Neft və qaz yataqlarında kəşfiyyat və hasilat işlərinin aparılması sığortası

Neft-qaz sənayesi bir çox istiqamətləri olan mühüm və çox tutumlu sektordur, bu isə öz növbəsində, saysız sənaye obyektləri, funksional bloklar və texnoloji proseslər deməkdir.

Şirkətimiz öz müştərilərinə yanacaq-energetika komplekslərinin mümkün risklərdən geniş təminatla sığortalanması üçün fərdi sığorta proqramı təklif edir. Bizim sığorta təminatları dünya sığorta təcrübəsində qəbul olunmuş “Energetika sektorunun inkişafi və hasilatı sığortasının şərtləri” EED8/86 Lloyds sindikatına əsaslanır. Biz sizə təminat veririk ki, “Xalq Sığorta” şirkəti tərəfindən sizə təklif olunan sığorta təminatları, dünyanın qabaqcıl və etibarlı təkrarsığorta şirkətlərində təkrarsığortalanır.
Bu sığorta növünü əldə etmək üçün 183 nömrəsinə zəng edin və ya öz əlaqə ünvanınızla Sizin təşkilatınıza lazım olan sığorta növü ilə əlaqədar məlumat verin. Bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayıb, sizin üçün büdcənizi, məqsədlərinizi və biznesinizin özünəməxsus cəhətlərini nəzərə alan fərdi sığorta proqramı tərtib edəcəklər.

Qaydalar