Financial Risks Insurance is a type of insurance, which provides the possibility to compensate losses of an economic entity in full or partially.
Xalq Sıgorta offers different types of insurance of financial risks related to business, including insurance of trade (commercial) credits – the most requested type of insurance among Azerbaijanian companies.
Our specialists will prepare an individual insurance programme, taking into account your budget, tasks and business specifics. Contact us by telephone on 183 or send a message stating your contact details and the type of insurance your company needs and our specialists will contact you.
MALİYYƏ RİSKLƏRİNİN SIĞORTASININ QAYDALARI
I. ÜMUMİ MÜDDƏALAR.
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında”
Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar əsasında Sığortaçı bank əmlakının, eləcə də əmlakın itirilməsi ilə əlaqədar
risklərin (müştərilər tərəfindən banka verilən pul vəsaitlərinin və bankın digər əmlak) sığortasını
həyata keçirir.
1.3. Sığorta müqaviləsinə əsasən tərəflər aşağıdakılardır:
- Sığortaçı,
- Sığortalı.
Bu Qaydalara əsasən Sığortalılar bank fəaliyyətini həyata keçirməyə lisenziyası olan hüquqi
şəxslər ola bilərlər. Sığortalılar özlərinə məxsus, eləcə də səhmlərin nəzarət paketi Sığortalıda olan
törəmə bankların əmlak maraqları üzrə sığorta müqavilələri bağlaya bilərlər.
1.4.Bu Sığorta Qaydalarına Əlavədə istifadə olunan bəzi terminlərə (bax: Əlavə №1 – «Qaydalarda
və müqavilədə istifadə olunan terminologiya») sığorta müqaviləsi və ya Şəhadətnaməsinin
mətnində rast gəlinərsə, onlar Əlavədə qeyd olunduğu mənada qəbul edilməlidir.
II. SIĞORTA OBYEKTİ, SİĞORTA PREDMETİ,
SIĞORTA RİSKLƏRİ, SIĞORTA HADİSƏLƏRİ.
2.1 Bu sığortanın obyekti Sığortalı, ona mülkiyyət hüququ əsasında məxsus olan əmlaka
sahiblik, ondan istifadə etmə, sərəncam vermə, habelə ona müqavilə və/ya qanun- vericilikdə
nəzərdə tutulmuş digər qaydada, o cümlədən ona bank lisenziyası çərçivəsində fəaliyyət göstərməsi
məqsədilə müştəriləri və ya partnyorlar tərəfindən verilmiş pul vəsaitləri (qiymətli kağızlar və s.)
ilə əlaqədar olan əmlak maraqlarıdır.
2.2 Bu Qaydalara əsasən sığorta predmeti Sığortalının maliyyə əməliyyatları nəticəsində
itkiyə məruz qala biləcəyi əmlakdır.
Sığortaya qəbul edilən əmlak və risklərin növləri müvafiq 2№-li Əlavədə göstərilmişdir (bax
Bölmə № 1-6).
2.3. Tərəflər müqavilə bağlandığı zaman sığortalanan əmlakın siyahısını, şərtləri əsasında
sığorta müqaviləsi bağlanılan siyahı əsasında müəyyən edirlər.
2.4. Bu Qaydalara əsasən Sığortaçı aşağıda göstərilən sığorta hadisələri ilə əlaqədar sığorta
ödənişi verməyə təminat verir:
a) Sığortalının ona məxsus binalarda (otaqlarda, ofislərdə və s.), eləcə də daşıma zamanı
yolda olan əmlakının (o cümlədə ofisinin) oğurluq, soyğuntululuq, sındırma ilə oğurluq, quldurluq,
yandırma və didər səbəblərlə əlaqədar itkisi və ya zədələnməsi (şərtlərdə müəyyən olunan hallar
istisna olunur);
b) Sığortalının aşağıdakı hallarla əlaqədar dəydiyi zərərlər:
1. Sığortalı tərəfindən 2№-li Əlavənin 5 və 6 bəndlərində qeyd olunan saxta valyuta,
həmçinin çek, veksel, depozit sertifikatları və digər qiymətli kağız və sənədlər;
2. Qiymətli kağız və sənədlərdə, o cümlədən ödəniş sənədlərində (çek, veksel) edilmiş
saxtakarlığın nəticələri.
3. Sığortalının işçilərinin dələduzluğu, qeyri–düzgün hərəkətləri (yalanı), fəaliyyətsizliyinin
nəticələri.
Sığortalı sığorta müqaviləsi bağlanarkən əmlakın və əmlakın (əmlak mənafelərinin)
sığortalanacağı risklərin 1-6-ci bölmələri əsasında konkret siyahısını müəyyən etmək hüququna
malikdir (Bax: Əlavə № 2 – « Sığortaya qəbul edilən əmlak və risklərin növləri»).
III. SIĞORTAÇININ MƏSULİYYƏT HƏDDİ
(SIĞORTA MƏBLƏĞİ)
3.1. Sığorta məbləği tərəflərin razılığı əsasında sığorta müqaviləsində müəyyən olunur.
Sığorta müqaviləsi bağlanarkən tərəflərin müəyyən etdiyi sığorta məbləği, bir qayda olaraq,
Sığortalıya məxsus əmlakın onun olduğu yerdə, sığorta müqaviləsinin bağlandığı günə malik
olduğu dəyərdən, eləcə də 2№-li Əlavənin 1,4 və 5-ci Bölmələrində sadalanan sığorta hadisələrinin
baş verəcəyi təqdirdə bunlarla əlaqədar sığortalının məruz qala biləcəyi mümkün ziyanın
məbləğindən artıq ola bilməz.
Sığorta müqaviləsi 2№-li Əlavənin bir necə Bölmə (№ 1-6) əsasında bağlanarsa, bu halda
sığorta məbləği hər bir əmlak və risk üzrə ayrılıqda, haqqında sığorta müqaviləsi bağlanan sığorta
predmetlərinin sığorta dəyəri nəzərə alınmaqla müəyyən edilir.
3.2 Sığortaçı bağlanmış sığorta müqaviləsi üzrə yalnız müqavilədə müəyyən edilmiş sığorta
məbləği həddində məsuliyyət daşıyır.
Bir necə sığorta hadisəsi üzrə verilən sığorta ödənişinin ümumi məbləği sığorta
məbləğindən artıq olan bilməz.
Bir neçə risk və ya əmlak növü üzrə bağlanmış sığorta müqaviləsi üzrə Sığortaçının
məsuliyyət həddi aşağıdakı qaydada müəyyən edilir:
a) Sığorta müqaviləsi üzrə Sığortaçının hər hansı ziyanın ödənilməsi ilə əlaqədar verdiyi
sığorta ödənişi, həmin müqavilə üzrə digər zərərlərin ödənilməsində onun məsuliyyətini azaltmır
(Sığortaçının bütün zərər üzrə məsuliyyətini illik məbləğlə məhdudlaşdıran və şərtlərlə nəzərdə
tutulan hallardan başqa) və hər zaman aşağıdakı şərtlər əsasında təmin edilir:
- İstər Sığortalının işçilərinin, istərsə də qeyrilərinin hərəkətləri və ya nöqsanları, yaxud
elələrin iştirakı və ya əlaqəli olduğu hadisələr, yaxud nöqsanlar nəticəsində yaranan istənilən zərər,
yaxud bir necə zərərlər üzrə Sığortaçının məsuliyyət həddi (bütün zərərlər onların aşkar edilənədək
bir hadisəsi kimi qəbul edilir) sığorta riski üzrə sığorta müqaviləsində göstərilən sığorta ödənişi
həddindən yüksək olmalıdır;
- Əgər birbaşa və ya dolayısı ilə belə hərəkət, yaxud nöqsanlar baş vermiş olmazsa,
Sığortaçının bir hadisədən türəyan hər hansı digər istənilən zərər, zərərlər və ya zərərlər qrupu üzrə
tam məsuliyyəti sığortalanan risk üzrə sığorta müqaviləsində göstərilən sığorta ödənişi həddindən
yüksək olmamalıdır;
- Bir necə risk və əmlak növlərinin sığortalandığı hallarda Sığortaçının tam məsuliyyəti
tətbiq olunan Qeyd-şərtlərdən biri üzrə , müqavilədə göstərilən ödəniş həddindən yüksək
olmamalıdır və ayrı-ayrı sığorta riskləri üzrə sığorta həddi məbləğlərinin toplanması hallarına yol
verilmir.
b) Öhdəliyin artmayan məbləği
Sığorta müqaviləsinin necə il davam etməsindən və bunlarla əlaqədar ödənilmiş və
ödənilməkdə olan sığorta mükafatlarından asılı olmayaraq Sığortaçının öhdəliyi ildən ilə və ya
müddətdən müddətə yığılmayacaqdır və sığorta müqaviləsi ilə müəyyən olunmuş sığorta
məsuliyyəti həddindən yüksək olmayacaqdır;
c) Azadolma
Sığortaçı yalnız müvafiq sığorta riski üzrə sığorta müqaviləsi ilə müəyyən olunan
azadolmanın miqdarından artıq olan zərər üzrə məsuliyyət daşıyır. Bir necə risk və ya əmlak
növünün sığortalandığı hallarda sığortalanan riskə aid ən böyük azadolma tətbiq olunmalıdır.
Azadolma Sığortalının son təmiz zərər məbləğindən geriyə qüvvəsi olan tarixdən tutulur;
z) «Son xalis zərər» - zərər vurandan subroqasiya qaydasında alınmış və zədələnmiş əmlakın
satışından əldə olunmuş məbləğ çıxılmaqla (Lakin təqsirkar tərəfindən tutula bilən azadolma
çıxılmır) Sığortalının xalis zərərini ifadə edir və bura Sığortalının zərərinin səbəblərinin
araşdırılmasına və ya üçüncü şəxslərin iddialarının tənzimlənməsinə görə məvacib alan işçilərinin
xərcləri və işin aparılması üçün inzibatı xərclər daxil edilmir, bu şərtlə ki, Sığortaçı ilə xüsusi
razılaşma olmasın.
Son xalis zərər müəyyən edilməyincə, Sığortalı sığorta müqaviləsi üzrə hər hansı bir
iddianın ödənilməsindən imtina edə bilməz.
3.3. Bu qaydalar əsasında bağlanmış Sığorta müqaviləsi, aşkar edildiyi anda hər hansı başqa
qüvvədə olan müqavilə və ya müqavilələr üzrə ödənilməsinə təminat verilən zərərlər üzrə sığorta
ödənişinin verilməsinə təminat vermir. Belə sığorta müqaviləsi olduğu halda Sığortaçı yalnız
zərərin həmin müqavilə üzrə müəyyən olunmuş sığorta məbləğindən artıq olan hissəsi üzrə , bu
sığorta limitindən artıq olmaq şərtilə və bu sığortanın olmadığı halda tətbiq edilə biləcək istənilən
tutulmalar çıxılmaqla sığorta ödənişi verilir.
IV. SIĞORTA MÜQAVİLƏSİ: SIĞORTA MÜQAVİLƏSİNİN
BAĞLANMASI VƏ XİTAM VERİLMƏSİ QAYDASI
4.1. Sığorta müqaviləsinin bağlanması üçün Sığortalı Sığortaçıya aşağıdakı sənədləri təqdim
edir:
a) Sığorta müqaviləsinin bağlanması üçün zəruri olan məlumatlar, o cümlədən riskin
səviyyəsinə təsir edən hallar göstərilən ərizə;
b) Sığortaçı tərəfindən müəyyən olunmuş forma üzrə doldurulmuş sorğu vərəqi;
c) Sığorta müqaviləsinin bağlanması üçün Sığortaçının tələb etdiyi digər zəruri sənədlər.
4.2. Sığortalının ərizəsində və ərizə ilə birlikdə təqdim etdiyi sənədlərdə olan məlumatlar
əsasında Sığortaçı müəyyən olunmuş sığorta tarifləri əsasında sığorta haqqının məbləğini müəyyən
edir və tərəflər sığorta müqaviləsini imzalayırlar. Sığortalı sığorta haqqını (onun müəyyən hissəsini)
ödədikdən sonra 3 gün gec olmayaraq ona müəyyən olunmuş formada sığorta şəhadətnaməsi təqdim
olunur.
4.3. Sığorta haqqının ödənilməsi qaydası tərəflərin razılığı əsasında müəyyən edilir –
birdəfəlik, yaxud hissə-hissə (sığorta haqları hər ay, hər rüb və s. Qaydada ödənilə bilər),
Sığortaçının hesablaşma hesabına nağdsız və ya kassasına nağd yolla mədaxil etməklə.
Əgər sığorta müqaviləsi ilə başqa şərt nəzərdə tutulmamışdırsa, sığorta haqqı (ilk sığorta
haqqı) Sığortaçının hesablaşma hesabına, müqavilənin imzalandığı tarixdən 14 gün müddətində
köçürmə yolu ilə ödənilməlidir. Müqavilənin tam olmayan ayı üçün sığorta haqqı tam ay üçün
nəzərdə tutulmuş məbləğdə ödənilir.
4.4. Sığorta müqaviləsinin müddəti tərəflərin razılığı ilə müəyyən olunur, lakin bir ildən az
və 5 ildən artıq ola bilməz.
4.5. Bağlanmış müqavilənin hər hansı şərtinin birtərəfli qaydada pozulmasına yol verilmir.
Sığorta müqaviləsinə edilmiş dəyişiklər yazılı qaydada tərtib edilmiş əlavə razılaşma ilə
rəsmiləşdirilir.
4.6. Sığortalı sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə Sığortaçını riskin
səviyyəsindəki dəyişikliklər haqqında məlumatlandırılmalıdır. Sığorta riskinin səviyyəsinin
dəyişməsi sığorta mükafatının həcminin artırılmasını tələb etdiyi hallarda, Sığortaçı sığorta
müqaviləsinə müvafiq Əlavəni əlavə sığorta haqqının hesabı ilə birlikdə Sığortalıya göndərir.
Sığortalı əlavə sığorta haqqının hesabı və sığorta müqaviləsinə əlavənin mətnini aldıqdan sonra 3
bank günü ərzində əlavə sığorta haqqını ödəməli və müqaviləyə əlavəni imzalamalı, yaxud sığorta
müqaviləsinə xitam verilməsini tələb etməlidir.
Əgər sığortalı qeyd olunan tələbləri yerinə yetirməzsə, Sığortaçı sığorta müqaviləsinə xitam
verilməsini və xitamla əlaqədar meydana çıxan zərərlərin ödənilməsini Sığortalıdan tələb etmək
hüququna malikdir.
4.7. Mülkiyyətin və ya müəssisələrin idarəçiliyinin birləşməsi və dəyişməsi nəticəsində
müqaviləyə xitam verilməsi və ya davam edilməsi şərtləri (Ümumi şərtlər №1):
a) Sığortalının istənilən formada ləğv və ya ləğv etməyə rəhbər, yaxud hər hansı başqa
səbəblərlə əlaqədar xarici rəhbərin seçilməsi hallarında sığorta müqaviləsi üzrə sığorta təminatı
dayandırılır;
b) Sığortalı aşağıdakılar barədə Sığortaçıya dərhal məlumat verilməsini təmin etməlidir:
- Başqa müəssisələrlə hər hansı qaydada birləşmə, yaxud müəssisənin mülkiyyətində və
idarəçiliyində, maliyyəsində və s.–də dəyişikliyin yaranmasına səbəb olunmuş aktiv və ya
səhmlərin alınması, yaxud satılması;
- Sığortalının hökumət və ya yerli hakimiyyət orqanları tərəfindən təyin edilmiş hər hansı
təşkilat, yaxud dövlət məmuru tərəfindən nəzarətə götürülməsi, Sığorta müqaviləsinin fəaliyyətinin
davam etdirilməsi şərti olaraq, Sığortalı tələb olunan zəruri əlavə məlumatı və Sığortaçının belə
dəyişikliklərə görə zəruri hesab etdiyi əlavə sığorta haqqını ödəməlidir.
Lakin, Sığortalı belə əməliyyat haqqında onların başlandığı andan 30 gün müddətində
məlumat verməzsə, bu, onun 30 günülük başlandığı andan sığorta müqaviləsinin fəaliyyətini
dayandırmaq niyyətində olması kimi qəbul ediləcəkdir. Əməliyyat haqqında məlumatın alınması
Sığortaçı tərəfindən yazılı surətdə təsdiq edilməzsə, bu şərt yerinə yetirilmiş hesab edilə bilməz.
4.8. Sığorta müqaviləsinə xitam verilməsinin Ümumi şərtləri.
Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
- Müqavilənin tərəflərin müəyyən etdiyi müddəti bitdikdə;
- Sığortaçı müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirdikdə;
- Sığortalı sığorta haqqının növbəti hissəsini müqavilə ilə müəyyən olunmuş müddətdə
ödəmədikdə;
- Sığortalanmış əmlak məhv olduqda, yaxud sığorta hadisəsinin baş vermə ehtimalı aradan
qalxdıqda və sığorta riski itdikdə.
4.9. Bundan əlavə, sığorta müqaviləsinə, sığorta haqqının müqavilənin qüvvəsinin başa
çatmadığı müddət üzrə hissəsi ödənilməklə, yaxud aşağıdakı hallarda ödənilməməklə xitam verilə
bilər.
I. Dərhal, o hallarda ki, əgər:
a) Sığortaçı 4.7. paraqrafında göstərildiyi kimi müəssisənin sahibi və ya mülkiyyatzinin
dəyişilməsi ilə əlaqədar sığorta təminatını davam etdirməkdən imtina edərsə;
b) Sığortalı 5.1 paraqrafında göstərildiyi kimi, müəssisənin idarəçiliyi və ya mülkiyyətində
hər hansı birləşmə, yaxud dəyişiklik haqqında olunmuş vaxt intervalında Sığortaçıya məlumat
verməzsə;
II. Sığortalı, onun hər hansı işçisinin dələduzluq və ya qeyri-səmimi (yalan xarakterli)
hərəkətləri məlum olan kimi dərhal sonuncular haqqında, lakin bu, belə işçinin əmlakın mühafizə
altında yoldu olduğu zaman məruz qaldığı itki üzrə iddialarına təsir etməyəcəkdir.
III. Sığortaçı, sığorta müqaviləsinə müqavilədə müəyyən olunmuş müddətdə xitam verilməsi
haqqında Sığortalının xahişini aldıqdan sonra.
4.10. Sığorta müqaviləsinə həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş digər hallarda da xitam verilə bilər.
4.11 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi:
4.11.1 Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş
hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya
sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün
əvvəl (sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə
bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
4.11.2 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir
sığorta predmetinə münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta
qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin
aparılması xərclərini çıxmaqla müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər
hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır;
əgər bu tələb Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa,
Sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta
predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.
4.11.3 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir
sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta
haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə
ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının sığorta
müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin
aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını(qrup
halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta
haqlarını) qaytarır.
4.11.4 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir
sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə
anınadək sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına(qrup halında sığorta zamanı
həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya
ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı(qrup halında sığorta zamanı həm də
müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır.
4.11.5 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə
anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından(qrup halında sığorta zamanı
həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda
sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı
fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin 4.11.1-ci və
4.11.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
4.11.6 Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində
müəyyən edilmiş qaydada xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin
aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər
hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu
Maddənin 4.11.3-cü və 4.11.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni
nümayəndəsinə qaytarır.
4.11.7 Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması
xərcləri dedikdə inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur.
V. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
5.1 Sığortalının hüquqları:
- Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan
maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
- Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.
5.2 Sığortalının vəzifələri:
- Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
- Sığorta müqaviləsinin bağlanması üçün zəruri olan, eyni zamanda sığorta müqaviləsi ilə bağlı
digər məlumatları Sığortaçıya təqdim etmək;
- Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum olan və Sığortaçının müqavilədən imtina
etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar
barədə Sığortaçıya məlumat vermək;
- Sığorta müqaviləsinə aid olan sənədlərin qorunub saxlanmasını təmin etmək.
5.3 Sığortaçının hüquqları:
- Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta
müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
- Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə
ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən geri qaytarılmasını tələb etmək;
- Sığortalı ona məlum olan riskin qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta
hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini
həyata keçirməkdən imtina etmək;
- Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində
ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta
müqaviləsinə xitam vermək;
- Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.
5.4 Sığortaçının vəzifələri:
- Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir;
- Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək;
- Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
- Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada
hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.
5.5. Sığortalı sığorta hadisəsi baş verənədək aşağıdakı tələblərə əməl etməyə borcludur:
- Sığorta müqaviləsinin bağlandığı zaman sığorta məbləğinin əsaslandırılmasını təsdiq edən
sığorta riskinin səviyyəsini müəyyən etməyə imkan verən bütün tələb olunan məlumatları
Sığortaçıya təqdim etmək;
- Sığorta haqlarını sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətlərdə və qaydada vaxtlıvaxtında
ödəmək;
Sığorta riskinin səviyyəsində edilmiş dəyişikliklər barədə Sığortaçını dərhal
məlumatlandırmaq (bu Qaydaların 4.6. bəndi);
- Sığorta predmeti üzrə bağlanmış bütün müqavilələr (o cümlədən sığorta müqavilələri)
haqqında Sığortaçıya dərhal Məlumat vermək.
- Bundan əlavə, Sığortalı öz fəaliyyətində aşağıda sadalanan sərtlərə əməl etməlidir:
1) Sığortalının fəaliyyətinə aid olan bütün qaydalar külliyyatı, yaxud kitablar və ya təlimatlar
qüvvədə olmalı və yerinə yetirilməlidir. Bunlar bütün işçilərin vəzifələrini aydın müəyyən etməli və
onların (işçilərin) hər biri bunlarla və öz müvafiq funksiyaları ilə tanış olmalıdır;
2) Hər bir işçinin vəzifəsi ilə müəyyən edilməlidir ki, onların heç biri hər hansı bir
sövdələşməyə əvvəldən axıra kimi nəzarət edə bilməsin;
3) Aşağıdakılar üzrə birgə mühafizə təşkil edilməli və saxlanılmalıdır:
a) şkaf və seyflərdə olan qiymətlilər;
b) şkaf və seyflərin bütün açarları;
c) kodlar, şifrlər və kod açarları.
«Birgə mühafizə» - yuxarıda sadalananlar üzərində ən azı bir əməkdaşın iştirakı və müşahidəsi
ilə nəzarəti ifadə edir. Bu əməkdaş elə bu səviyyədə də müxtəlif predmetlər və ya hesabat
sənədlərinin qorunub-saxlanması və mühafizəsinə cavabdehlik daşınmalıdır.
Şkaf və seyflərin qıfıl və şifrlərinin saxlanılması elə qaydada təşkil edilməlidir ki, heç Kim
təklikdə bunları aça bilməsin.
4) Aşağıdakılar üzrə iş üçün ikiqat nəzarətin müəyyən edilib saxlanılması zəruridir:
a) Qiymətli kağızların bütün növləri, dövriyyə sənədləri (təqdim etmə və ya indossament
vasitəsi verilən) və verilməyən sənədlər, həmçinin adları qeyd olunan sənədlərin blankları;
b) Rəsmi çeklər, köçürülən veksellər və buraxılmayan yol çekləri;
c) Qeyri-aktiv depozit hesablar;
e) Kodlar, şifrlər və kod açarları.
«ikiqat nəzarət» - ikinci əməkdaş tərəfindən, digər əməkdaşın vəsaitləri düzgün köçürməsi,
onların Ümumi təhtəl hesabatları və maddi məsuliyyəti üzərində yoxlamanın həyata keçirilməsini
ifadə edir.
5) Hər bir işçinin hər təqvim ilində minimum iki həftəlik fasiləsiz məzuniyyət götürməsi
zəruridir və məzuniyyət dövründə işçi heç bir vəzifəni icra etməməlidir və Sığortalının ofisində
olmamalıdır.
6) Hesablar və iş kitablarının Sığortalıdan asılı olmayan adi audit və müfəttişlər tərəfindən
yoxlamasından əlavə, Sığortalı tam daxili audit – audit yoxlamasına aid olan iş sənəd və
hesabatlarının saxlanıldığı, işlər aparılan kompüter mərkəzləri və zalları (otaqları) daxili nəzarət
sisteminin yoxlanılması və yenidən qiymətləndirilməsini həyata keçirməlidir.
5.6. Sığorta hadisəsi baş verdikdə Sığortalı aşağıdakıları yerinə yetirməyə borcludur:
- Zərərin qarşısında alınması və ya azaldılması üçün bütün mümkün tədbirləri görmək;
- Baş vermiş hadisə barəsində aidiyyatı üzrə müvafiq dövlət, o cümlədən hüquq mühafizə
orqanlarına (polis, yanğından mühafizə alayı, qəza xidmətləri və s.) məlumat verməlidir;
- Zərər aşkar edildikdə dərhal, lakin 30 gündən gec olmayaraq Sığortaçıya məlumat vermək;
- Sığortalı həmçinin zərəri təsdiq edən kəsərli dəlilləri bütün detalları ilə, zərərin aşkar
edildiyi gündən 6 ay ərzində Sığortaçıya təqdim etmək;
- Sığorta hadisəsinin baş verməsi halları və zərərin həcminin müəyyən edilməsi üçün zəruri
olan bütün məlumatları və sənədləri Sığortaçıya təqdim etmək.
5.7. Sığortaçı aşağıdakıları yerinə yetirməyə borcludur:
- Sığortalını bu qaydalarla tanış etmək;
- Sığortalı və onun əmlak vəziyyəti haqqında malik olduğu məlumatları yaymamaq;
- Sığorta hadisəsi baş verdikdə Sığortalıdan zərərin baş verməsi halları və məbləğin
müəyyən edilməsi üçün zəruri olan bütün sənədləri aldıqdan sonra, konkret müqavilə ilə müəyyən
olunmuş müddətdə sığorta aktı tərtib etmək;
- Sığorta hadisəsi ilə əlaqədar bütün zəruri sənədləri aldıqdan sonra 15 iş günü müddətində
sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar
qəbul etmək.
VI. ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ VƏ SIĞORTA ÖDƏNİŞİNİN VERMƏSİ.
6.1. Faydalanan şəxs.
Sığorta müqaviləsi üzrə müstəsna ödəniş.
Sığorta ödənişi sığorta müqaviləsində adı müstəsna çəkilən Sığortalıya ödənilir.
6.2. Zərər məbləği.
Sığorta hadisəsi üzrə yaranan zərərin məbləği sığorta hadisəsi nəticəsində Sığortalının
əmlakına və əmlak mənafelərinə vurulmuş faktiki zərərin məbləğindən asılı olaraq, lakin hər növ
üzrə müəyyən olunmuş sığorta məbləğindən çox olmamaqla müəyyən edilir.
Zərərin həcmi bu qaydaların 3.2. (z) bəndi əsasən «Son xalis zərər» kimi müəyyən olunur.
Sığorta məbləği sığorta olunmuş predmetin sığorta zərərindən az olduğu hallarda sığorta
ödənişinin məbləği sığorta məbləğinin sığortalanmış predmetin sığorta dəyərinə olan nisbətinə
proporsional azaldılacaqdır.
6.3. Zərərin bəzi növlərinin qiymətləndirilməsinin əsası
a) Qiymətli kağızların və xarici valyutanın qiymətləndirilməsi.
İtkisi üzrə tələb irəli sürülən istənilən qiymətli kağız və ya xarici valyutanın dəyəri, onların
bazarda əməliyyatların başa çatdığı axırıncı zərərin aşkar edildiyi günə analoji gün üzrə bazar
qiyməti ilə müəyyən olunur. Zərərin bazarda əməliyyatlar başa çatdıqdan sonra müəyyən edildiyi
hallarda isə zərərin müəyyən edildiyi günə bazar bağlanarkən onların dəyəri üzrə müəyyənləşdirilir.
Əgər zərərin aşkar edildiyi gün bazar qiymətləri haqqında məlumat olmazsa, bu halda zərər
məbləği Sığortalı Sığortaçı arasındakı razılaşma əsasında, onlar arasında razılaşmandan baş
tutmadığı hallarda isə məhkəmə qaydasında müəyyən olunur. Lakin əgər belə qiymətli kağız və
xarici valyuta Sığortaçının razılığı ilə Sığortalı tərəfindən ödənilərsə, bu zaman onların dəyəri
faktiki ödəmə məbləği əsasında müəyyən ediləcəkdir.
b) Mühasibat kitabları və sənədlər.
Sığortalı işlərin aparılması üçün istifadə etdiyi mühasibat kitabı və digər sənədlərdən ibarət
əmlakın itkisi və ya zədələnməsi hallarında, Sığortalı bu Qaydaların şərtləri əsasında yalnız o halda
məsuliyyət daşıyır ki, belə kitab və sənədləri Sığortalıda qalmış və bu halda da Sığortaçı sığorta
ödənişini yalnız doldurulmamış kitab və sənədlərin dəyəri üstəgəl belə kitab və sənədlərin bərpası
üçün Sığortalının təqdim etdiyi məlumatların yığılması və çoxaldılmasına kompüter saatları üzrə
əməyin dəyərindən çox olmamaqla verəcəkdir.
6.4. Zədələnmiş əmlakın satışından əldə olunan vəsait və təqsirli tərəfdən subroqasiya
qaydasında alınan ödəniş.
Sığorta hadisəsi nəticəsində zədələnmiş əmlak satıldıqda, satışda əldə olunan vəsaitlərdən
aşağıdakı qaydada bölüşdürülən işin aparılması xərcləri çıxılır (Lakin Sığortalının şəxsi xərcləri və
zərərin müəyyən olunması ilə əlaqədar xərclər hesablamaya daxil edilmir):
- İlk növbədə Sığortalıya zərərin sığorta məbləğindən artıq olmayan hissəsi ödənilir
(Ekssesdən sığorta və ya azadolma nəzərə alınmır);
- Sonra, əgər vəsait qalmışdırsa və Sığortalı dəydiyi zərərin məbləği sığorta məbləğindən
artıq olmadığı hallarda, qalan məbləği Sığortalı sığorta ödənişinin verilməsi ilə əlaqədar zəkilən
xərclərin azaldılması məqsədilə Sığorta alır;
- Son növbədə, sığortalıya zərərin əlavə sığorta müqavilələri və fransızın fəaliyyəti ilə əhatə
olunan hissəsi ödənilir.
6.5. Sığorta müqaviləsinin bağlanıldığı zaman dələduzluq.
Əgər sığorta yalan və dələduzluq xarakteri olduğunu qabaqcadan bilərək sığorta ödənişi və
s. ilə əlaqədar Sığortaçıya qarşı hər hansı tələb irəli sürərsə, bu halda sığorta müqaviləsinə xitam
verilir və bütün iddialar rədd edilir.
6.6. Sığorta ödənişinin verilmə müddəti.
Sığortalı tərəfindən aşağıda göstərilən sənədlərin təqdim olunması vaxtından etibarən 15 iş günü
ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması
haqqında qərar qəbul edir:
- Sığorta ödənişinin verilməsi barədə ərizə;
- Sığorta şəhadətnaməsi;
- Baş vermiş hadisə ilə bağlı aidiyyətli orqanların tərtib etdiyi sənədlər (arayış, akt, rəy
və ş.);
- Zərər dəymiş sığorta predmetinə mülkiyyət hüququnu təsdiq edən sənəd;
- Zərərlə bağlı müstəqil ekspertlərin tərtib etdikləri rəy və zərər hesabı;
- Sığorta hadisəsinin mahiyətindən asılı olaraq digər sənədlər.
Əgər zərər sığortalının təqdim etdiyi sənədlər əsasında müəyyən edilməsi mümkün olmayan
hallarda baş verərsə, Sığortaçı zərərin həqiqi səbəblərinin və məbləğinin müəyyən edilməsi üçün
ekspertiza (təhqiqat) aparmaq hüququnu özündə saxlayır. Bu halda sığorta aktı Sığortaçı tərəfindən
ekspertiza və ya təhqiqat başa çatdıqdan sonra 3 gün ərzində, lakin zərərin baş verdiyi tarixdən 6
aydan gec olmamaqla imzalanır.
6.7. Zərərin azaldılması üzrə xərclər.
Zərərin məbləğlərinə həmçinin sığorta hadisəsinin aradan qaldırılması üçün çəkilən
məqsədyönlü xərclər də daxil edilə bilər, lakin ödənişlərin Ümumi məbləği sığorta müqaviləsi ilə
müəyyən olunmuş sığorta məbləğindən çox ola bilməz.
6.8. Subroqasiya hüququ.
Sığortaçı sığorta ödənişi verdikdə, Sığortalının və ya ödəniş almış başqa şəxsin zərərin
əvəzini tələb etmək hüququ ödənilmiş məbləğ həddində Sığortaçıya keçir.
Sığortalı, Sığortaçının özünün bu hüququnu həyata keçirməsini təmin edə bilməsi məqsədilə
özündə olan bütün sənəd və sübutları ona (Sığortaçıya) verməli və zəruri formallıqları yerinə
yetirməlidir. Əgər Sığortalı zərər vuran şəxsə tələb irəli sürmək hüququndan imtina edərsə və ya
onun təqsiri üzündən bu hüququn həyata keçirilməsi qeyri-mümkün olarsa, bu halda Sığortaçı
sığorta ödənişi vermək vəzifəsindən azad edilir. Sığortaçı bu kimi hallarda sığorta ödənişi vermiş
olduqda isə, Sığortalı (yaxud sığorta ödənişi alan şəxs) sığorta ödənişi məbləğini aldığı tarixdən
hesablanmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada faizlərlə birlikdə Sığortaçıya
qaytarmalıdır.
6.9. Əvvəllər verilmiş ödənişin qaytarılması.
Əgər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və ya bu
qaydalara əsasən sığorta ödənişindən imtina etməyə əsas verən hallar müəyyən edilərsə, Sığortalı,
ona ödənilmiş sığorta ödənişini Sığortaçıya qaytarmalıdır.
VII. SIĞORTA ÖDƏNİŞİ VERMƏKDƏN İMTİNA ƏSASLARI (QEYDŞƏRTLƏR/
İSTİSNALAR)
7.1. Bu Qaydalar müvafiq olaraq «Ümumi istisnalar» adı altında göstərilən hallar üzrə
sığorta təminatı verilmir.
Ümumi istisnalar
1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə aşkar edilməyən, eləcə də sığorta
müqaviləsi ilə nəzərdən tutulmuş olan, geriyə qüvvəsi olan tarixədək aşkar edilməyən istənilən
zərər.
2. Sığortalının direktoru və ya direktorları tərəflərindən öhdəliklərin yerinə
yetirilməməsinin qismən və ya tam nəticəsi olan istənilən zərər; onun (onların) Sığortalının əmək
haqqı alan və ya almayan əməkdaşı olmasından asılı olmayaraq.
3. Sığortalının, yaxud onun əməkdaşlarının dələduzluq və ya qeyri-səmimi (yalan)
hərəkətləri nəticəsində yaranan zərərlər “1 Qeyd-şərtində” nəzərdə tutulursa.
4. Aşağıdakılar əsasında öhdəliklərin qismən və ya tam yerinə yetirilməməsi və ödəməmə
ilə əlaqədar zərərlər:
a) Sığortalı tərəfindən, yaxud onun adından həyata keçirilən istiqrazlar, yaxud istiqraz
məbləğində digər uyğun əməliyyatlar;
b) Düzgün yolla, yaxud hiyləgərliklə, yalanla alınıb-alınmamağından asılı olmayaraq
verilmiş, yaxud satılmış istənilən veksel, hesab, müqavilə və ya borcların digər sübutları; Əgər
bunlar 1 və 4 Qeyd-şərtlərində nəzərdə tutulmursa. Bu hallarda zərər məbləği, faiz və komisyon
mükafatlarının və s. Ödənilməsi və alınması daxil olmaqla hər hansı mənbədən əldə edilmiş
məbləğlər çıxılmaqla hesabdan çıxarılmış məbləğlər, behlər üzrə müəyyən edilir.
5. Sığortalı tərəfindən, müvafiq hesablarda inkassa edilməmiş, kreditə məbləğlər yazılması
səbəbindən payların götürülməsi; veksel və çeklər üzrə pulların alınması (bu məbləğlərin
Sığortalının və ya onun hər hansı işçinin dələduzluq və ya qeyri-səmimi hərəkətləri daxil olmaqla,
düzgün yaxud saxtakarlıq, hiyləgərlik və s. yollarla əldə edilməsindən asılı olmayaraq) ilə əlaqədar
zərərlər.
6. Sığortalı tərəfindən inkassa edilməmiş məbləğin səhvən müvafiq hesaba yazılması
səbəbindən əmanətçilərin hər hansı birinin hesabından əmanətlərin götürülməsi və ya vəsaitlərin
verilməsi ilə əlaqədar zərərlər (Əgər belə zərərlər 1 Qeyd-şərti ilə nəzərdə tutulmamışdırsa).
7. Məbləğindən asılı olmayaraq səhv nəticəsində kassada çatışmazlıqla əlaqədar yaranan
zərərlər;
8. Müştərilərin seyflərində olan hər hansı əmlakın itkisi və ya zədələnməsi; əgər belə itki və
zədələnmə 1 Qeyd-şərti ilə nəzərə tutulmamışdırsa.
9. Sığortalı binasından (ofisində) olan əmlaka aşağıdakı təhlükələr nəticəsində təminatlarda
əlaqədar zərərlər;
a) Sığortalının direktoru və ya hər hansı işçisinə bədən xəsarəti yetirilməsi, hər hansı işçinin
mühafizəsi altında əmlakın yolda olduğu zaman itkisi halları istisna olunur; əgər daşınma
başlanmazdan əvvəl belə təhlükənin baş verəcəyindən Sığortalının məlumatı olmamışdırsa;
b) Sığortalının binasında (ofisinə) və ya hər hansı digər əmlakına, yaxud hər hansı digər
şəxsə zərər yetirilməsi.
10. Sığortalı məxsus olan, istifadə edilən, onun tərəfindən xidmət göstərilən və binasından
(ofisindən) kənardan yerləşən kompüterlər vasitəsilə manipulyasiyanın birbaşa və ya dolayı nəticəsi
ilə əlaqədar zərər; Əgər belə zərər 1№-li sığorta riski ilə əhatə olunmursa.
11. Mətnin saxtakarlıq və ya dələduzluq yolu ilə dəyişdirilməsinin birbaşa və ya dolayı
nəticəsi ilə əlaqədar zərər; Əgər belə 1,4 və ya 5№-li risklərlə əhatə olunmursa.
12. Hər hansı yol çekləri, yol akkreditivləri, konosamentlər, əmlakın alınması haqqında mal
qəbzləri və yaxud uyğun məqsədlər üzrə istifadə olunan hesab və digər qəbzlərdə saxtakarlıq və ya
dələduzluq dəyişikliklərinin nəticəsi ilə əlaqədar zərər; Əgər bu zərər 1№-li sığorta riskində nəzərdə
tutulmamışdırsa;
13. Satma hüququ əsasında Sığortalıda saxlanılan satılmayan yol çeklərinin itkisi; Əgər
sığortalı belə zərər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımırsa və ya belə
çeklər sonralar çekverən tərəfindən ödənilmirsə.
14. Sığortalının, yaxud hər hansı digər şəxsin buraxmasından asılı olmayaraq kredit və
ödəniş kartları üzrə istənilən zərər.
15. Sığortalının qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığı (birbaşa)
maliyyə zərərinə görə sığorta müqaviləsi üzrə ödənişlə əlaqədar zərərlərdən başqa) hər hansı
zədələnmə və ya istənilən növ itki.
16. Potensial gəlirin alınmamağı ilə əlaqədar istənilən zərər (zərər nəticəsində kapital və ya
dividentlərə faizlər də daxil olmaqla).
17. Müharibə, aşınma, tədricən korlanma, güvə ya digər canlı orqanizmlərin təsiri
nəticəsində hər hansı əmlakın zədələnməsi və ya itkisi.
18. Hər hansı əmlakın tayfun, uraqan, siklon, vulkan püskürməsi, zəlzələ, yeraltı yanğın və
ya digər təbii fəlakətlərin birbaşa və ya dolayı təsiri nəticəsində zədələnməsi, yaxud itkisi və ya
bunlarla eyni zamanda, yaxud nəticəsi kimi baş verən yanğın, talan etmə ilə əlaqədar zərər.
19. Müharibə, hərbi müdaxilə xarici rəqibin və ya düşmənin hərəkətləri, döyüş və ya hərbi
əməliyyatlar, vətəndaş müharibəsi, qiyam, tətil, inqilab, közə yürüşləri, qiyam, üsyan, ictimai
qarışıqlıq, hərbi və ya saxta hökumətin, hərbi vəziyyətin elan edilməsi, qanuni hökumətin qeyd
olunanlarla əlaqədar gördüyü tədbirlərin bilavasitə və ya dolayı təsiri nəticəsində baş vermiş
istənilən itki və zərər.
Sığorta predmeti ilə əlaqədar istənilən iddiaya istənilən məhkəmə baxışında Sığortalı sığorta
predmeti ilə bağlı hadisənin yuxarıda sadalanan hallar nəticəsində baş vermədiyini sübut etməlidir.
20. a) Əmlakın belə itki, zərər və ya zədələnmələrlə əlaqədar yaranan istənilən itki, zərər və
ya zədələnmə;
b) Aşağıdakıların bilavasitə və ya dolayı təsiri nəticəsində yaranan hər hansı hüquqi
məsuliyyət:
- İstənilən növ nüvə yanacağı ilə və ya nüvə yanacağının yanması nəticəsində ayrılan
tullantılardan ionlaşdırıcı radiasiya və ya radioaktiv zəhərlənmə;
- Partlayıcı nüvə qurğusu və ya onun komponentlərinin radioaktiv, zəhərli, partlayıcı və
digər təhlükəli faktorlar.
7.2. Sığortaçının sığorta ödənişi verməkdən imtina üçün əsasları həmçinin aşağıdakılardır:
- Sığortalının, yaxud onun hər hansı işçisinin sığorta hadisəsinin baş verməsinə yönəlmiş
qərəzli hərəkətləri;
- Sığortalı, xeyrinə sığorta müqaviləsi bağlanmış hər hansı şəxs, yaxud onların işçilərinin
bilavasitə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar olan cinayətkar əməlləri;
- Sığortalı tərəfindən Sığortaçıya sığorta predmeti barəsində qəsdən yalan məlumat
verilməsi;
- Sığortalı ziyanın vurulmasında təqsirkar olan şəxsdən ödəniş alması;
- Sığortalının bağlanmış müqavilə üzrə riskin səviyyəsinin artması barədə Sığortaçını
məlumatlandırmamağı;
- Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
7.3. Sığortaçı sığorta ödənişi verməkdən imtina etməsi haqqında qərarını sığortalıya, səbəbi
göstərilməklə sığorta aktının tərtib edilməsi üçün müəyyən olunmuş müddətdə göndərir.
VIII. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ, DİGƏR ŞƏRTLƏR
8.1. Sığortalı hər hansı ziyanın baş verməsinə səbəb olmuş müəyyən əməl və ya
hərəkətlərlə əlaqədar irəli sürülən istənilən tələb və iddianın araşdırılması, yaxud məhkəmə baxışı
zamanı belə əməl və hərəkətləri sığorta müqaviləsi əsasında sığorta ödənişi verilməsinə əsas
verdiyini müəyyən edərsə, bu halda Sığortaçı belə tələb, iddia və ya məhkəmə baxışı ilə əlaqədar
Sığortalının çəkdiyi xərcləri ona əlverişli məbləğ həddində ödəyəcəkdir. Belə ödəniş sığorta
müqaviləsi ilə müəyyən olunmuş sığorta limitinə əlavə hesab olunur.
Sığortaçı Sığortalıya qarşı irəli sürülən hər hansı belə tələb, iddia və ya məhkəmə baxışının
müdafiəsini istənilən vaxt öz üzərinə götürməklə Sığortalının adından həyata keçirə bilər. Bu halda
nəzərə alınır ki, vəkilin (Sığortalı və Sığortaçının birgə razılığı ilə təyin edilmiş) hər hansı məhkəmə
prosedurana etiraz edilməsini məsləhət bildiyi hallardan başqa, hər hansı iddia icraatına etiraz
etməsi Sığortalıdan tələb olunmayacaqdır. Lakin bu halda da nəzərdə tutulur ki, əgər belə itki, zərər
iddia və ya zədələnmənin həcmi tətbiq olunan istənilən tutulmaların (azadolma və s.) məbləğindən
artıq olmazsa, bu halda Sığortaçı belə hüquqi xərclərə görə cavabdehlik daşımır.
Lakin belə itki, zərər, iddia və ya zədələnmənin həcmi tətbiq olunan franşızdən artıq olaraq
olarsa, bu halda Sığortaçı belə itki, zərər, iddia və ya zədələnmənin sığorta müqaviləsində nəzərdə
tutulan həddə cavabdehlik daşıyır.
Sığortaçı, sığorta müqaviləsinin təmin etdiyi hər hansı zərər faktı və ya onun məbləğinin
müəyyən edilməsi ilə əlaqədar Sığortalının çəkdiyi xərcləri ona ödəmir.
8.2.Terminlərin izahı.
Bu Qaydaların və sığorta müqaviləsinin terminləri, istisnaları, məhdudiyyatları və şərtlərinin
tərkibi, izahı və mənası Qaydalarla, eləcə də, əgər müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa,
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunur.
8.3. Cəza sanksiyaları.
Əgər sığorta ödənişi müəyyən olunmuş vaxtdan gec verilərsə, Sığortaçı Sığortalıya
gecikdirilmiş hər gün üçün sığorta məbləğinin qanunvericilikdə müəyyən edilmiş məbləğində
cərimə ödəyir.
8.4. Yurisdiksiya
Sığorta müqavilələri üzrə iddiaların verilməsi və mübahisələrin həll edilməsi Azərbaycan
Respublikası Qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir.
8.5. Məxfilik.
Sığortaçı və Sığortalı bir-birindən aldıqları məlumatların əməl etməyə borcludurlar.
Maliyyə risklərinin
Sığortası Qaydalarına
ƏLAVƏ № 1
SIĞORTA QAYDALARI VƏ MÜQAVİLƏLƏRİNDƏ
İSTİFADƏ EDİLƏN TERMİNLƏR
«Bina (ofis, otaq və s.)» - Sığortalının iş apardığı baş idarə və istənilən filialı və ya
idarələrdir. Bu termin Sığortalının öz işlərini həyata keçirilməsi üçün müvəqqəti istifadə etdiyi
istənilən binalara (ofis, otaq və s.) da aid edilir.
«İşçi» - Sığortalının, onun tərəfindən işə cəlb edilmiş bir və ya bir necə vəzifəli şəxsi, yaxud
hər hansı digər işçisini ifadə edir.
«Əmlak» - Sığortalının öz fəaliyyətində istifadə etdiyi vəsaitlər (valyuta, sikkə və bank
biletləri), kuzələr (qızıl və gümüş), istənilən növ və istənilən formada qiymətli metallar, həmçinin
onlardan düzəldilmiş predmetlər, brilliant (emal olunmamış qiymətli və yarımqiymətli daşlar), səhm
sertifikatları, istiqrazlar, kupon və kağızların sair növləri, konosamentlər, anbar qəbzləri, çeklər,
trattlar, askeptlər, veksellər, depozit sertifikatları, akkreditivlər, sadə veksellər, pul köçürmələri,
xəzinə vekselləri haqqında sərəncamlar, markalar, sığorta polisləri, torpaq sahələrinə sahiblik
hüququnu təsdiq edən sənədlər və bütün verilə bilməyən digər sənədlər, yaxud baratlar və
mühasibat kitabları və digər uçot sənədləri də daxil olmaqla Sığortalının gəlir götürdüyü, yaxud
istənilən məqsədlə istənilən keyfiyyətdə saxladığı (təmənnalı və ya təmənnasız, bunlara görə
məsulliyat daşıyıb-daşımamağından asılı olmayaraq) digər qiymətli kağızlar.
«Çek» - banka yazılmış və tələb üzrə ödənilən barat vekselləridir (tratt).
«Tratta» - şərtlərlə məhdudlaşmayan, bir şəxsin digərinə ünvanlandığı, təqdim edən
tərəfindən yazılı əmrdir. Onun ünvanlandığı şəxs müəyyən vaxta göstərilən məbləği müəyyən
şəxsə, yaxud tələb əsasında üçüncü şəxsə ödəməlidir.
«Aksept» - Trassatın (trattı qəbul edən şəxs) trassantın (trattı təqdim edən) əmrini yetirməyə
razılığı olan barat vekselidir.
«Depozit sertifikatı» - bankın, əmanətçiyə və ya əmanətçinin əmri ilə hər hansı şəxsə ödəniş
vermə öhdəliyi ilə əmanəti yazılı surətdə təsdiq etməsini ifadə edir.
«Götürmə qəbzi» - Əmanətçinin Sığortalıda azdığı əmanət hesabından vəsait almasını təsdiq
edən sənəddir.
«Sadə veksel» - bir şəxsin digər şəxsə təqdim etdiyi və təqdim edən tərəfindən imzalanmış
olan, gələcəkdə müəyyən vaxtda müəyyən məbləğdə pul vəsaitin müəyyən şəxsə, yaxud onun
göstərişi ilə üçüncü şəxsə verməyə şərtsiz yazılı öhdəliyi ifadə edir.
Maliyyə risklərinin
sığortası Qaydalarına
ƏLAVƏ №2
SIĞORTAYA QƏBUL EDİLƏN ƏMLAK
VƏ RİSKLƏRİN SİYAHISI
Qulluqçuların dələduzluğu.
Sığortalının işçiləri tərəfindən, harada törədilməsindən, başqa şəxslərlə əlaqəli edilibedilməməlindən
asılı olmayaraq, bilavasitə qeyri-qanuni şəxsi mənfəət əldə etmək məqsədilə həyata
keçirdiyi bir və ya bir necə dələduzluq aktları ilə zərər vurulması, o cümlədən istənilən belə
hərəkətlər nəticəsində əmlakın itirilməsi. Əmək haqqı, qonorar, komisyon mükafatlar və s. gəlirlər
(əmək haqqının artırılması və xidmətdə irəli çəkilmə) qeyri-qanuni şəxsi mənfəət hesab olunmur.
Bina (otaq, ofis) və bankda saxlanılanlar.
A. Əmlakın yandırılma, oğurluq, soyğuntuluq, sındırma yolu ilə oğurluq, yalan, quldurluq,
yaxud izah edilə bilməyən itmə nəticəsində və ya əmlakın Sığortalının, yaxud harada
yerləşməsindən asılı olmayaraq digər bankın ofisində (ofislərində) olduğu zaman zədələnməsi,
məhv edilməsi və ya əsassız olaraq layiq olmayan şəxsə etibar edilməsi (səbəbinin Kim və ya nə
olmasından asılı olmayaraq) ilə əlaqədar itkisi;
B. Əmlakın Sığortalının ofisində müştəridə və ya müştərinin hər hansı nümayəndəsində
olduğu zaman yuxarıdakı A bəndində göstərilən təhlükələr nəticəsində itkisi. (Sığortalının belə itki
üzrə qanunvericilikdə nəzərdə tutulmuş və Ümumi Şərtlərin 8 bəndi ilə müəyyən olunmuş qaydada
cavabdehlik daşımasından asılı olmayaraq). Bu bənd müştərinin və ya hər hansı nümayəndəsinin
hərəkətləri nəticəsində yaranan itkilər nəzərdə tutmur.
Xüsusi istisna
Bu sığorta əmlakın poçt vasitəsi ilə göndərildiyi vaxtda və onun hər hansı mühafizə və ya
inkassator kompaniyasının məsuliyyətində olduğu zaman itkisi və ya zədələnməsi üzrə yaranan
zərərlərə şamil edilmir.
3. Daşınma.
Əmlakın daşıması, yaxud Sığortalının maraqlarında daşınmanın həyata keçirilməsi məqsədi
ilə hər hansı və ya inkassator kompaniyasının məsuliyyətində olduğu zaman istənilən səbəbdən itki
və ya zədələnməsi.
xüsusi istisna
Bu sığorta, poçt vasitəsi ilə göndərilən və ya istənilən mühafizə, yaxud inkassator
kompaniyasının məsuliyyətində olduğu zaman əmlakın itkisi və ya zədələnməsi üzrə zərərləri, belə
itki və zərərlərin məbləğinin Sığortalının aşağıdakılar əsasında ala biləcəyi məbləğdən artıq
olmadığı hallarda təmin etməyəcəkdir:
1) Sığortalının mühafizə və ya inkassator kompaniyası ilə müqaviləsi;
2) Yuxarıda qeyd olunan mühafizə və ya inkassator kompaniyasının onun müştərilərinin
maraqlarında olan sığorta müqaviləsi;
3) Qeyd olunan mühafizə və inkassator kompaniyasının müştərilərinə, yaxud onların
maraqlarına şamil olunan bütün növ sığorta və istənilən formada ödənişlər. Bu halda sığorta
müqaviləsi məsuliyyət həddi limitində artıq məbləği yalnız şərtləşdirilmiş məbləğ həddində təmin
edir.
Xüsusi şərtlər
Daşınma, mühafizə və inkassator kompaniyasının işçisinin əmlakı Sığortalıda, yaxud onun
göstərişi ilə təhvil aldığı andan başlayır və təyinat yerində onun mühafizə və ya inkassator
kompaniyasının işçisi tərəfindən təhvil verildiyi anda başa çatmış hesab olunur.
Sığortalının, müştərinin göstərişi üzrə pul ödəmələrinin verməsini və ya digər uyğun
əməliyyatları həyata keçirilməsini öz üzərinə götürdüyü hallarda, daşıma bilavasitə müştərinin
binasına çatdıqdan sonra bitmiş hesab olunacaqdır.
4. Saxta çeklər və s.
A. Çeklərdə, hesablarda, veksellərdə, akseptlərdə, trattlarda (barat veksellərində), depozit
sertifikatlarında, akkreditivlərdə, eləcə də fondlardan pulların köçürülməsinin geri çağırılması
zamanı hesabdan silinmə haqqında qəbzlərdə və dövlət xəzinə vekselləri üzrə əmrlərdə saxtakarlıq.
B. Saxtalaşdırılmış sadə veksellərin və ya saxta indossamenti sadə veksellərin Sığortalı
tərəfindən ödənilməsi. Yuxarıda qeyd olunan sənədlər, onlarla məşğul olan işçiyə tanış olan
istənilən xətlə icra edilə bilər. İmzaların mexaniki həyata keçirilmiş faksimil surətlərinə əlyazma
imzalar kimi baxır.
Xüsusi istisnalar
Bu sığorta Qeyd-şərti, yuxarıda sadalanan sənədlərdəki imzaların həqiqi, məzmununun isə
yanlış, qeyri-düzgün olması ilə əlaqədar yaranan hər hansı zərərin ödənilməsinə təminat vermir.
«Saxta», «Saxtalaşdırılmış» sözləri üzərindəki imzalar həqiqi, mətnləri isə yanlış qeyri-düzgün olan
sənədlərə şamil olunmur. «Ödəmə» sözü sadə veksellərdə Sığortalının müvafiq borc öhdəliyini
yerinə yetirməsini ifadə edir və bu sadə veksel üzrə alıqı, satış, ssuda və ya avans əməliyyatların
şamil edilmir.
5. Saxta valyuta.
Sığortalının aldatma nəticəsində ofisinin yerləşdiyi zərərlərə məruz qalan ölkənin guya
tədavül vasitəsi olması adı altında buraxılmış saxta və ya dəyişiklik edilmiş valyuta yaxud sikkələr
alması.
A. Sığortalının ofisində hər hansı mebel vasitələr, avadanlıq (kompüter və mərkəzdən uzaq
olan avadanlıqlar istisna olunur), dəftərxana ləvazimatları və ya materiallarının həmçinin yanmayan
seyf və şkafların sındırma ilə oğurluq, soyğunçuluq, quldurluq və ya bu hərəkətlərə cəhd
nəticəsində itkisi, yaxud zədələnməsi.
B. Sığortalının hər hansı ofisinin sındırma yolu ilə oğurluq, soyğunçuluq, quldurluq,
yandırma və ya belə hadisələrə cəhd yaxud ofisin interyerinin (Sığortalının burada olan mebel,
vəsaitlər, avadanlıq, dəftərxana ləvazimatları, seyf və yanmayan şkafların sahibi olduğu, yaxud
bunların itkisi və ya zədələnməsinə görə məsuliyyət daşıdığı hallarda) vandalizm və ya qərəzli
hərəkətlər nəticəsində zədələnməsi ilə əlaqədar yaranan zərərlər.
Xüsusi istisna
Bu Sığorta Qeyri-şərti yanğın nəticəsində yaranan itki və zədələnmələr üzrə zərərlərin
ödənilməsinə təminat vermir.
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti
MALİYYƏ RİSKLƏRİNİN SIĞORTASININ TARİF DƏRƏCƏLƏRİNİN
HESABLANMASI
Tarif dərəcələri hesablanarkən aşağıdakı göstəricilərdən istifadə olunur:
1) Sığorta hadisəsinin baş verməsi ehtimalı (q):0,01;
2) Bir müqavilə üzrə ora sığorta məbləği (S o.c.m.): 40 000 AZN;
3) Bir müqavilə üzrə orta sığorta ödənişi (S o.c.m.): 12 000 AZN;
4) Bağlanılacaq müqavilələrin (n):20.
Tarif dərəcəsi iki hissədən ibarətdir: netto-dərəcə və yüklənmə.
Netto-dərəcə (H) özü də iki hissədən ibarətdir: Əsas hissə (H1) və risk üstəliyi (H2). Onda
Təsəvvür edək ki, toplanmış sığorta mükafatları sığorta ödənişi verilməsinə 0,9 ehtimalı ilə kifayət
edir. Onda bu ehtimala uyğun əmsal 1,3 olar. Beləliklə,
Tarif dərəcəsinin strukturu: netto-dərəcə -70 %, yüklənmə – 30%.
Onda tarif dərəcəsi (T) aşağıdakı şəkildə tapılır:
Sığorta predmetinin xarakteristikasından sığorta riskinin dərəcəsinə təsir edən amillərdən,
azadolmadan və s. səbəblərdən asılı olaraq yuxarıda alınan bazis tarif dərəcəsinə azaldıcı (0.1 -1) və
ya artırıcı (1-2) əmsallar tədbir edilə bilər.