Məsuliyyət

Auditorların Peşə Məsuliyyətinin İcbari Sığortası

Auditorların Peşə Məsuliyyəti Sığortasının obyekti, mütəxəssislərin peşə fəaliyyəti nəticəsində yaranan səhvlər səbəbindən baş verən zərərlərdir.

Üçüncü Şəxslər qarşısında mülki məsuliyyət sığortası

“Xalq Sığorta” ASC tərəfindən hüquqi şəxslərə təqdim olunan sığorta növlərindən biri, sığortalı tərəfindən üçüncü şəxslərə dəyən zərəri əhatə edən “Üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortasıdır”.

İşəgötürənin məsuliyyət sığortası

Əgər Siz işəgötürən sahibkarsınızsa, o zaman təhlükəsiz əmək mühafizəsini təmin etməlisiniz. Siz istehsalatda baş verən bədbəxt hadisələrə və işçilərinizin peşə xəstəliyinə məruz qalmasına görə məsuliyyət daşıyırsınız. Dəyən zərər şirkətinizin iqtisadi sabitliyi üçün təhlükəli ola bilər.

Gəmi sahiblərinin məsuliyyət sığortası

“Xalq Sığorta” tərəfindən təklif olunan məhsul, gəmi sahiblərinin ehtiyaclarına uyğun fərdi olaraq hazırlanır və bir çox amillərdən asılıdır. Əsasən, quru yüklər, balıq ovu, xüsusi, köməkçi, çay (quru və maye) və sair yükləri daşıyan məhdud ölçülü (müxtəlif növ) dəniz gəmiləri üçün nəzərdə tutulmuşdur.