Объектом страхования ответственности работодателя является ответственность за возможный ущерб имуществу, жизни и здоровью своих сотрудников.
Если Вы являетесь работодателем, то Вы обязаны обеспечить безопасную трудовую среду. Вы отвечаете за производственные несчастные случаи и профессиональные заболевания своих работников. Возникший ущерб может быть опасным для экономической стабильности Вашего предприятия.
Наша общая цель - предупредить производственные несчастные случаи и профессиональные заболевания и обеспечить здоровье и трудоспособность Ваших работников.
Чтобы приобрести данный вид страхования, достаточно позвонить нам на номер 183 или отправить сообщение – наши специалисты свяжутся с Вами и подробно ответят на все интересующие Вас вопросы.
IŞƏGÖTÜRƏNİN MƏSULİYYƏTİNİN SIĞORTASI QAYDALARI
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında»
Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır
1. SIĞORTA PREDMETİ VƏ SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ
1.1 Bu Qaydalar üzrə sığorta predmeti işəgötürənin məsuliyyətinin yaranması halıdır.
1.2. Bu sığorta Qaydaları ilə, iş yerində əmək müqaviləsi əsasında vəzifələrini yerinə
yetirərkən baş vermiş iş qəzası nəticəsində bədən xəsarəti almış və həlak olmuş işçilərə və yaxud
varislərinə işəgötürənin ödəməli olduğu zərərə sığorta şəhadətnaməsində göstərilən məbləğdə və
şərtlərlə təminat verilir.
Sığortaçı, bu sığorta növü ilə əlaqədar ortaya çıxan mübahisələrdə sığortalıya qarşı iddia
qaldırıldıqda məhkəmə xərclərini və vəkil haqlarını ödəməyi öhdəsinə götürür. Lakin bütün göstərilən
xərclər sığorta ödənişi də daxil olmaqla, sığorta məbləğindən çox ola bilməz.
1.3. Bu Qaydalarla müəyyən olunan sığorta növü işəgötürənin məsuliyyətinin sığortası sinfinə
aiddir.
2. SIĞORTANIN ƏRAZİSİ
Sığorta, sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası
ərazisində qüvvədədir.
3. ƏLAVƏ SIĞORTA HAQQI MÜQABİLİNDƏ SIĞORTA TƏMİNATINA DAXİL EDİLƏN
ZƏRƏRLƏR
Aşağıda göstərilən hallar üçün məsuliyyət yalnız əlavə sığorta haqqı müqabilində sığorta
təminatına daxil edilə bilər:
3.1 İşəgötürən tərəfindən ayrılmış nəqliyyat vasitəsi ilə işçilərin kollektiv şəkildə iş yerinə
gətirilib-aparılması zamanı baş verən qəzalar;
3.2 İşçilərin işəgötürən tərəfindən ezam edildikləri yerlərdə əsas işlə bağlı olmayan fəaliyyətlə
məşğul olduqları zaman baş verən iş qəzaları;
3.3 Azərbaycan Respublikasının ərazi hüdudlarından kənarda baş verən iş qəzaları;
3.4 Peşə xəstəlikləri;
3.5 Mənəvi ziyanla bağlı ödəniş tələbləri.
4. SIĞORTA TƏMİNATINA DAXİL OLMAYAN HALLAR (İSTİSNALAR)
4.1. Aşağıda göstərilən hallarla əlaqədar tələblər sığorta təminatına daxil edilmir:
4.1.1. Qəsdən və şüurlu surətdə törədilən hadisələr;
4.2.1. Müqavilə şərtlərinə və yaxud xüsusi bir müqaviləyə əsaslanıb sığortalının öz mülki
məsuliyyət həddini aşması;
4.1.3 Müharibə, hərbi əməliyyatlar, istila, xarici düşmən basqını (müharibə elan edilibedilməməsindən
asılı olmayaraq), vətəndaş müharibəsi, inqilab, üsyan, ixtişaş və bunların qarşısının
alınması və ya yatırılması məqsədilə keçirilən inzibati və hərbi tədbirlər;
4.1.4 İşəgötürənin fəaliyyət sahəsinə daxil deyildirsə, hər hansı nüvə partlayışı, radiasiya və
işəgötürənin fəaliyyət sahəsinə daxil olub-olmamasından asılı olmayaraq radiaktiv çirklənmələr və
bunlarla əlaqədar görülən hərbi və inzibati tədbirlər;
4.1.5. Cərimə və ya cəzalandırıcı tədbirlər;
4.1.6. Elektron məlumat bazasının tanınması;
4.1.7. Terrorizm və sabotaj riskləri.
4.2. Hər hansı bir istisna əlavə sığorta haqqı ödənilməklə təminata daxil edilə bilər.
5. SIĞORTANIN MÜDDƏTİ, TƏMİNATININ BAŞLANMASI VƏ SONA ÇATMASI
Sığorta, əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta
şəhadətnaməsində göstərilmiş başlanma və sona çatma tarixlərində Azərbaycan vaxtı ilə saat 24.00-da
başlayır və saat 24.00-da sona çatır.
6. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SIĞORTA MÜQAVİLƏSİNİN QÜVVƏYƏ
MİNMƏSİ
6.1 Sığorta haqqının bütövlükdə və ya hissələrlə ödənilməsi razılaşdırıla bilər. Sığorta haqqı
(sığorta haqqının birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman, (hissələrlə ödənilmə
razılaşdırılarsa, qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən tarixlərdə) ödənilməlidir.
6.2. Sığorta haqqı (birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməsə,
sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır və bu şərt sığorta şəhadətnaməsində
yazılmalıdır.
Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı halda sığorta hadisəsi baş verdiyi zaman
ödənilməli olan bütün hissələr sığorta ödənişindən bir dəfəyə çıxılır və bu şərt sığorta
şəhadətnaməsində yazılmalıdır.
6.3. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı hallarda, hissələrdən hər hansı biri
şəhadətnamədə göstərilən vaxta ödənilməzsə, Sığortaçı onun ödənilməsi üçün yazılı surətdə 15(on beş)
günədək müddət müəyyən edə bilər. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi
sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. Müəyyən olunmuş gün
ərzində sığorta haqqı ödənilməzsə sığorta şəhadətnaməsi etibarsız hesab olunacaq. Ləğv etmənin
hüquqi qüvvə qazandığı tarixə qədər keçən müddətin sığorta haqqı gün hesabına görə hesablanır və
artıq qalan məbləğ sığortalıya qaytarılır.
6.4. Əgər sığorta şəhadətnaməsində sığorta haqqının (birinci hissəsinin) ödənilməsinə qədər
sığorta şəhadətnaməsinin qüvvəyə minməsi nəzərdə tutulmuşdursa, sığorta haqqı (birinci hissə) sığorta
şəhadətnaməsi qüvvəyə mindiyi andan 15 gün ərzində ödənilməlidir.
Sığorta haqqı (birinci hissəsi) göstərilən müddət ərzində sığortalıya ödənilməzsə sığorta
şəhadətnaməsi öz qüvvəsini itirir.
7. SIĞORTALININ MÜQAVİLƏ BAĞLANDIĞI ZAMAN MƏLUMAT VERMƏK
VƏZİFƏLƏRİ
Sığorta müqaviləsi bağlanarkən sığortalı sığorta riskinin müəyyən olunması və sığorta haqqının
hesablanması üçün zəruri və ona məlum olan bütün halları və məlumatı sığortaçıya bildirməlidir.
Sığortalının bildirdiyi məlumatın yanlış və ya yarımçıq olması aşkar olunarsa:
7.1 Sığortalının bu hərəkəti qəsdən etdiyi müəyyən olarsa, sığortaçı vəziyyəti öyrəndiyi
tarixdən etibarən 1 ay ərzində sığorta şəhadətnaməsini ləğv edə bilər və sığorta hadisəsi baş verərsə
ödəniş verməyə bilər. Belə olan halda sığortaçı ödənilmiş sığorta haqqını qaytarmamaq hüququ
qazanır.
7.2 Sığortalının bu hərəkəti qəsdən etmədiyi müəyyən olunarsa, sığortaçı vəziyyəti öyrəndiyi
tarixdən etibarən 1 ay ərzində sığorta şəhadətnaməsini ləğv edə bilər, sığorta şəhadətnaməsinin
şərtlərini dəyişdirə və ya əlavə sığorta haqqı almaqla sığorta şəhadətnaməsini qüvvədə saxlaya bilər.
7.3. Əgər sığortalı şəhadətnamənin şərtlərinin dəyişdirilməsinə və ya əlavə sığorta haqqı
ödəməyə razı olmazsa, sığorta şəhadətnaməsi bu dəyişikliyin baş verdiyi andan etibarsız sayılır.
Sığortalı 15 gün ərzində əlavə sığorta haqqını ödəməzsə sığorta şəhadətnaməsi ləğv edilmiş
hesab olunur.
Sığortaçı tərəfindən həyata keçirilən ləğv etmə bu haqda xəbərdarlığın sifarişli məktubla
sığortalıya göndərildiyi tarixdən etibarən 5 iş günündən sonra saat 24.00-da qüvvəyə minir.
7.4. Vaxtında istifadə olunmayan ləğv etmə və ya əlavə sığorta haqqı tələb etmək hüququ
qüvvədən düşür.
7.5. Sığortalının hərəkətinin qəsdən edilmədiyi müəyyən olunarsa, sığorta hadisəsi sığortaçı
vəziyyəti öyrənməmişdən əvvəl və ya sığortaçının sığorta şəhadətnaməsinin ləğv olunmasını tələb edə
biləcəyi müddət ərzində və yaxud şəhadətnamə ləğv edilmiş hesab olunana qədər keçən müddət
ərzində baş verərsə sığortaçı, ödənilən sığorta haqqı ilə ödənilməli olan sığorta haqqı arasındakı nisbət
həcmində ödənişi azalda bilər.
8. SIĞORTA MÜDDƏTİ ƏRZİNDƏ SIĞORTALININ MƏLUMAT VERMƏK VƏZİFƏLƏRİ
8.1. Sığorta şəhadətnaməsi imzalandıqdan sonra sığorta hadisəsinin baş vermə ehtimalı ilə
bağlı sığortalının bildirdiyi hallarda dəyişiklik baş verərsə, sığortalı ona məlum olan bütün
dəyişikliklər haqqında sığortaçıya ən geci 8 gün ərzində məlumat verməlidir.
8.2. Sığortaçı dəyişikliyi öyrəndiyi tarixdən etibarən 8 gün ərzində sığorta şəhadətnaməsini
ləğv edə bilər, şərtlərini dəyişdirə və ya əlavə sığorta haqqı tələb etməklə sığorta şəhadətnaməsini
qüvvədə saxlaya bilər.
8.3. Sığortalı, 8 gün ərzində tələb edilən əlavə sığorta haqqını ödəməyəcəyini bildirdiyi
təqdirdə sığorta şəhadətnaməsi ləğv edilmiş hesab olunur.
Sığortaçı tərəfindən edilən ləğv etmə bu haqda xəbərdarlığın sifarişli məktubla sığortalıya
göndərildiyi tarixdən etibarən 5 iş günündən sonra saat 24.00-da qüvvəyə minir.
8.4. Sığorta şəhadətnaməsinin ləğv edilmiş hesab olunmasına qədər keçən müddətin sığorta
haqqı, sığorta şəhadətnaməsinin sığortaçı tərəfindən ləğv edilməsi halında gün hesabına görə, sığortalı
tərəfindən ləğv edilməsi zamanı qısa müddətli sığorta kimi hesablanır və artığı geri qaytarılır.
8.5. Vaxtında istifadə olunmayan ləğv etmə və ya əlavə sığorta haqqı tələb etmək hüququ
qüvvədən düşər.
8.6. Sığortalı sığorta hadisəsinin başvermə ehtimalını artıran dəyişiklikləri göstərilən müddət
ərzində qəsdən bildirməmişdirsə, bu dəyişiklik edildiyi andan sonra baş verən zərərə görə sığortaçı
məsuliyyət daşımır.
8.7. Dəyişiklik riskin başvermə ehtimalını azaldarsa və daha az sığorta haqqının alınmasını
tələb edərsə, bu dəyişikliyin ortaya çıxdığı tarixdən sığorta şəhadətnaməsinin sona çatma tarixinə
qədər olan müddət üçün sığorta haqqı gün hesabına görə hesablanır və fərq sığortalıya qaytarılır.
ZƏRƏR VƏ ÖDƏNİŞ
9. SIĞORTA HADİSƏSİ ZAMANI SIĞORTALININ VƏZİFƏLƏRİ
Sığortalı, mülki məsuliyyətinə səbəb olan iş qəzası baş verdiyi zaman itki və ziyanın qarşısını
almaq və ya miqdarını azaltmaq üçün zəruri və məqsədəuyğun tədbirlər görməlidir.
İtki və ziyanın qarşısını almaq və ya miqdarını azaltmaq məqsədilə çəkilən məqsədyönlü
xərclər sığortaçı tərəfindən ödənilir.
10. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏN SONRA SIĞORTALININ VƏZİFƏLƏRİ
Sığorta hadisəsi sayılan hər hansı bir iş qəzası baş verdikdə sığortalı:
10.1 Bu şərtlərə əsasən sığortalının mülki məsuliyyətinin yaranmasına səbəb ola bilən hər bir
sığorta hadisəsi haqqında, hadisənin baş verdiyini bildiyi və ya bilməli olduğu tarixdən etibarənən 5
gün ərzində sığortaçıya yazılı şəkildə məlumat verməlidir;
10.2 Sığorta hadisəsinin səbəblərini, şəraitini, zərər və ziyanın miqdarını müəyyən etmək üçün
lazım olan və sığortalı tərəfindən təmin edilməsi mümkün olan bütün məlumat və sənədləri (əsli, özü
tərəfindən təsdiq edilmiş surəti və ya fotosurətini) sığortaçının tələbilə gecikdirmədən ona verməlidir;
10.3 Hadisənin vaxtı və yeri haqqında məlumat əldə edilməsi və subroqasiya hüququndan
istifadə olunması üçün lazım olan və sığortalı tərəfindən təmin edilməsi mümkün olan bütün məlumat
və sənədləri mühafizə etmək və sığortaçının tələbi ilə ona təqdim etməlidir;
10.4 Sığorta hadisəsinin araşdırılmasına şərait yaratmaq və araşdırma zamanı sığortaçıya hər
tərəfli kömək etməlidir;
10.5 Baş vermiş sığorta hadisəsi ilə əlaqədar iddia və ödəniş tələbi ilə üzləşərsə və ya ona
qarşı cinayət işi açılarsa, bütün bu halları dərhal sığortaçıya bildirmək, iddia və tələblərlə əlaqədar
aldığı bütün rəsmi sənədləri sığortaçıya təqdim etməlidir;
10.6 İddia və tələblərlə əlaqədar işin araşdırılması və sona çatdırılması üçün sığortaçının təyin
etdiyi vəkilə lazımi səlahiyyət verməlidir;
10.8 Sığortaçının məsuliyyətinin, ödəniş məbləğinin və subroqasiya hüququnun müəyyən
edilməsi üçün onun ekspertləri tərəfindən yoxlama və tədqiqatların aparılmasına icazə vermək və
lazımi şərait yaratmalıdır;
10.9 Sığorta olunmuş məsuliyyət eyni risklər və müddətlər üzrə başqa sığorta şirkətlərində də
sığortalanmışdırsa, bunu sığortaçıya bildirməlidir.
11. SIĞORTA ÖDƏNİŞİNİN MÜƏYYƏN EDİLMƏSİ
11.1. Sığortalı tərəfindən aşağıda göstərilən sənədlərin təqdim olunması vaxtından etibarən 15
iş günü ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina
olunması haqqında qərar qəbul edir:
- Sığorta ödənişinin verilməsi barədə ərizə;
- Sığorta şəhadətnaməsi;
- Baş vermiş hadisə ilə bağlı aidiyyətli orqanların tərtib etdiyi sənədlər (arayış, akt, rəy və
ş.);
- Zərərlə bağlı müstəqil ekspertlərin tərtib etdikləri rəy və zərər hesabı;
- Sığorta hadisəsinin mahiyətindən asılı olaraq digər sənədlər.
11.2. Sığortaçı, ödəniş tələbi irəli sürən şəxs və ya şəxslərlə birbaşa danışıqlar apararaq
razılığa gəlmək hüququna malikdir.
11.3. Sığortalı, sığortaçının razılığı olmadan sığorta ödənişi tələbini qismən və ya bütövlükdə
qəbul edə bilməz və hər hansı bir ödəniş verə bilməz.
11.4. İddia irəli sürüldükdə onunla əlaqədar bütün məsələlər sığortaçı tərəfindən həll olunur.
İddia ilə əlaqədar məhkəmə və vəkil xərcləri bu şərtlərin 1-ci bəndinə əsasən sığortaçı tərəfindən
ödənilir.
12. ÖDƏNİŞİNİN NƏTİCƏLƏRİ
12.1. Sığortaçı ödəniş verdikdən sonra ödədiyi sığorta məbləği hüdudunda sığortalının
təqsirkar şəxsə qarşı tələb hüquqlarına sahib olur.
12.2. Tərəflər, sığorta ödənişi tələb edilməsinə səbəb olan hər bir sığorta hadisəsindən sonra
sığorta şəhadətnaməsini ləğv etmək hüququna malikdir.
Sığortaçı ləğvetmə hüququndan yalnız sığorta ödənişini ödədikdən sonra istifadə edə bilər.
13. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNA ƏSASLARI
13.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
13.1.1. Zərər bu Qaydaların 4.1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı olduqda;
13.1.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı hadisə barəsində müəyyən olunmuş vaxta
xəbər verməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini
müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri
əhəmiyyətli dərəcədə pozulduqda;
13.1.3. qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının,
müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya
hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi;
13.1.4. dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri
görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o
həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin
həcmdə azalmış olardı;
13.1.5. sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən
maneçilik törədilməsi, digər hallarda əmlakın hadisə yerindən kənarlaşdırılmasının sığortaçını
hadisənin səbəblərini və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum
etməsi;
13.1.6. sığorta predmeti və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış
məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta
hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya
qismən məhrum olması;
13.1.7. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab
edilməməsi;
13.1.8. sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və ya
müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, baş verməsi halında
sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
13.1.9. Tərəflərin sığorta müqaviləsində (sığorta şəhadətnəməsində) müəyyən etdiyi digər hallar.
DİGƏR MÜDDƏALAR
14. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ
14.1 Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda,
həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının
tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta
müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda
isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
14.2 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta
predmetinə münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta
qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin
aparılması xərclərini çıxmaqla müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı
bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu
tələb Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı
sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə
ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.
14.3 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta
predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta
haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə
ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının sığorta
müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin
aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını(qrup halında
sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını)
qaytarır.
14.4 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta
predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı
tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına(qrup halında sığorta zamanı həm də müqavilənin hər
hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan çox miqdarda sığorta
ödənişi verilmişdirsə, sığorta haqqı(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir
sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır.
14.5 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək
Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından(qrup halında sığorta zamanı həm də
müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta
ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq
miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin 14.1-ci və 14.2-ci
bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
14.6 Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş
qaydada xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini
çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta
predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 14.3-cü və 14.4-
cü maddələrinin tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.
14.7 Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərcləri
dedikdə inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur.
15. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
15.1 Sığortalının hüquqları:
15.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən
Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
15.1.2 Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.
15.2 Sığortalının vəzifələri:
15.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
15.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri olan, eyni zamanda sığorta müqaviləsi ilə bağlı
digər məlumatları Sığortaçıya təqdim etmək;
15.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum olan və Sığortaçının müqavilədən
imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən
bütün hallar barədə Sığortaçıya məlumat vermək;
15.2.4 Sığorta müqaviləsinə aid olan sənədlərin qorunub saxlanmasını təmin etmək.
15.3 Sığortaçının hüquqları:
15.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin sığortalı tərəfindən Sığorta
müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
15.3.2 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək,
belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən geri qaytarılmasını tələb etmək;
15.3.3 Sığortalı ona məlum olan riskin qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və
sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta
ödənişini həyata keçirməkdən imtina etmək;
15.3.4 Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət
ərzində ödənilmədikdə sığorta müqaviləsinə xitam vermək;
15.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.
15.4 Sığortaçının vəzifələri:
15.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir;
15.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək;
15.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
15.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən
edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.
16. İKİLİ (ÇOXQAT) SIĞORTA
Sığortalı mülki məsuliyyətini başqa sığortaçılarda da eyni risklərə qarşı və eyni müddətə
sığorta etdirmişdirsə,bu vəziyyəti sığortaçıya dərhal bildirməlidir.
17. MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ
17.1. Sığortalı dəyişdikdə sığorta şəhadətnaməsindən irəli gələn bütün hüquq və vəzifələr onun
razılığı ilə yeni sahibə keçir.
17.2. Yeni sahib sığortanın mövcudluğunu öyrəndiyi tarixdən etibarənən 15 gün ərzində
sığortanı qəbul etmədiyini sığortaçıya yazılı şəkildə bildirsə, sığortaçı mülkiyyət sahibinin
dəyişilməsini bildiyi tarixdən etibarən 15 gün ərzində sığorta şəhadətnaməsini ləğv etmək hüququna
malikdir.
17.3. Sığortaçının məsuliyyəti, ləğvetmə xəbərdarlığının sifarişli məktubla sığortalıya
göndərildiyi tarixdən etibarən 1 ay sonra saat 24.00-da sona çatır və istifadə edilməyən günlərə aid
sığorta haqqı yeni sahibkara qaytarılır.
18. MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR
18.1. Sığortalının xəbərdarlıq və məlumatı sığortaçıya və ya sığorta müqaviləsinin
bağlanmasına vasitəçilik edən agentə sifarişli məktubla çatdırılır.
18.2. Sığorta şirkətinin xəbərdarlıq və məlumatı sığortalının sığorta şəhadətnaməsində
göstərilən hüquqi ünvanına və ya sığorta şəhadətnaməsinin imzalanmasına vasitəçilik edən agentə
bildirilən son huquqi ünvanına sifarişli məktubla çatdırılır.
18.3. Tərəflərə imza edilməklə verilən məktublar və ya teleqraf vasitəsi ilə edilən xəbərdarlıq
və məlumat da sifarişli məktub vasitəsilə bildirilən xəbərdarlıq və məlumat səviyyəsində hüquqi
qüvvəyə malikdir.
19. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI
Sığortaçı, sığortalıya aid öyrənəcəyi iş sirlərini gizli saxlamamaqdan dəyən ziyan və zərərə
görə məsuliyyət daşıyır.
20. MÜBAHİSƏLƏRƏ BAXILMASI
Tərəflər sığorta müqaviləsi üzrə ortaya çıxan mübahisələri danışıqlar yolu ilə həll edirlər.
Razılığa gəlinmədiyi təqdirdə mübahisələrə Azərbaycan Respublikasının mövcud qanunvericiliyində
müəyyən olunmuş qaydada aidiyyəti məhkəmələrdə baxılır.
21. MÜDDƏT
Sığorta şəhadətnaməsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının mülki
qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.
22. XÜSUSİ ŞƏRTLƏR
Sığorta şəhadətnaməsində əsas şərtlərə və bunlarla əlaqədar olan əlavə şərtlərə (klozlara) zidd
olmayan xüsusi şərtlər də yazıla bilər.