Dəmiryol nəqliyyat vasitələrinin sığortası
Xalq Sığorta şirkəti dəmiryol nəqliyyat vasitələrinin sığortası üzrə geniş çeşiddə xidmətlər təklif edir. Bu sığorta təminatı ilə dəmiryola məxsus, eləcə də onun sərəncamında və ya istifadəsində olan müxtəlif vasitələri mümkün risklərdən dəyən ziyan və itkilərdən müdafiə edə biləcəksiniz.
Bu sığorta növü ilə aşağıdakıları sığortalamaq olar:
-Vaqon və yarımvaqonlar
- Sisternlər
- Refrejeratorlar
- Dəmiryol nəqliyyatına aid olan digər dəmiryol nəqliyyatı vasitələri
Sığorta təminatına aşağıdakı dartıcı dəmiryol vasitələri də əlavə edilə bilər :
- Elektrovozlar
- Teplovozlar
- Parovozlar
- Elektrik qatarları
- Dizel qatarları
- Qazotrubovozlar
- Dartıcı dəmiryol vasitələrinə aid olan və avtonom hərəkət edə bilən digər dəmiryol nəqliyyatı vasitələri
Təklif olunan sığorta növü aşağıdakı sığorta hadisələri nəticəsində dəyə biləcək ziyan və itkilərə təminat verir:
- Yanğın, partlayış
- Təbii fəlakətlər (su daşqını, yeraltı suların təsiri, zəlzələ, vulkan püskürməsi, sel, yer sürüşməsi, uçqun, qasırğa, tufan, yerli ərazi üçün qeyri-adi sayılan yağmurlar, şaxtalar və s.)
- Üçüncü şəxslərin qeyri-qanuni hərəkətləri
- Dəmiryol nəqliyyat vasitəsinin relsdən çıxması, aşması, başqa nəqliyyat vasitəsi və ya maneə ilə toqquşması, üzərinə hər-hansı bir əşyanın düşməsi
Müqavilədə qeyd edilməsi və əlavə sığorta haqqının ödənilməsi şərti ilə sığorta risklərinin siyahısı artırıla bilər.
Bu sığorta növünü əldə etmək üçün bizə zəng etməyiniz və ya müraciət formasını doldurub göndərməyiniz kifayətdir - mütəxəssislərimiz Sizinlə əlaqə saxlayıb bütün suallarınıza ətraflı cavab verəcəklər.







Korporativ müştərilər