Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
Xalq Sığorta şirkətinin təqdim etdiyi çoxsaylı sığorta növlərindən biri də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”dır (AVSMMİS).
Azərbaycan Respublikasının “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Qanununa uyğun olaraq bütün nəqliyyat vasitələrinin sahibləri həmin şəhadətnaməni əldə etməlidirlər.
Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası əhalinin sosial müdafiəsinə xidmət edərək, nəqliyyat vasitəsi sahibini yol-nəqliyyat hadisələri nəticəsində baş verə biləcək risklərdən sığortalayır. Bir sözlə, əgər Sizin təqsirinizdən üçüncü şəxslərin həyatına, sağlamlığına və ya əmlakına zərər dəyibsə, Xalq Sığorta şirkəti maddi məsuliyyətinizlə bağlı ödənişləri həyata keçirməkdə Sizə yardımçı olacaq.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 12 ay müddətinə bağlanır. Azərbaycan Respublikasının ərazisinə tranzit məqsədi ilə daxil olan xarici ölkədə qeydiyyata alınmış avtonəqliyyat vasitələrinin sahibləri ilə müvafiq icbari sığorta müqavilələri bir ay müddətinə bağlanılır. Sığorta şəhadətnaməsinin qiyməti isə nəqliyyat vasitəsinin növündən asılı olaraq müəyyən edilir.
Bu sığorta növü mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
Sığorta müqaviləsini bağlamaq üçün aşağıdakılar tələb olunur:
- Müraciət formasını doldurmaq
- Sığorta olunanın şəxsiyyət vəsiqəsi
- Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini(etibarnamə və s.) təqdim etmək.
Bu sığorta növünü əldə etmək üçün bizə zəng etməyiniz və ya müraciət formasını doldurub göndərməyiniz kifayətdir - mütəxəssislərimiz Sizinlə əlaqə saxlayıb bütün suallarınıza ətraflı cavab verəcəklər.





İcbari sığorta