az en ru

insurance_banner
Online services
Accident_occured
XBC

Fərdi müştərilər Fərdi müştərilər

Əmlak

  • Kompleks sığorta

Kompleks Əmlak Sığortası

Xalq Sığorta, müştərilərin rahatlığını düşünərək onlara “Kompleks Əmlak sığortası”-ni təklif edir. Kompleks Əmlak sığortasına aşağıdakı sığorta növləri daxildir:

- Əmlak sığortası
- Üçüncü Şəxslər qarşısında Mülki Məsuliyyət sığortası
- Elektron cihazların sığortası

Xalq Sığorta şirkətinin fərdi müştərilərə təqdim etdiyi Əmlak Sığortasına daşınan və daşınmaz əmlakın sığortası daxil olunur.

Daşınmaz əmlak sığortası mənzillər, evlər, kotteclər, müxtəlif tikililər və qurğular, lift, ekskalator, anten və sair bu kimi əmlakı əhatə dairəsinə daxil edir. Sığorta şəhadətnaməsinə yazılması və əlavə sığorta haqqının ödənilməsi şərti ilə bura digər obyektlər də əlavə edilə bilər (məsələn, bünövrə, hasar, meydança, hovuz, eləcə də sığortalının xüsusi mülkiyyətində, icarəsində, istifadəsində olan hər hansı bir digər əmlak).

Daşınan əmlak sığortası mebel, məişət texnikası, kompyuter və müxtəlif avadanlıqları əhatə dairəsinə daxil edir. Fərdi sahibkarlıqla məşğul olanlar hazır məhsul və yarımfabrikatlar, eləcə də anbar və ticarət obyektlərində saxlanılan mal və digər əşyalar üçün də sığorta təminatı əldə edə bilərlər.

Sığorta şəhadətnaməsinə yazılması və əlavə sığorta haqqının ödənilməsi şərti ilə buraya müştərinin digər əmlakı da əlavə oluna bilər (məsələn, qiymətli əşyalar, sənət əsərləri, rəsmlər, kitablar, yazılar, heykəllər, bəzək əşyaları, kolleksiyalar, xalçalar, qiymətli kağızlar, plan və eskizlər, ixtira patentləri, sənədlər, nağd pul, əmanət və girov mallar, hərəkət halı istisna olmaqla nəqliyyat vasitələri və onların yükləri və s.).

Əmlak Sığortası əmlakın aşağıdakı sığorta hadisələri nəticəsində məhv olması və ya zədələnməsi halında dəymiş zərərin ödənilməsinə təminat verir:

- Yanğın, partlayış, eləcə də bunların nəticəsində əmələ gələn tüstü, buxar və hərarət
- İldırım, fırtına, qasırğa, dolu, daşqın, sel və su basması

Müştərinin istəyindən asılı olaraq digər risklər də sığorta təminatına əlavə oluna bilər:

- Yer sürüşməsi, zəlzələ və vulkan püskürməsi
- Üçüncü şəxslərin qeyri-qanuni, qərəzli hərəkətləri
- Zor tətbiq etməklə oğurluq və soyğunçuluq
- Şüşə sınması
- Daxili su, sığortalanmış binanın içindəki su çənləri və borularının, eləcə də qızdırıcı sistemin, kolonka, radiator və boruların, içməli su və ya kanalizasiya qurğularının partlaması, daşması, sızması, tutulması, sınması, donması və s.
- Nəqliyyat vasitələrinin sığortalanmış obyektə dəyməsi və s.

Əmlak Sığortası ilə birgə “üçüncü Şəxslər qarşısında Mülki Məsuliyyət Sığortası”nı da əldə etməklə müştərilər sığorta hadisəsi nəticəsində üçüncü şəxslərin həyat, sağlamlıq və ya əmlakına dəyən zərərdən də sığortalanmış olacaqlar. Belə ki, müştərinin evində və ya digər əmlakında yanğın, su basması və s. sığorta hadisəsi baş verərsə və bunun nəticəsində qonşu bina və ya müəsissələrdəki şəxslərin əmlak və ya səhhətinə ziyan dəyərsə, bunların xərclərini müştərilər deyil, Xalq Sığorta şirkəti ödəyəcək!

Fərdi müştəri məişət texnikası və avadanlığını Əmlak sığortası ilə sığortalayırsa, ona əlavə olaraq “Elektron cihazların sığortası” da təklif edilə bilər.

“Elektron cihazların sığortası” elektron cihaz, avadanlıq və ya məişət texnikasında gözlənilməz səbəblər (məs., qısa qapanma, cərəyan dəyişikliyi, personalın səhvi, materialların qüsurlu olması, yanğın, partlayış, təbii fəlakətlər və s.) nəticəsində dəyən maddi zərərlərin kompensasiyasını, eləcə də həmin cihazların təmiri və ya yenisi ilə əvəz edilməsi ilə bağlı xərcləri təminat altına alır.

Bu sığorta növlərindən birini və ya bir neçəsini əldə etmək üçün bizə zəng etməyiniz və ya müraciət formasını doldurub göndərməyiniz kifayətdir. Mütəxəssislərimiz Sizinlə əlaqə saxlayıb bütün suallarınıza ətraflı cavab verəcəklər.

Onlayn sifariş