Xalq Sığorta fərdi şəxslərin sığortası üzrə çoxsaylı xidmətlər təqdim edir. Sığorta – həyatınızda baş verə biləcək gözlənilməz hadisələrin ağır maliyyə nəticələrini yüngülləşdirən bir yoldur. Xalq Sığorta Sizin gələcəyiniz, eləcə də yaxınlarınızın gələcəyi üzrə qayğını Sizinlə bölüşdürməyə hazırdır. Bizimlə özünüzü daha güvənli hiss edəcəksiniz! Fərdi şəxslər üçün sığorta, demək olar ki, həyatın bütün sahələrini əhatə edən, geniştəminatlı sığorta xidmətlərini daxil edir. Bizim şirkətimizdə hər zaman həyat, sağlamlıq və əmlakınızın sığortalanması üçün optimal sığorta növünü seçə bilərsiniz.
Sizə etibarlı sığorta şirkətində keyfiyyətli sığorta təklif edərək, xidmətlərimizin yüksək səviyyəsinə zəmanət veririk. Şirkətimiz, iİk növbədə, öz müştərilərinə Xalq Sığortanın maliyyə göstəriciləri ilə təmin olunan yüksək səviyyəli güvənlik təklif edir. Xalq Sığorta ilə Siz sağlamlıq və əmlakınızı çoxsaylı risklərdən mühafizə edən etibarlı sığortadan əlavə, məhz Sizin maraqlarınızı nəzərə alan fərdi xidmət alacaq, eləcə də sığorta müqaviləsini operativ və rahat şəkildə tərtib etmək imkanını qazanacaqsınız.
Biz, Sizin vaxtınıza dəyər verib, pullarınıza qənaət edirik.
Xalq Sığorta aşağıdakılara zəmanət verir:
- müştəri tələbatlarının təmin edilməsi üçün keyfiyyətli xidmət;
- lazımsız təminatlar və əsassız ödəmələr olmadan ən əlverişli sığorta növünün təqdim edilməsi;
- bütün sığorta müddəti ərzində mümkün olan sığorta hadisələrinin tənzimlənməsində dəstək və hüquqi məsləhətlər;
- növbəti ödəmə haqqında və ya cari sığorta müqaviləsinin müddətinin başa çatması barəsində müştərilərin vaxtlı vaxtında xəbərdar olunması.
Mütəxəssislərimiz, istənilən sığorta məhsulları üzrə etibarlı proqramları ən optimal şərtlər və qiymətlərlə Sizə təklif edəcəklər.
Seçdiyiniz sığorta növünü əldə etmək üçün bizə zəng etməyiniz və ya müraciət formasını doldurub göndərməyiniz kifayətdir. Mütəxəssislərimiz Sizinlə əlaqə saxlayıb bütün suallarınıza ətraflı cavab verəcəklər.







Fərdi müştərilər