az en ru

insurance_banner
Online services
Accident_occured
XBC

Fərdi müştərilər Fərdi müştərilər

Əmlak

  • Əmlak sığorta

Əmlak sığortası

Əmlak sığortasıEKO TARİF PAKETİƏMLAK 1 Tarif Paketi

   

Xalq Sığorta fiziki şəxslərə daşınan və daşınmaz əmlakın sığortası üzrə sərfəli şərtlərlə geniş təminatlı Əmlak Sığortası təklif edir.    

Daşınmaz əmlak sığortası mənzillər, evlər, kotteclər, müxtəlif tikililər və qurğular, lift, ekskalator, anten və sair bu kimi əmlakı əhatə dairəsinə daxil edir. Sığorta şəhadətnaməsinə yazılması və əlavə sığorta haqqının ödənilməsi şərti ilə bura digər obyektlər də əlavə edilə bilər (məsələn, bünövrə, hasar, meydança, hovuz, eləcə də sığortalının xüsusi mülkiyyətində, icarəsində, istifadəsində olan hər hansı bir digər əmlak).   

Daşınan əmlak sığortası mebel, məişət texnikası, kompyuter və müxtəlif avadanlıqları əhatə dairəsinə daxil edir. Fərdi sahibkarlıqla məşğul olanlar hazır məhsul və yarımfabrikatlar, eləcə də anbar və ticarət obyektlərində saxlanılan mal və digər əşyalar üçün də sığorta təminatı əldə edə bilərlər.    

Sığorta şəhadətnaməsinə yazılması və əlavə sığorta haqqının ödənilməsi şərti ilə buraya müştərinin digər əmlakı da əlavə oluna bilər (məsələn, qiymətli əşyalar, sənət əsərləri, rəsmlər, kitablar, yazılar, heykəllər, bəzək əşyaları, kolleksiyalar, xalçalar, qiymətli kağızlar, plan və eskizlər, ixtira patentləri, sənədlər, nağd pul, əmanət və girov mallar, hərəkət halı istisna olmaqla nəqliyyat vasitələri və onların yükləri və s.). 

Əmlak Sığortası əmlakın aşağıdakı sığorta hadisələri nəticəsində məhv olması və ya zədələnməsi halında dəymiş zərərin ödənilməsinə təminat verir: 

-Yanğın, partlayış, eləcə də bunların nəticəsində əmələ gələn tüstü, buxar və hərarət

- İldırım, fırtına, qasırğa, dolu, daşqın, sel və su basması

Müştərinin istəyindən asılı olaraq digər risklər də sığorta təminatına əlavə oluna bilər:

- Yer sürüşməsi, zəlzələ və vulkan püskürməsi

- Üçüncü şəxslərin qeyri-qanuni, qərəzli hərəkətləri

- Zor tətbiq etməklə oğurluq və soyğunçuluq

- Şüşə sınması

- Daxili su, sığortalanmış binanın içindəki su çənləri və borularının, eləcə də qızdırıcı sistemin, kolonka, radiator və boruların, içməli su və ya kanalizasiya qurğularının partlaması, daşması, sızması, tutulması, sınması, donması və s.

- Nəqliyyat vasitələrinin sığortalanmış obyektə dəyməsi və s. 

    Bu sığorta növünü əldə etmək üçün bizə zəng etməyiniz və ya müraciət formasını doldurub göndərməyiniz kifayətdir. Mütəxəssislərimiz Sizinlə əlaqə saxlayıb bütün suallarınıza ətraflı cavab verəcək.

 

Onlayn sifariş