az en ru

insurance_banner
Online services
Accident_occured
XBC

Korporativ  müştərilər Korporativ müştərilər

 

Korporativ müştərilərə xidmət - şirkətimizin sürətlə inkişaf edən prioritet istiqamətlərindən biridir. Müştərilərin istək və tələblərini, eləcə də onların biznesinin spesifik cəhətlərini nəzərə alaraq, onlara risklərin idarə edilməsi üzrə ən əlverişli sığorta məhsulları təklif edirik.

 

Xalq Sığorta şirkəti hüquqi şəxslər üçün nəzərdə tutulmuş ayrıca istiqaməti inkişaf etdirir və ona uyğun olaraq xüsusi proqramlar həyata keçirir, o cümlədən, əmlak sığortası, enerji risklərin sığortası, neft buruqları və platformaları, qazma avadanlığının sığortası, su nəqliyyatının sığortası, yüklərin, nəqliyyatın, 3-cü şəxslər qarşısında məsuliyyətin sığortası və s.

 

Hüquqi şəxslərlə iş prinsiplərində kompaniyanın siyasəti müştərinin maraq və tələblərinə, eləcə də fəaliyyətinin spesifikasına istiqamətlənir. Xalq Sığorta daim yeni təşkilat və müəssisələrlə əməkdaşlıq əlaqələrini genişləndirir, sığorta məhsullarının satışında kompleks yanaşmanı hər bir müştəriyə fərdi yanaşma prinsipi ilə birləşdirərək xidmətlərin keyfiyyətini mütəmadi olaraq artırır.

 

Kompaniya, iİk növbədə, öz müştərilərinə Xalq Sığortanın maliyyə göstəriciləri ilə təmin olunan yüksəksəviyyəli güvənlik təklif edir.

 

Xalq Sığorta ilə Siz, biznesinizin əmlakını çoxsaylı risklərdən mühafizə edən etibarlı sığortadan əlavə, məhz Sizin fəaliyyətinizin spesifikasını nəzərə alan fərdi xidmət alacaq, eləcə də sığorta müqaviləsini operativ və rahat şəkildə tərtib etmək imkanını qazanacaqsınız.

 

Biz, Sizin vaxtınıza dəyər verib, pullarınıza qənaət edirik. Xalq Sığorta şirkətinin təqdim etdiyi korporativ sığortanı seçməklə, Siz vəsaitlərinizə qənaət etmiş, biznesinizi etibarlı şəkildə mühafizə etmiş olaqsınız.Mütəxəssislərimiz istənilən sığorta məhsulları üzrə etibarlı proqramları Sizə ən optimal şərtlər və qiymətlərlə təklif edəcəklər.

 

Seçdiyiniz sığorta növünü əldə etmək üçün bizə zəng etməyiniz və ya müraciət formasını doldurub göndərməyiniz kifayətdir - mütəxəssislərimiz Sizinlə əlaqə saxlayıb bütün suallarınıza ətraflı cavab verəcəklər.