Su nəqliyyat vasitələrinin siğortası
Xalq Sığorta hüquqi şəxslərə su nəqliyyatının sığortası üzrə etibarlı sığorta müdafiəsi təklif edir. Bu sığorta təminatı ilə müxtəlif növ gəmiləri, eləcə də dəniz, göl və çayda hərəkət edən digər su nəqliyyat vasitələrini sığortalaya bilərsiniz.
Sığorta təminatına aşağıdakılar daxildir:
- sığorta hadisəsi nəticəsində gəmi və digər su nəqliyyat vasitələrinə, eləcə də bunlarla əlaqədar olan əmlaka dəyən ziyan və zərərlərin kompensasiyası
- məsuliyyətə görə zərərin ödənilməsi (ayrıca olaraq təminata daxil edilibsə) və ya bunlarla bağlı xərclər
Ziyan və ya zərərin miqdarı, məsuliyyətə görə zərərin ödənilməsi üzrə xərclərin həcmi və mahiyyəti, eləcə də təminat verilən və verilməyən hadisələr sığorta şəhadətnaməsinə əlavə edilən xüsusi şərtlərə əsasən müəyyən edilir.
Su nəqliyyat vasitələrinin sığortası aşağıdakı riskləri əhatə edir:
- Dəniz, çay, göl və ya digər gəmiçiliyə yararlı nəqliyyat vasitələri ilə toqquşma
- Yanğın, partlayış, su sızması, batma
- Gəminin digər şəxslər tərəfindən zorakılıqla oğurlanması
- Quruda olan daşıma vasitələri, dok (gəmi saxlanılan və təmir olunan yer), liman avadanlığı və ya qurğuları ilə toqquşma
- Yük və ya yanacağın yüklənməsi, boşaldılması və ya yerinin dəyişdirilməsi zamanı baş verən hadisələr
- Hava nəqliyyat vasitələri (təyyarə və s.) və ya onlardan düşən əşyalarla toqquşma
Bundan əlavə, Xalq Sığorta “Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət haqqında” Beynəlxalq Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının qanunu”na əsasən eyniadlı sığorta təminatı təqdim edə bilər. Təminat verildikdə müştəriyə “Blue Card”(“Mavi kart”) sertifikatı verilir.
Bu sığorta növünü əldə etmək üçün bizə zəng etməyiniz və ya müraciət formasını doldurub göndərməyiniz kifayətdir - mütəxəssislərimiz Sizinlə əlaqə saxlayıb bütün suallarınıza ətraflı cavab verəcəklər.







Korporativ müştərilər