Üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası
Xalq Sığorta hüquqi şəxslərə, onların üçüncü şəxslər qarşısında məsuliyyəti, irəli sürülən iddia və tələblər üzrə geniş təminatlı “Üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası”–nı təklif edir.
Həmin sığorta növünün sayəsində, sığorta hadisəsi baş verərsə və onun nəticəsində üçüncü şəxslərin həyat, sağlamlıq və ya əmlakına zərər dəyərsə, bununla bağlı bütün xərcləri Xalq Sığorta şirkəti öz üzərinə götürür!
Məsələn, Sığortalının istehsalat sahəsində gözlənilməz hadisə baş verib və həmin hadisənin nəticəsində hər hansı üçüncü şəxsə (və ya şəxslərə) maddi və ya fiziki ziyan dəyib - bu halda zərərçəkənin əmlakına dəyən ziyanın kompensasiyasını, eləcə də onun səhhətinin bərpası ilə bağlı xərcləri (sığorta hadisəsi ölümlə nəticələnibsə, bununla bağlı xərclər) bizim sığorta şirkətimiz öz öhdəsinə götürəcək.
Sığorta təminatı təkcə hüquqi şəxsin özünə deyil, həm də etibarnamə və vəzifə təlimatlarına əsasən onun adından çıxış edən digər şəxslərə də şamil edilir.
Əlavə razılaşmanın tərtib olunması və əlavə sığorta haqqının ödənilməsi şərti ilə sığorta təminatına müştərinin iş prosesində istifadə etdiyi montaj avadanlığı və liftin nəticəsində üçüncü şəxslərə dəyə biləcək itki və ziyanlar da əlavə edilə bilər.
Bu sığorta növünü əldə etmək üçün bizə zəng etməyiniz və ya müraciət formasını doldurub göndərməyiniz kifayətdir - mütəxəssislərimiz Sizinlə əlaqə saxlayıb bütün suallarınıza ətraflı cavab verəcəklər.







Korporativ müştərilər