İşəgötürənin məsuliyyət sığortası

İşəgötürənin məsuliyyət sığortası obyekti öz əməkdaşlarının əmlakı, həyat və sağlamlığına dəyə biləcək hər hansı bir zərərə görə olan məsuliyyətdir.

Əgər Siz işəgötürən sahibkarsınızsa, o zaman təhlükəsiz əmək mühafizəsini təmin etməlisiniz. Siz istehsalatda baş verən bədbəxt hadisələrə və işçilərinizin peşə xəstəliyinə məruz qalmasına görə məsuliyyət daşıyırsınız. Dəyən zərər şirkətinizin iqtisadi sabitliyi üçün təhlükəli ola bilər.

Bizim əsas məqsədimiz istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi ilə bağlı xəbərdarlıq etmək və işçilərinizin sağlamlığı və əmək qabiliyyətini təmin etməkdir.

Bu sığorta növünü əldə etmək üçün 183 nömrəsinə zəng edin və ya öz əlaqə ünvanınızla Sizin təşkilatınıza lazım olan sığorta növü ilə əlaqədar məlumat verin. Bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayıb, sizin üçün büdcənizi, məqsədlərinizi və biznesinizin özünəməxsus cəhətlərini nəzərə alan fərdi sığorta proqramı tərtib edəcəklər.

Qaydalar