az en ru

insurance_banner
Online services
Accident_occured
XBC

Korporativ  müştərilər Korporativ müştərilər

Nəqliyyat

Kasko

Xalq Sığorta hüquqi şəxslərə nəqliyyat vasitələrinin zədələnməsi, məhv olunması və qaçırılması üzrə könüllü Kasko Sığortası təklif edir.

Kasko Sığortası istənilən növ nəqliyyat vasitəsini (yüngül və yük avtomobilləri, avtobus, motosikl, kənd-təsərrüfatı texnikası və s.) qaçılmaz xərclərdən sığortalamağa imkan verəcək - belə ki, yol qəzası, nəqliyyatın oğurlanması və digər sığorta hadisələri nəticəsində baş verən zərərə görə təmir və bərpa xərclərini ödəməkdə Xalq Sığorta şirkəti Sizə yardımçı olacaq.

İcbari avtomobil sığortası ilə müqayisədə KASKO könüllü avtomobil sığortası bir çox üstünlüklərə malikdir. Belə ki, əgər yol-nəqliyyat hadisəsi müştərinin təqsirindən baş veribsə, icbari sığorta yalnız üçüncü şəxslərə dəyən ziyanı kompensasiya edir, müştərinin nəqliyyat vasitəsinin təmiri xərcləri isə bura daxil deyil. KASKO sığortası sayəsində bütün bu kimi hallarda Siz öz avtomobilinizi də sığortalamış olacaqsınız.

Sığorta təminatı aşağıdakıları əhatə edir:

-yol-nəqliyyat hadisələri

- yanğın və partlayış

- qaçırma və soyğunçuluq

- təbii fəlakətlər

-atılmış və ya düşmüş əşyalardan dəyən itki

- üçüncü şəxslərin qanunazidd hərəkətləri, heyvanların vurduğu zərər və s.

Sığorta müqaviləsini bağlamaq üçün nələr tələb olunur

- Nəqliyyat vasitəsinə baxış keçirmək

- Müraciət formasını doldurmaq

- Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini (etibarnaməni və s.) təqdim etmək

Bu sığorta növünü əldə etmək üçün bizə zəng etməyiniz və ya müraciət formasını doldurub göndərməyiniz kifayətdir - mütəxəssislərimiz Sizinlə əlaqə saxlayıb bütün suallarınıza ətraflı cavab verəcək.

Onlayn sifariş