Korporativ tibbi siğorta
İnsanın sahib olduğu ən böyük dəyər onun sağlamlığıdır. Ən sağlam insanların belə bir gün xəstələndiyi düşünüldükdə, bu təhlükəyə qarşı qorunma ehtiyacı yaranır. Xəstəliyin yaratdığı mənfi əhvalı-ruhiyyə ilə yanaşı müayinə və müalicə zamanı ortaya çıxan tibbi xərclər bir çox hallarda insanların büdcəsi üçün ağır yükə çevrilir.
Hər hansı bir şirkətin öz əməkdaşlarına göstərdiyi qayğı korporativ mədəniyyətin göstəricisi olaraq həmin təşkilatın etibarlılığını və nüfuzunu nümayiş etdirir. İşçiləriniz üçün əldə etdiyiniz tibbi siğorta şəhadətnaməsi xəstəlik və travma ilə əlaqədar olaraq ortaya çıxan tibbi xərcləri ödəməklə gözdənilməyən maddi itkilərin qarşısını alır.
Şirkətimizin həkimlərdən təşkil olunmuş dispetçer məsləhət xidməti həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərir. Sığortalı günün istənilən vaxtında telefonla əlaqə saxlayaraq dispetçer xidmətindən məsləhətlər ala bilər. Bununla yanaşı dispetçer məsləhət xidmətinin əməkdaşları müvafiq tibb müəssisəsində həkimin qəbul saatını, gününü müəyyənləşdirir, sığorta olunanın tibb müəssisəsində qeydiyyatı aparılır. Ehtiyac olduqda Sığorta olunan tibb müəssisələrində müvafiq personal tərəfindən qarşılanır, müayinə prosesində sığorta olunan müşayiət edilir.
Sığortalının şikayətinə uyğun və bu sahədə ən təcrübəli mütəxəssislərə, maddi texniki bazası optimal olan tibb müəssisələrinə yönəldilir. Yəni Sığortaçı peşəkar fəaliyyəti ilə əlaqədar ixtisaslı həkimlər və tibb müəssisələri haqqında məlumatlara malikdir. Sığortaçının yönəltməsi ilə Sığortalının peşəkar olmayan tibb personalı tərəfindən müayinə və müalicə olmaq ehtimalı azalır. Beləliklə müalicənin keyfiyyəti artmış olur, Sığorta olunan peşəkar həkim arayışından, bu barədə məlumatı olmayan və ya yanlış məlumatı olan şəxslərin səhv yönəltməsi ilə təcrübəsiz həkimlərin “təcrübə dovşanı” olmasından canını qurtarır.
Sığorta təminatları
Korporativ tibbi sığorta məhsullarımız EKO, EXTRA, VİP adlandırdığımız sığorta proqramlarından ibarətdir. Lakin müştərinin tələb və ehtiyacları əsasında individual siğorta proqramlarının da tərtib edilməsi mümkündür. Bu sığorta proqramları üzrə ambulator və stasionar şəraitdə olmaqla müayinə və müalicə xərcləri sığorta şəhadətnaməsi şərtlərinə müvafiq olaraq ödənilir.
Tibbi xidmət harada göstərilir?
Sığortaçının əməkdaşlıq etdiyi aşağıdakı tibb müəssisələrində tibbi xidmət ala bilərsiniz.
Tibb müəssisələrinin siyahısı







Korporativ müştərilər