Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası
Xalq Sığorta hüquqi şəxslərə avtomobilin istifadəsi zamanı üçüncü şəxslərin həyat, sağlamlıq və ya əmlakına dəyən zərərin ödənilməsi üzrə sərfəli “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası”nı təqdim edir.
İcbari avtomobil sığortasında (NVSMMİS) üçüncü şəxslərə dəyən ziyan və itkilər üzrə sığorta ödəmələrinə müəyyən limitlər təyin edilir. Lakin, əksər hallarda baş verən zərərə görə xərclər həmin limitləri aşır. Təklif etdiyimiz sığorta növü Sizin maraqlarınızı üstün tutaraq, daha yüksək sığorta kompensasiyaları almağa, eləcə də icbari sığortanın əhatə etmədiyi riskləri sığortalamağa imkan verəcək.
Müştərilərimiz “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası”nın təqdim etdiyi istənilən variantı seçə bilərlər:
- yalnız fiziki (həyat və sağlamlığa) zərərə görə üçüncü şəxslərin qarşısında məsuliyyətin sığortalanması
- yalnız maddi (əmlaka) zərərə görə üçüncü şəxslərin qarşısında məsuliyyətin sığortalanması
- həm fiziki, həm maddi zərərə görə üçüncü şəxslərin qarşısında məsuliyyətin sığortalanması
Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin səhhətinə zərər dəyibsə, “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası” müalicə ilə bağlı bütün xərcləri ödəyəcək.
Sığorta hadisəsi nəticəsində qarşı tərəfin avtomobilinə zərər dəyibsə, həmin sığorta iki növ kompensasiya təklif edə bilər:
- avtomobilin qəzadan əvvəlki vəziyyətə gətirilməsi üçün müştərinin xərclədiyi real məsrəflərin pul kompensasiyası
- avtomobilin texniki xidmət mərkəzində təmir etdirilməsi.
Bu sığorta növünü əldə etmək üçün bizə zəng etməyiniz və ya müraciət formasını doldurub göndərməyiniz kifayətdir - mütəxəssislərimiz Sizinlə əlaqə saxlayıb bütün suallarınıza ətraflı cavab verəcək.







Korporativ müştərilər