Tibbi sığorta
Fərdi tibbi sığorta Sizin və ailənizin sığorta müddəti ərzində xəstəlik və travma ilə bağlı ortaya çıxa biləcək təcili yardım, həkim, dərman, əməliyyat və s. müalicə xərclərini büdcənizi gücə salmadan ödəmənizə yardım edir. Xəstəlik və travma baş verdikdə sığorta proqramından asılı olaraq tibbi xərclərin hamısı və ya böyük bir hissəsi Sığortaçı tərəfindən ödənilir. Bu baxımından tibbi sığorta Sizi sağlamlıqla əlaqədar ortaya çıxan xərclərin yükündən xilas edən əhəmiyyətli bir təminatdır.
Sığorta təminatları
Fərdi Tibbi Sığorta məhsullarımız Paket 1, Paket 2, VİP paket adlandırdığımız sığorta proqramlarından ibarətdir. Bu sığorta proqramları üzrə ambulator və stasionar şəraitdə olmaqla müayinə və müalicə xərcləri sığorta şəhadətnaməsi şərtlərinə müvafiq olaraq ödənilir.
Sığorta haqqının ödənilmə qaydası
Sığorta haqqı birdəfəyə tam və ya sığorta müddətinin ilk üç ayında bərabər hissələrlə nağd Sığortaçıya ödənilir.
Tibbi xidmət harada göstərilir?
Sığortaçının əməkdaşlıq etdiyi aşağıdakı tibb müəssisələrində tibbi xidmət ala bilərsiniz
Tibb müəssisələrinin siyahısı
Kimlər sığortalana bilər?
16-60 yaş arasında, sığortaya qəbulunu əngəlləyəcək bir xəstəliyi olmayan hər kəs könüllü tibbi sığorta şəhadətnaməsi ala bilər. 16 yaşdan kiçik uşaqlar valideynləri ilə birlikdə sığortalanır.
Sığorta haqqı seçilən sığorta proqramına, yaş və cinsiyyətə görə dəyişir.







Fərdi müştərilər