Əmlakın yanğın və digər risklərdən sığortası

Daşınmaz əmlakın sığortalanması obyektlərinə binalar, müxtəlif tikililər, liftlər, eskalatorlar, antenlər və s. aiddir. Sığorta şəhadətnaməsində göstərilməsi və əlavə sığorta haqqı ödənilməsi şərti ilə bu siyahıya digər obyektlər də daxil edilə bilər. (məsələn, dənizdə və quruda olan platformalar, qazma quyuları, qüllələr, özüllər, hasarlar, meydançalar, hovuz və sığortalının mülkiyyətində, icarə və istifadəsində olan digər əmlak).
Daşınan əmlakın sığorta obyektinə müxtəlif avadanlıqlar, məişət texnikası, mebel, hazır məhsul və yarımfabrikatlar, anbarlarda saxlanılan mallar və s. predmetlər daxildir. Sığorta şəhadətnaməsində göstərilməsi və əlavə sığorta haqqı ödənilməsi şərti ilə bu siyahıya digər obyektlər də daxil edilə bilər (məsələn, qiymətli əşyalar və kağızlar, planlar, eskizlər, ixtira patentləri, layihələr, sənədlər, pul, hərəkətdə olma halı istisna olunmaqla nəqliyyat vasitələri və onların yükü).

Bu sığorta növünü əldə etmək üçün 183 nömrəsinə zəng edin və ya öz əlaqə ünvanınızla Sizin təşkilatınıza lazım olan sığorta növü ilə əlaqədar məlumat verin. Bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayıb, sizin üçün büdcənizi, məqsədlərinizi və biznesinizin özünəməxsus cəhətlərini nəzərə alan fərdi sığorta proqramı tərtib edəcəklər.

Qaydalar