az en ru

insurance_banner
Online services
Accident_occured
XBC

Korporativ  müştərilər Korporativ müştərilər

Nəqliyyat

Sürücülərin və sərnişinlərin fərdi qəza sığortası

Xalq Sığorta hüquqi şəxslərə avtomobilin istifadəsi və yol-nəqliyyat qəzası ilə bağlı sürücülərin və sərnişinlərin həyat və sağlamlığına dəyə bilən zərərlərin sığortalanması üzrə “Sürücülərin və sərnişinlərin fərdi qəza sığortası”-nı təklif edir.

İnsan həyatı və sağlamlığı ən qiymətli varlıqdır. Yol qəzaları isə onlar üçün təhlükə yaradan ən böyük risklərdən biridir. Məhz bu səbəbdən Xalq Sığorta Sizə təkcə avtomobilinizi deyil, həm də sürücü və sərnişinlərin həyat və sağlamlığını sığortalamağı tövsiyyə edir. Avtomobil qəzası nəticəsində insanların səhhətinə xələl dəyibsə, bu sığorta növü onların müalicəsi ilə bağlı bütün xərcləri təminat altına alacaq.

Müştərinin istəyindən asılı olaraq sığorta təminatı hər bir sərnişin üçünayrılıqda və ya bütün yerlər üzrə verilə bilər.

Sürücülərin və sərnişinlərin fərdi qəza sığortası aşağıda göstərilən hallarla nəticələnən risklərdən sığorta təminatı verir:

- Əmək qabilliyətinin itirilməsi ilə əlaqədar I, II, III dərəcə əlilliyin müəyyən olunması

- 18 yaşınadək uşağın sağlamlıq imkanlarının məhdudlaşması

- Ölüm

Bu sığorta növünü əldə etmək üçün bizə zəng etməyiniz və ya müraciət formasını doldurub göndərməyiniz kifayətdir - mütəxəssislərimiz Sizinlə əlaqə saxlayıb bütün suallarınıza ətraflı cavab verəcəklər.

Onlayn sifariş