az en ru

insurance_banner
Online services
Accident_occured
XBC

Enerji riskləri Enerji riskləri

Neft və qaz yataqlarında kəşfiyyat və hasilat işlərinin aparılması sığortası

Xalq Sığorta, yarandığı tarixdən etibarən Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin sığorta ehtiyaclarının qarşılanması işində lider sığorta şirkətlərindən biridir. Fəaliyyətinin ilk günündən şirkətimiz bir çox neft və qaz layihələrinin sığortalanmasında uğurla iştirak edib, sığorta bazarının tarixində ən iri neft və qaz layihələrinin sığorta təminatlarını həyata keçirib.

Xalq Sığorta həm onşor (quruda), həm də ofşor (dənizdə) riskləri, neft və qaz quyularında qazma işlərinin aparılması üzrə proqramın sığortası, o cümlədən, kompleks sığorta proqramına daxil olan quyu qazması, istismarı, quyunun cari və əsaslı təmiri və s. üzrə sığorta proqramlarını təklif edir.

Şirkətimiz neft/qaz quyularında tamamlanma və istehsalata hazırlıq işlərinin aparılması layihəsi üzrə sığorta proqramını da təqdim edir. Həmin layihədə quyu ağzının yığılması, quyunun sınağı üçün müvafiq avadanlıq və modulların yığılması, sifarişçi ilə razılaşdırılmış intervalların perforasiyası, nasos-kompressor borularının, quyuiçi alət və avadanlıqların təminatı, fontan armaturunun yığılması, əlavə xətlərin çəkilməsi və quyunun ümumi xətlərə qoşulması, qazma məhlulunun su ilə əvəz olunması və aerizasiya yolu ilə filtr zonasına depressiya verilməsinə təminat verilmişdir.

Bu sığorta növünün xüsusi strateji əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, mütəxəssislərimiz həmin sahədə öz ixtisaslarını daim artırırlar. Eyni zamanda layihələrdə iştirak etmək və onları araşdırmaq məqsədi ilə layihələrə neft-qaz sahəsində böyük təcrübəsi olan xarici mütəxəssislər cəlb olunur.

Xalq Sığorta tərəfindən təqdim edilən “Neft və qaz yataqlarında kəşfiyyat və hasilat işlərinin aparılması” sığortası aşağıda göstərilmiş sığorta bölmələrini əhatə edir:
- Quyu üzərində nəzarətin bərpa edilməsi sığortası
- Təkrarqazma işlərinin / Əlavə xərclərin sığortası

Müştərinin istəyindən asılı olaraq digər təminatlar da sığorta paketinə daxil edilə bilər:
- Quyuya Yeraltı Nəzarət
- Üçüncü Şəxslər Qarşısında Mülki Məsuliyyət Sığortası, o cümlədən ətraf mühitin çirklənməsinə qarşı və təmizləmə işlərinin aparılmasına xərclənən vəsaitlər
- Evakuasiya xərcləri
- Maşın və mexanizmlərin sığortası
- İş fəaliyyətinin dayandırılması

Qeyd olunan bütün təminatlar dünya sığorta təcrübəsində qəbul edilmiş Lloyds sindikatının EED 8/86 “Energetika sektorunda Hasilat və İnkişaf üzrə Sığorta Şərtləri”-nə əsaslanır. Xalq Sığorta təqdim edilən sığorta təminatlarının yüksək keyfiyyətli xidmət səviyyəsinə malik olan təcrübəli xarici təkrarsığortaçılara ötürülməsinə zəmanət verir.

Bu sığorta növünü əldə etmək üçün bizə zəng etməyiniz və ya müraciət formasını doldurub göndərməyiniz kifayətdir - mütəxəssislərimiz Sizinlə əlaqə saxlayıb bütün suallarınıza ətraflı cavab verəcək.

Onlayn sifariş