az en ru

insurance_banner
Online services
Accident_occured
XBC

Korporativ  müştərilər Korporativ müştərilər

Yük

Yük siğortası

 

    Xalq Sığorta hüquqi şəxslərə müxtəlif nəqliyyat vasitələri ilə göndərilən yük və konteynerlərin etibarlı sığorta müdafiəsini təklif edir. Bu sığorta növü avtomobil, dəniz, hava, dəmir yolu vasitəsilə daşınma zamanı yüklərə dəyə biləcək zərərlərə görə sığorta kompensasiyasını nəzərdə tutur. 


    Müasir dövrdə ən müxtəlif biznes sahələrində yüklərin daşınması xüsusi yer tutur. Həmin daşımalar istər-istəməz maddi itki və zərərlərlə müşayiət olunur – axı daşınma zamanı müxtəlif səbəblərin üzündən mal qismən və ya tamamilə məhv və ya xarab ola bilər. Məhz buna görə yükün hər hansı bir ünvana (istər ölkə daxilində, istərsə də xaricə) çatdırılması prosesində onun sığortalanması çox böyük əhəmiyyət kəsb edir. 


Bu sığorta növü ilə aşağıdakıları sığortalamaq olar: 

- Daşınma üçün qablaşdırılmış kommersiya malları
- Sığortaçı qəbul etdiyi hallarda istifadə edilmiş əşyalar, qüsurlu və ya geri qaytarılan mallar
- Sığortalının razılığı ilə gəminin göyərtəsində daşınan yüklər, eləcə də örtüksüz yüklər
- Maşın və ya açıq vaqonda daşınan yüklər
- Şəxsi əşyalar və ya əl yükləri
- Canlı heyvan və poçt göndərişləri və s.

Yük sığortası sayəsində daşınan malları aşağıdakı gözlənilməz hadisələrdən sığortalaya biləcəksiniz:

- Fırtına, gəminin batması, sahilə toxunması, quru və ya qum üzərinə çıxması
- Kapitan və ya gəmi işçilərinin fırıldağı
- Gəminin oturması, toqquşması, hərəkətsiz və ya səyyar bir cismə (buz da axil olmaqla) toxunması   nəticəsində əmtəənin dənizə atılması
- Yanğın
- Partlayış
- Yükləmə (yenidən yükləmə) və boşaltma zamanı bağlamanın düşməsi
- Dəniz qəza təhlükələri ilə əlaqədar hər növ zərər.

    Müştərinin istəyindən asılı olaraq, müvafiq ödəmələrin həyata keçirilməsi şərti ilə sığorta risklərinin siyahısı genişləndirilə bilər. Xüsusi yüklərin sığortalanması (təhlükəli yüklər, sərgi eksponatları və s.), onların spesifikasını və daşınma tələblərini nəzərə alaraq müqavilədə qeyd olunan ayrıca şərtlər əsasında həyata keçirilir.


   Bu sığorta növünü əldə etmək üçün bizə zəng etməyiniz və ya müraciət formasını doldurub göndərməyiniz kifayətdir - mütəxəssislərimiz Sizinlə əlaqə saxlayıb bütün suallarınıza ətraflı cavab verəcəklər.