Vakansiyalar

Vəzifə: Aktuari

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

İş yeri: Bakı

 

Namizədə dair tələblər:

  • Tətbiqi riyaziyyat, ehtimal nəzəriyyəsi və ekonometrika sahələri üzrə ali təhsil; • Azərbaycan və rus dilini mükəmməl bilməlidir, ingilis dili bilməsi arzuolunandır;
  • Müvafiq sahədə  minumum 1 il iş təcrübəsi;
  • MS Office proqramları üzrə biliklər (Excel-yüksək səviyyədə); • Analitik düşünmə  və yüksək riyazi analiz qabiliyyəti, Aktuari akkreditasiyası,                                                                                                            risklərə nəzarət etmə və onları qiymətləndirmə bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı/ hesabatlıların və xüsusi hesabat cədvəllərinin tərtib və təhlil edilməsi;   
  • Komandada işləmək bacarığı və məsuliyyətlilik.

 

Vəzifə öhdəlikləri:

  • Sığorta məhsulları üzrə təqdim olunan sığorta risklərini təhlil etmək;
    • Müxtəlif məhsullar və müştəri portfelləri üzrə zərərliliyi və mənfəətliliyi hesablamaq;
    • Şirkətin sığorta ehtiyatlarının yaradılması üzrə fəaliyyəti icra etmək;
    • Daxili və xarici istifadəçilərə təqdim etmək üçün aktuariat fəaliyyətinə aid məlumat xarakterli hesabatları hazırlamaq;
  • Tələb olunan kapitalın məbləğinin, məcmu kapitalın məbləğini, sığortaçının öz vəsaitinin məbləğini və zərərlilik dərəcəsini hesablamaq.

 

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Aktuari) qeyd edərək,  hr@xalqsigorta.az  elektron ünvanına göndərilməsi xahiş olunur. 

CV burada yükləyə bilərsiniz: Download

Vəzifə:   Proqramlaşdırma şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

İş yeri: Bakı

 

Namizədə dair tələblər:

  • Ali texniki təhsil ;
  • Azərbaycan və rus dilini mükəmməl bilməlidir, İngilis dili (texniki) səviyyədə;
  • Müvafiq sahədə  minumum 1 il iş təcrübəsi(Sığorta sahəsi üzrə arzuolunandır);
  • T-SQL bilikləri, mürəkkəb sorğuları tərtib etmək və optimallaşdırmaq bacarığı;
  • MS SQL Server ilə işləmək bacarığı;
  • Komandada işləmək bacarığı və məsuliyyətlilik.

 

Vəzifə öhdəlikləri:

  • Bank/Sığorta tətbiqi proqramlarında icra edilmiş dəyişikliklərin və əlavələrin sənədləşdirilməsinin hazırlanması;
  • Biznes vahidləri üzrə istifadəçilərin tələblərini toplamaq üçün layihələrlə bağlı müzakirələr;
  • Funksional işlərin test edilməsi;
  • Digər İT və biznes bölmələri ilə birgə fəaliyyət.
  • Mürəkkəb sorğuları tərtib etmək və optimallaşdırmaq ;
  • T-SQL sorğularının təkmilləşdirilməsi və optimallaşdırılması;
  • Verilənlər bazasının təhlükəsizliyinin, stabilliyinin və performansının qorunması;
  • Proqram Təlimatlarının hazırlanması;
  • Hesabatlıq üçün yüksək performanslı sorğuların yazılması;

 

 

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Proqramlaşdırma şöbəsinin mütəxəssisi) qeyd edərək,  hr@xalqsigorta.az  elektron ünvanına göndərilməsi xahiş olunur. 

CV burada yükləyə bilərsiniz: Download

Satış üzrə agent (Bakı, Beyləqan, Horadiz, İsmayıllı, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Şabran, Salyan, Şamaxı, Şirvan)

Namizəddən tələb edilənlər:

• Cinsi /K
• Yaş həddi 25-30
• Azərbaycan dili(rus, dilini bilmək arzuolunandır)
• Təcrübəli MS Office proqramlarının bilgisi
• Sürücülük vəsiqəsi (arzuolunandır)

Vəzifəyə dair tələblər:

  • Danışıq aparmaq və müştərilərlə işləmək qabiliyyəti
  • Müştərilərin axtarışı və cəlb edilməsi
  • Ünsiyyətli, məsuliyyətli, təmkinli,komandada işləməyi bacarmaq
  • Riyazi hesablama aparmaq qabiliyyəti
  • Yaşadığınız region haqqında məlumatlara malik olmaq

İşin təsviri:

 

  • Müxtəlif sığorta növləri üzrə müştərilərə məsləhətlərin verilməsi
  • İstənilən sığorta növü üzrə sığorta şəhadətnamələrinin tərtibi, müştəri haqqında informasiyanın məlumat bazasına daxil edilməsi
  • Mövcud müştərilərlə və daxil olan müraciətlərlə aparılan işlərin hesabatının tərtib edilməsi                                                                                     • Sazişlə bağlı sənədlərin tərtibi və yığılması

 İş şəraiti

  • İş vaxtı 9.00-18.00
  • bazar – istirahət günü

 

 Əmək haqqı

300 AZN

 

Xahiş olunur hazırlanmış CV formasını hr@xalqsigorta.az ünvanına göndərəsiniz.

CV burada yükləyə bilərsiniz: Download