az en ru

insurance_banner
Online services
Accident_occured
XBC

Fərdi müştərilər Fərdi müştərilər

Məsuliyyət

Üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası

Xalq Sığorta şirkətinin fərdi şəxslərə təqdim etdiyi çoxsaylı sığorta növlərindən biri də “Üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası”dır ki, müştərinin üçüncü şəxslərə vura biləcəyi zərərlərdən sığortalayır.

Bu sığorta növünün sayəsində, baş verən sığorta hadisəsi nəticəsində üçüncü şəxslərin həyat, sağlamlıq və ya əmlakına zərər dəyərsə, bütün bunlarla bağlı xərcləri ödəməkdə Xalq Sığorta Sizə kömək edəcək.

Belə ki, müştərinin təqsirindən gözlənilməz sığorta hadisəsi baş veribsə və həmin hadisənin nəticəsində hansısa şəxsə və ya şəxslərə maddi və ya fiziki ziyan dəyibsə, zərərçəkənlərin əmlakına dəyən itki və ziyanın kompensasiyasını, eləcə də onların səhhətinin bərpası ilə bağlı xərcləri (sığorta hadisəsi ölümlə nəticələnibsə, bununla bağlı xərcləri) müştəri deyil, Xalq Sığorta şirkəti ödəyəcək.

Bu sığorta növünü əldə etmək üçün bizə zəng etməyiniz və ya müraciət formasını doldurub göndərməyiniz kifayətdir - mütəxəssislərimiz Sizinlə əlaqə saxlayıb bütün suallarınıza ətraflı cavab verəcəklər.

Onlayn sifariş