Əmlak sığortası
Xalq Sığorta hüquqi şəxslərə daşınan və daşınmaz əmlakın sığortası üzrə geniş təminatlı Əmlak Sığortası təklif edir.
Daşınmaz əmlak sığortası bina, müxtəlif tikililər və qurğular, lift, ekskalator, anten və sair bu kimi əmlakı əhatə edir. Sığorta şəhadətnaməsinə yazılması və əlavə sığorta haqqının ödənilməsi şərti ilə bura digər obyektlər də əlavə edilə bilər (məsələn, dənizdə və quruda yerləşən platform, buruq, qazma qurğuları, bünövrə, hasar, meydança, hovuz, eləcə də sığortalının xüsusi mülkiyyətində, icarəsində, istifadəsində olan hər hansı bir digər əmlak).
Daşınan əmlak sığortası müxtəlif avadanlıq, məişət texnikası, mebel, hazır məhsul və yarımfabrikatlar, anbardakı mallar və digər əşyaları əhatə edir. Sığorta şəhadətnaməsinə yazılması və əlavə sığorta haqqının ödənilməsi şərti ilə buraya digər əmlak da əlavə oluna bilər (məsələn, qiymətli əşyalar və kağızlar, plan və eskizlər, ixtira patentləri, sənədlər, nağd pul, hərəkət halı istisna olmaqla nəqliyyat vasitələri və onların yükləri və s.).
Əmlak Sığortası əmlakın aşağıdakı sığorta hadisələri nəticəsində məhv olması və ya zədələnməsi halında dəymiş zərərin ödənilməsinə təminat verir:
• Yanğın, partlayış, eləcə də bunların nəticəsində əmələ gələn tüstü, buxar və hərarət
• İldırım, fırtına, qasırğa, dolu, daşqın, sel və su basması
Müştərinin istəyindən asılı olaraq digər risklər də sığorta təminatına daxil edilə bilər:
• Yer sürüşməsi, zəlzələ və vulkan püskürməsi
• üçüncü şəxslərin qeyri-qanuni, qərəzli hərəkətləri
• Zor tətbiq etməklə oğurluq və soyğunçuluq
• Şüşə sınması
• Daxili su
• Terror, tətil, iğtişaş və bunların qarşısının alınması üçün görülən tədbirlər
• Nəqliyyat vasitələrinin sığortalanmış obyektə dəyməsi və s.
Bu sığorta növünü əldə etmək üçün bizə zəng etməyiniz və ya müraciət formasını doldurub göndərməyiniz kifayətdir - mütəxəssislərimiz Sizinlə əlaqə saxlayıb bütün suallarınıza ətraflı cavab verəcək.







Korporativ müştərilər