Dəmiryolu nəqliyyatının sığortası

Adətən dəmiryolu nəqliyyatının istismarı təhlükəsiz hesab olunur. Buna baxmayaraq, dəmiryolu nəqliyyatının istismarı zamanı insanın iradəsindən asılı olmayan, o cümlədən müxtəlif amillər nəticəsində itkilər yarana bilər. Bu itkilər müəssisənin fəaliyyətinə əsaslı maliyyə zərəri vura bilər. Dəmiryolu nəqliyyatının vaxtsız təmiri ilə əlaqədar, məcburi dayanmalar nəgliyyat vasitəsini sıradan çıxarmaqla yanaşı əhəmiyyətli maliyyə itkisinə səbəb olur. Bu nəqliyyat növünün sığortası yarana biləcək itkilərin təzminatının və müəssisənin uğurlu fəaliyyətinin davamına zəmanət verir. Dəmiryolu nəqliyyatına sahiblik, istifadə və sərəncamla baglı mülkityyət maraqı sığorta obyektidir.

Bu sığorta növünü əldə etmək üçün 183 nömrəsinə zəng edin və ya öz əlaqə ünvanınızla Sizin təşkilatınıza lazım olan sığorta növü ilə əlaqədar məlumat verin. Bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayıb, sizin üçün büdcənizi, məqsədlərinizi və biznesinizin özünəməxsus cəhətlərini nəzərə alan fərdi sığorta proqramı tərtib edəcəklər.

 

Qaydalar