İnşaat sığortası
Xalq Sığorta tikinti, quraşdırma-mühəndis işləri aparan şirkət və müəssisələrə tikinti sahəsində olduqları və tikinti işləri aparıldığı zaman əmlaklara və inşaat prosesində istifadə olunan texnika, avadanlıq, qurğu və materiallar üçün geniş təminatlı İnşaat Sığortası təklif edir.
Hər hansı bir tikinti-quraşdırma işlərinin icrası müxtəlif risklər, maddi və ya fiziki zərərin ödənilməsi zərurəti ilə müşayiət olunan gözlənilməz xərclərlə bağlıdır. Təqdim etdiyimiz İnşaat Sığortası təminatı sayəsində Siz həmin risklərdən sığortalanmış olacaqsınız.
Əlavə sığorta haqqı müqabilində sığorta təminatı aşağıdakıları əhatə edir:
- Tikintidə istifadə olunan maşın, alət və ləvazimatlar, müvəqqəti tikinti barakları və köməkçi tikililər
- Tikinti işləri zamanı yarana bilən maddi zərərə görə üçüncü şəxslər qarşısında mülki məsuliyyət
- Təminatın əhatə dairəsinə daxil olan səbəblərlə əlaqədar meydana gələn ziyan və zərərlərin tələb etdiyi, hava nəqliyyatvasitələri istisna olmaqla, digər sürətli nəqliyyat vasitələri ilə həyata keçirilən daşıma xərcləri, normadan artıq işləmənin haqları
- Tətil, iğtişaş və bunlara qarşı görülən tədbirlər nəticəsində dəyən zərər və ziyanlar
- İnşaat prosesində meydana gələn uçuq və dağıntıların bərpası üzrə xərclər və s.
Müştərinin istəyindən asılı olaraq, əlavə sığorta haqqının ödənilməsi şərti ilə bura digər təminatlar da əlavə edilə bilər.
Sığorta risklərinə aşağıdakılar daxildir:
- yanğın, partlayış, ildırım
- istehsalat qəzaları
- təbii fəlakətlər
- oğurluq, qarət
Bu sığorta növünü əldə etmək üçün bizə zəng etməyiniz və ya müraciət formasını doldurub göndərməyiniz kifayətdir - mütəxəssislərimiz Sizinlə əlaqə saxlayıb bütün suallarınıza ətraflı cavab verəcəklər.







Korporativ müştərilər