az en ru

insurance_banner
Online services
Accident_occured
XBC

Fərdi müştərilər Fərdi müştərilər

Nəqliyyat

Sürücülərin və sərnişinlərin fərdi qəza sığortası

Xalq Sığorta fiziki şəxslərə avtomobilin istifadəsi və yol-nəqliyyat qəzası ilə bağlı sürücü və sərnişinlərin həyat və sağlamlığına dəyə bilən zərərlərin sığortalanması üzrə “Sürücülərin və sərnişinlərin fərdi qəza sığortası”nı təqdim edir.

Gündəlik həyatımızda ən çox üzləşdiyimiz təhlükələrdən biri yol-nəqliyyat qəzalarıdır ki, onların acınacaqlı nəticələri çox vaxt təkcə avtomobilə vurulan ziyanla deyil, həm də insanların həyat və sağlamlığına dəyən zərərlə ölçülür. Bu neqativ halları nəzərə alaraq, Xalq Sığorta Sizə yalnız avtomobilinizi deyil, həm də sürücü və sərnişinlərin həyat və sağlamlığını sığortalamağı məsləhət görür. “Sürücülərin və sərnişinlərin fərdi qəza sığortası”nı əldə edərək Siz qaçılmaz xərclərdən sığortalanacaqsınız. Belə ki, avtomobil qəzası nəticəsində kiminsə səhhətinə xələl gətirilibsə, müalicə ilə bağlı bütün xərcləri şirkətimiz təminat altına alacaq.

Müştərinin istəyindən asılı olaraq sığorta təminatı hər bir sərnişin üçün ayrılıqda və ya bütün minik yerləri üzrə təqdim edilə bilər. Bu sığorta növü, aşağıda göstərilən hallarla nəticələnməsi riskindən sığorta təminatı verir:

- Əmək qabilliyətinin itirilməsi ilə əlaqədar I, II, III dərəcə əlilliyin müəyyən olunması

- 18 yaşınadək uşağın sağlamlıq imkanlarının məhdudlaşması

- Ölüm

Bu sığorta növünü əldə etmək üçün bizə zəng etməyiniz və ya müraciət formasını doldurub göndərməyiniz kifayətdir - mütəxəssislərimiz Sizinlə əlaqə saxlayıb bütün suallarınıza ətraflı cavab verəcəklər.

Onlayn sifariş