İnşaat-montaj işlərinin sığortası

Bu sığorta növü sığorta hadisəsi baş verdikdə obyektə dəymiş ziyanın təzminatı metodu kimi, risklərin idarə edilməsində ən optimal vasitədir. Münasib sığorta haqqı müqabilində alınmış sığorta şəhadətnaməsi ortaya çıxan böyük maddi itkilərin praktiki olaraq tam təzminatı imkanını yaradır.
“Xalq Sığorta” inşaat-montaj şirkətlərinə fəaliyyətlərinin bütün mərhələlərində-materialların tikinti sahəsinə boşaldılmasından başlayaraq, zəmanət dövrünün sonuna qədər mümkün risklərdən sığorta olunmaqlarını təklif edir.


İnşaat-montaj sığortası tikinti prosesində iştirak edən tərəflərin (sifarişçi, podratçı, subpodratçı, layihəçi və s.) maraqlarının müdafiəsini təmin edir.
Bu sığorta növünü əldə etmək üçün 183 nömrəsinə zəng edin və ya öz əlaqə ünvanınızla Sizin təşkilatınıza lazım olan sığorta növü ilə əlaqədar məlumat verin. Bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayıb, sizin üçün büdcənizi, məqsədlərinizi və biznesinizin özünəməxsus cəhətlərini nəzərə alan fərdi sığorta proqramı tərtib edəcəklər.

Qaydalar