az en ru

insurance_banner
Online services
Accident_occured
XBC

Korporativ  müştərilər Korporativ müştərilər

Səyahət

Səyahət Sığortası

Xalq Sığorta hüquqi şəxslərə əlverişli şərtlərlə Səyahət sığortası təklif edir. Bir çox biznes sahələrində işgüzar səfərlər, xaricdə keçirilən treninq və təhsil kursları, simpozium, konfrans və digər tədbirlər, müxtəlif məqsədli səyahətlər, eləcə də işçilərin respublikadan kənarda istirahət etməsi sığortalanmaq zəruriyyətini yaradır.

Azərbaycandan uzaqda olarkən özünüzü daha rahat və inamlı hiss etmək üçün bu sığorta növündən faydalana bilərsiniz. Bunun üçün sadəcə Xalq Sığortanın təklif etdiyi Səyahət Sığortası şəhadətnaməsini əldə etməyiniz kifayətdir.

Bu sığorta növü, sığorta olunanın səfərə getdiyi ölkə ərazisində baş verən aşağıdakı hadisələri təminat altına alır:

- qəfil xəstəlik (gözlənilmədən yaranan və təxirəsalınmaz tibbi müdaxilə tələb edən hallar)

- bədbəxt hadisə (gözlənilmədən baş vermiş zədələnmə, bədən xəsarətləri halları)

- ölümə səbəb olan hallar

Sığorta təminatı aşağıda qeyd edilənləri əhatə edir:
- Tibbi xərclər: tibbi əməliyyat, diaqnostik müayinələrin həyata keçirilməsi ilə bağlı məsrəflər, o cümlədən həkim tərəfindən təyin edilmiş tibbi preparat, sarğı materialları və fiksasiya vasitələrinə (gips, bandaj) çəkilmiş xərclər daxil olmaqla stasionarda qalma və ambulator müalicə üzrə xərclər

- Tibbi daşınma xərcləri: hadisə yerindən ərazisində olduğu ölkənin ən yaxın məsafədə yerləşən tibb müəssisinə evakuasiya xərcləri

- Daşınma xərcləri: stasionar müalicədə olan sığortalının daimi yaşadığı yerə qayıtması üzrə xərclər (əgər o, sığorta hadisəsi nəticəsində vaxtında, yəni gediş-gəliş sənədində göstərilən tarixdə qayıda bilmirsə)

-Ölümdən sonrakı repatriasiya xərcləri

Sığorta müqaviləsini bağlamaq üçün aşağıdakılar tələb olunur:
- Müraciət formasını doldurmaq
- Xarici pasport

Bu sığorta növünü əldə etmək üçün bizə zəng etməyiniz və ya müraciət formasını doldurub göndərməyiniz kifayətdir - mütəxəssislərimiz Sizinlə əlaqə saxlayıb bütün suallarınıza ətraflı cavab verəcəklər.

Onlayn sifariş