Kasko
Xalq Sığorta fiziki şəxslərə yüksək Avropa standartlarına uyğun keyfiyyətdə, ən geniş çeşiddə və əlverişli şərtlərlə Avtonəqliyyat Vasitələrinin Könüllü Sığortasını (KASKO) təqdim edir. Bu sığorta növü ilə Sizə məxsus olan istənilən nəqliyyat vasitəsini (minik və yük avtomobilləri, avtobus, motosikl, kənd təsərrüfatı texnikası və s.) mümkün risklərdən sığortalaya bilərsiniz.
Ən təcrübəli sürücü belə yol qəzasına düşə bilər, ən möhkəm qaraj və ya ən müasir mühafizə sistemi avtomobilinizin oğurluqdan, qərəzli-qərəzsiz zədələnmələrdən və s. neqativ hallardan qorunmasına 100% zəmanət verə bilməz. Dünyada ən məşhur sığorta növlərindən olan Kasko Sığortası avtomobilinizi maksimal dərəcədə müdafiə edəcək. Xalq Sığorta şirkəti yol qəzası, oğurluq və digər sığorta hadisələri nəticəsində avtomobilinizə dəyən zərərlərin aradan qaldırılmasında kömək edəcək. Bununla bağlı təmir və bərpa xərclərini öz öhdəsinə götürəcək.
Sığorta təminatı aşağıdakıları əhatə edir:
- yol-nəqliyyat hadisələri
- yanğın və partlayış
- qaçırılma və soyğunçuluq
- təbii fəlakətlər
- atılmış və ya düşmüş əşyalardan dəyən itki
- üçüncü şəxslərin qanunazidd hərəkətləri, heyvanların vurduğu zərər və s.
Sığorta müqaviləsini bağlamaq üçün aşağıdakılar tələb olunur:
- Nəqliyyat vasitəsinə baxış keçirmək
- Müraciət formasını doldurmaq
- Şəxsiyyət vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini (etibarnaməni və s.) və digər lazım olan sənədləri təqdim etmək
Bu sığorta növünü əldə etmək üçün bizə zəng etməyiniz və ya müraciət formasını doldurub göndərməyiniz kifayətdir. Mütəxəssislərimiz Sizinlə əlaqə saxlayıb bütün suallarınıza ətraflı cavab verəcək.







Fərdi müştərilər