az en ru

insurance_banner
Online services
Accident_occured
XBC

Korporativ  müştərilər Korporativ müştərilər

Əmlak

Kompleks Əmlak sığortası

Xalq Sığorta,“Əmlak sığortası”na aid olan aşağıdakı təminatları birləşdirərək onları hüquqi şəxslərə kompleks şəkildə təklif edir:

• Üçüncü Şəxslər qarşısında Mülki Məsuliyyət sığortası
• Dəzgah sınması sığortası
• Elektron cihazların sığortası
• Gəlir itkisinin sığortası
• Qiymətli əşyaların daşınması sığortası

Əmlak Sığortası ilə birgə“Üçüncü Şəxslər qarşısında Mülki Məsuliyyət Sığortası”nı da əldə etməklə müştərilər sığorta hadisəsi nəticəsində üçüncü şəxslərin həyat, sağlamlıq və ya əmlakına dəyən zərərdən də sığortalanmış olacaqlar. Belə ki, müştərinin əmlakında yanğın, su basması və s. sığorta hadisəsi baş verərsə və bunun nəticəsində qonşu bina və ya müəsissələrdəki şəxslərin əmlak və ya səhhətinə ziyan dəyərsə, bunların xərclərini müştərilər deyil, Xalq Sığorta şirkəti ödəyəcək!

“Dəzgah sınması sığortası” müxtəlif dəzgah və qurğulara sınaq müddətindən sonra gözlənilməz səbəblər (məs., istehsalat qəzaları, materialların qüsurlu olması, qısa qapanma, su səviyyəsinin dəyişməsi, personalın səhvi, sabotaj və s.) nəticəsində dəyən maddi zərərlərin kompensasiyasını, eləcə də dəzgahların təmiri və ya yenisi ilə əvəz edilməsi ilə bağlı xərcləri təminat altına alır.

“Elektron cihazların sığortası” elektron cihaz, avadanlıq və ya məlumat hazırlama sistemlərinə sınaq müddətindən sonra gözlənilməz səbəblər (məs., qısa qapanma, cərəyan dəyişikliyi, personalın səhvi, materialların qüsurlu olması, yanğın, partlayış, təbii fəlakətlər və s.) nəticəsində dəyən maddi zərərlərin kompensasiyasını, eləcə də həmin cihazların təmiri və ya yenisi ilə əvəz edilməsi ilə bağlı xərcləri təminat altına alır.

“Gəlir itkisi sığortası” hər hansı bir kommersiya fəaliyyəti həyata keçirilən zaman istifadə edilən daşınan və daşınmaz əmlaklara, əmlakın yanğın və digər risklərdən sığortası ilə təminat verilən risklərlə əlaqədar dəyən zərər və itkilər nəticəsində müştərinin kommersiya fəaliyyətinin qismən və ya tamamilə dayandırılması, eləcə də istehsalın zəifləməsi nəticəsində yaranan gəlir itkilərinə sığorta şəhadətnaməsində göstərilən sığorta məbləğində təminat verir.

“Qiymətli əşyaların daşınması”
sığortası avtomobil, su, hava və dəmir yolu ilə daşınan qiymətli kağız, təminat məktubu, zinət əşyaları, nağd pul, qiymətli metal və daşlar və s. bu kimi qiymətli əşyaları onlara daşınma zamanı gözlənilməz səbəblər (itki, zədələnmə, soyğunçuluq, tətil, terror və s.) nəticəsində dəyə biləcək zərərlərdən sığortalayır.

Bu sığorta növlərindən birini və ya bir neçəsini əldə etmək üçün bizə zəng etməyiniz və ya müraciət formasını doldurub göndərməyiniz kifayətdir - mütəxəssislərimiz Sizinlə əlaqə saxlayıb bütün suallarınıza ətraflı cavab verəcəklər.

Onlayn sifariş