az en ru

insurance_banner
Online services
Accident_occured
XBC

Fərdi müştərilər Fərdi müştərilər

Nəqliyyat

Su nəqliyyat vasitələrinin siğortası

Xalq Sığorta fiziki şəxslərə təqdim etdiyi nəqliyyat vasitələrinin sığortalarından biri də “Su nəqliyyat vasitələrinin sığortası”dır. Bu sığorta təminatı müxtəlif növ gəmi və qayıqları, eləcə də dəniz, göl və çayda hərəkət edən digər su nəqliyyat vasitələrini sığortalamağa imkan verir.

Ziyan və ya zərərin miqdarı, məsuliyyətə görə zərərin ödənilməsi üzrə xərclərin həcmi və mahiyyəti, eləcə də təminat verilən və verilməyən hadisələr sığorta şəhadətnaməsinə əlavə edilən xüsusi şərtlər əsasında müəyyən edilir.

Su nəqliyyat vasitələrinin sığortası ilə aşağıdakı risklərdən sığortalanmış olacaqsınız:

- Dəniz, çay, göl və ya digər gəmiçiliyə yararlı nəqliyyat vasitələri ilə toqquşma
- Yanğın, partlayış, su sızması, batma
- Gəminin digər şəxslər tərəfindən zorakılıqla oğurlanması
- Quruda olan daşıma vasitələri, dok (gəmi saxlanılan və təmir olunan yer), liman avadanlığı və ya qurğuları ilə toqquşma
- Yük və ya yanacağın yüklənməsi, boşaldılması və ya yerinin dəyişdirilməsi zamanı baş verən hadisələr
- Hava nəqliyyat vasitələri (təyyarə və s.) və ya onlardan düşən əşyalarla toqquşma

Bu sığorta növünü əldə etmək üçün bizə zəng etməyiniz və ya müraciət formasını doldurub göndərməyiniz kifayətdir - mütəxəssislərimiz Sizinlə əlaqə saxlayıb bütün suallarınıza ətraflı cavab verəcək.

Onlayn sifariş