla və bura itkin düşmüş hava gəmisinin axtarışı, qalıqların toplanılması üzrə xərclər və s. bu kimi əlavələr edilə bilər.

Bu sığorta növünü əldə etmək üçün bizə zəng etməyiniz və ya müraciət formasını doldurub göndərməyiniz kifayətdir - mütəxəssislərimiz Sizinlə əlaqə saxlayıb bütün suallarınıza ətraflı cavab verəcəklər.

Onlayn sifariş