The oil and gas industry – one of the most significant and broad sectors that includes an immense amount of directions, which means numerous industrial objects, functional nodes and technological processes.
Our company offers our customers the development of a new individual programme of insurance of companies in the fuel and energy sectors with extensive coverage of potential risks: Our insurance coverage is based on the "Insurance terms relating to acquisition and development in the power sector" EED 8/86 by Loyds' syndicate, approved in global practice. We guarantee that insurance coverage offered by Halg Sigorta is reinsured by the leading and the most reliable reinsurance companies in the world.
Our experts will develop a specific insurance programme, taking into account your budget, aims and business specifics. Please, contact us by calling to 183, or send a message with your contact details and type of insurance required for your company, and our experts will contact you.
NEFT VƏ QAZ YATAQLARINDA KƏŞFİYYAT VƏ HASİLAT İŞLƏRİNİN
APARILMASI SIĞORTASININ
QAYDALARI
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Qanununa
və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.
1. SIĞORTALI
Sayından asılı olmayaraq, Sığortalıya edilmiş bütün bildirişlər, yuxarıda adı çəkilən Sığortalının
ünvanına göndərildiyi andan etibarən qüvvəyə minir.
2. SIĞORTA PREDMETİ VƏ SIĞORTA TƏMİNATI
Bu Qaydalar üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu
quyulardır.
Sığorta təminatı hər zaman bu sığorta növünün Qaydalarına müvafiq olaraq verilir və aşağıdakı
bölmə(lər) üzrə seçilir:
a . Q u y u ü z ə rində nəzarətin bərpa edilməsi sığortası (A Bölməsinə müvafiq
olaraq)
b. Təkrar qazma işlərinin / Əlavə xərclərin sığortası (B Bölməsinə müvafiq
olaraq)
3. ÜMUMİ VAHİD MƏSULİYYƏT LİMİTİ
Burada qeyd olunan Qaydalarda, eləcə də A və/və ya B bölmələrində yer ala biləcək bütün sığorta
təminatları üzrə, 100% risk üçün, baş vermiş hər bir sığorta hadisəsinə görə Ümumi Vahid Məsuliyyət
Limiti.
Bu Qaydalara əsasən Sığortalıya və ya Sığortalıyla yuxarıda göstərilmiş Ümumi Vahid Məsuliyyət
Limitini keçməmək şərti ilə sığorta təminatı verilir. Bu sığorta təminatına məhkəmə xərcləri də
daxildir, bu da Sığortaçının Sığortalı qarşısında, baş verən hər bir sığorta hadisəsinə görə və A və B
bölmələrinə uyğun olaraq bütün sığorta təminatları üzrə ümumi vahid məsuliyyətinin limitidir.
4. AZADOLMA
Ümumi Vahid Məsuliyyət Limiti, Qaydalarda və Müqavilədə, eləcə də A və/və ya B bölmələrində yer
ala biləcək bütün sığorta təminatları üzrə, 100% risk üçün və baş vermiş hər bir sığorta hadisəsinə görə
müvafiq azadolmaları çıxmaq şərti ilə nəzərə alınır.
BÜTÜN BÖLMƏLƏRƏ AİD OLAN QAYDALAR
5. BİRGƏ İŞTİRAKÇILAR
Sığorta təminatı, fərdi və ya kollektiv şəkildə operator olmayan (bundan sonra “Birgə İştirakçılar”
adlandırılacaqdır) digər iştirakçılara (bu sığorta ilə təmin edilmiş qazma quyularında maliyyə və sığorta
maraqları olan şəriklər, partnyorlar və/və ya digər tərəflər) aid edilmək yolu ilə, və belə Birgə
İştirakçıların müqaviləyə daxil edilməsinin müqavilə tərəfləri arasında, bu sığorta təminatı altında
zərərin ödənilməsi üçün iddianın yaranmasına yol açan hər hansı bir sığorta hadisəsi baş verənədək,
yazılı olaraq razılaşdırılması şərtli ilə genişləndirilə bilər.
Birgə İştirakçılara təqdim olunan hər hansı bir sığorta təminatı, Birgə İştirakçının yuxarıda adı çəkilən
Sığortalı ilə birlikdə ümumi marağa malik olduğu əməliyyatlarla məhdudlaşmamalı və bu Sığortanın
Qaydalarına, tarif dərəcələrinə, eləcə də Ümumi Vahid Məsuliyyət Limitinə müvafiq olmalıdır.
6. TARİFİNİN MÜƏYYƏN EDİLMƏSİ QAYDALARI
a. Sığorta tarifləri;
(1) Qazma işləri tarifləri, (a) hər hansı bır quyunun qazma və/və ya dərinləşdirmə və/və ya
tamamlama prosesi müddətinə, və (b) mövcud müqavilənin geriyə qalmış müddətinə (əgər varsa)
tətbiq edilir. Bu müddət (b) ərzində (i) belə bir quyu istismar və/və ya bağlanmış və/və ya müvəqqəti
olaraq dayandırılmış və ya ləğv edilmiş vəziyyətdə olmalı, və (ii) Sığorta Etdirən sığorta təminatını, öz
səlahiyyətindəki istismarda olan və/və ya bağlanmış və/və ya müvəqqəti olaraq dayandırılmış və ya
ləğv edilmiş quyuları sığortaya daxil etmək yolu ilə genişləndirməlidir;
(2) Təmir işləri tarifləri hər hansı bir quyunun baxılması və/və ya təmiri və/və ya bərpa edilməsi
müddətində tətbiq edilir; və
(3) İstismarda olan və/və ya bağlanmış və/və ya müvəqqəti olaraq dayandırılmış və ya ləğv
edilmiş quyular üçün tariflər illik əsasda verilir və müqaviləyə uyğun olaraq qazma işləri tarifləri ilə
sığorta mükafatı ödənilmiş istismarda olan və/və ya bağlanmış və/və ya müvəqqəti olaraq
dayandırılmış və ya ləğv edilmiş quyulara aid edilmir.
b. Dərk edilmiş və razılaşdırmışdır ki, bir metr dərinlik nəzərdə tutulmuş tarif dərəcəsi,
quyunun yer səthindən dibinə qədər və ya dəniz dibindən quyunun dibinə qədər dərinliyi əsas tutularaq
qazılmış ümumi dərinliyinə aid edilir.
c. Quyuların dərinləşdirilməsi və çox təbəqəli tamamlanması üçün nəzərdə tutulan sığorta
mükafatı, bir metr dərinlik üçün tətbiq olunan qazma işləri tarifinin 100%-i təşkil edir və bu tarif
quyunun, yer səthindən dibinə qədər və ya dəniz dibindən quyunun dibinə qədər, son dərinliyinə aid
edilir.
7. İSTİSNALAR
Müqaviləyə əsasən aşağıdakı sadalanlara təminat verilmir və məsuliyyət ortaya çıxmır:
a. Hər hansı dövlətin, və ya başqa bir hökumət qurumunun, və yaxud hər hansı bir hökumət
orqanının və ya onun strukturunun qanunlarına əsasən tətbiq edilən hər hansı cərimə və sanksiyalar;
b. Kompensasiya xarakterli zərərlərin artması nəticəsində əmələ gələn zərərlər də daxil olmaqla
hər hansı cəzalandırıcı və ya cərimə tətbiqedici zərərlər;
c. Bu Qaydaların hər hansı mühüm şərtlərinin və ya qaydalarının tamamilə və yaxud qismən
pozulması nəticəsində ortaya çıxan hər hansı bir hadisənin birbaşa və ya dolayı nəticəsinin birbaşa və
ya dolayı nəticəsi kim ortaya çıxan bütün vəsatətlər;
ç. Aşağıdakılar nəticəsində əmələ gələn itki, zərər və ya xərclər:
(1) (a) hər hansı bir hökumət və ya suveren hakimiyyət (de yura və ya de fakto), və yaxud hərbi
quvvələrə, həmçinin dəniz və ya hava hərbi qüvvələrinə malik olan və ya onlardan istifadə edən digər
hakimiyyət orqanları ,yaxud (b) hərbi, dəniz və ya hava qüvvələri yaxud (c) hər hansı belə hökumət,
hakimiyyət və ya qüvvələrin təmsilçisi tərəfindən real, görünən yaxud yaxınlaşan hücuma qarşı
müdafiə və ya döyüş tədbirləri də daxil olmaqla, sülh və ya müharibə dövründə hər hansı müharibə,
düşmən əməliyyatları və ya hərbi əməliyyatlar;
(2) sülh və ya müharibə dövründə, nüvə parçalanması və ya radioaktiv qüvvəyə əsaslanan hər hansı
bir hərbi silah(lar);
(3) üsyan, qiyam, inqilab, vətəndaş müharibəsi, hakimiyyətin qəsb edilməsi və ya hökumətin
yuxarıda sadalanmış xalq hərəkatlarının qarşısının alınması və ya onlardan müdafiə olunması
istiqamətində apardığı işlər, karantin və ya gömrük təlimatlarına müvafiq olaraq müsadirə və ya məhv
edilmə, və yaxud qaçaqmalçılıq və ya qanunsuz daşınma və ticarət.
d. Sığortalının və ya onun adından çıxış edən hər hansı bir şəxsin və ya təşkilatın qeyri-nəcibliyi
(sədaqətsizliyi) nəticəsində meydana çıxan itki, zərər və ya xərclər;
e. Sığortaçı ilə xüsusi olaraq, başqa cür razılaşdırılmayıbsa, bu sığorta müqaviləsi qüvvəyə minən
zaman qazma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə prosesində
olan hər hansı bir quyu ilə əlaqədar, belə qazma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma
və/və ya bərpa edilmə işləri tamamilə başa çatanadək meydana çıxan itki, zərər və ya xərclər.
8. ZƏRURİ DİQQƏT HAQQINDA QEYD-ŞƏRT
Bu Sığortanın şərti budur ki, Sığortalı, bu sığorta təminatına daxil olan bütün əməliyyatları apararkən
zəruri qayğı və diqqəti göstərməlidir. Bu zaman Sığortalı , texniki təhlükəsizlik qaydalarına əməl
etməli və bu məqsədlə istifadə edilə biləcək lazımi avadanlığa malik olmalıdır, və sığorta olunmuş
quyuda təhlükəli vəziyyət yaranarsa öz xərcləri hesabına, bu sığorta ilə təmin olunmuş risklərin
qarşısını almaq üçün bütün mümkün olan tədbirləri görməlidir.
9. SUBROQASİYA
a. İtkinin əvəzini, dəymiş zərəri və ya xərcləri ödədikdən sonra, Sığortalının ödənilmiş belə itki,
zərər və ya xərclər üçün hüquqi məsuliyyət daşıyan hər hansı bır üçüncü şəxsdən, şirkətdən və ya
korporasiyadan zərərin əvəzini tələb etmək hüquqları Sığortaçıya keçməlidir.
b. Razılaşdırılmışdır ki, Sığortaçılar bu sığorta ilə təmin olunmuş itki, zərər və ya xərclərinin
əmələ gəlməsinə görə cavabdeh hesab edilən hər hansı bir üçüncü tərəfə qarşı Sığortalı adından iddia
qaldıra və işi məhkəməyə verə bilər. Belə iddianın qaldırılması və ya hüquqi proseslərin gedişi zamanı
Sığortalı Sığortaçıya hərtərəfli kömək etməlidir.
c. Sığortalıya müqavilə əsasında və ya başqa bir yolla Sığortalı üçün müəyyən bir iş görən, və
yaxud Sığortalının müəyyən xidmətlər göstərdiyi hər hansı bir şəxs, şirkət və ya korporasiyaya qarşı
subroqasiya hüquqlarının Sığortaçıya verilməsindən imtina etməyə haqlıdır. Bu şərtlə ki, bu imtina
yazılı şəkildə və sığorta təminatına daxil olan hər hansı bir sığorta hadisəsi baş verənə qədər
Sığortaçıya təqdim olunsun.
ç. Müqavilədə nəzərdə tutulan və ya yol verilən hallar istisna olmaqla, Sığortaçı tərəfindən
ödənilən hər hansı bir iddiaya münasibətdə subroqasiya və ya əldə etmə haqlarının Sığortaçıya
verilməsinə Sığortalı imtina etməməli, məhdudlaşdırmamalı və Sığortaçı bu subroqasiya və ya əldə
etmə hüquqlarından məhrum edilməməlidir. Sığortalı tərəfindən belə imtina, məhdudiyyət və ya
Sığortaçını adı çəkilmiş hüquqlardan məhrum etmə ilə əlaqədar yaranmış tələblər Sığortaçı tərəfindən
ödənilməyəcəkdir.
10. SIĞORTA HADİSƏSİNİN BİLDİRİLMƏSİ VƏ SÜBUT OLUNMASI
Sığortalı, sığorta hadisəsi, onun baş vermə vaxtı, yeri, səbəbi və şəraiti haqqında, dərhal Sığortaçıya
məlumat verməlidir. Həmçinin Sığortalı mümkün qədər qısa müddət ərzində sığorta hadisəsini təsdiq
edən ətraflı bildiriş və ödəniş orderi ilə Sığortaçıya müraciət etməlidir. Eləcə də, Sığortaçının tələbi ilə,
iddianın müəyyənləşdirilməsi və əsaslandırılması üçün lazım olan bütün qeydləri, sazişləri,
müqavilələri və digər sənədləri ona və ya onun nümayəndəsinə təqdim etməlidir.
11. QALIQ DƏYƏR
Sığorta hadisəsi baş verdikdə, Sığortalı tərəfindən sığorta hadisəsi ilə əlaqədar istifadə və ya əldə
edilmiş hər hansı avadanlıq və/və ya materialın qalıq dəyəri, iddianın tənzimlənməsi zamanı
Sığortaçının ixtiyarına keçəcəkdir.
12. SƏNƏDLƏRİN ARAŞDIRILMASI
Aşağıda göstərilən hallarda:
a. bu sığorta müddətində, və ya
b. Sığortaçıya qarşı iddia qaldırıldığı müddət ərzində və ya
c. Sığortaçıya qarşı məhkəmə təhqiqatları başlayan zamandan etibarən, bütün şikayətlər (əgər
varsa) daxil vərti ilə, son məhkəmə qərarı verilənə qədər.
Sığortaçı bu sığorta təminatına daxil olan quyuya olan aid bütün xərc və məsrəflərlə əlaqədar istənilən
sənədləri tədqiq etmək hüququna malik olacaqdır. Həmçinin Sığortaçının nümayəndələri də bu
sənədlərlə istənilən əlverişli bir zamanda tanıv olmaq imkanına malik olmalıdırlar.
13. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ
13.1 Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin
tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından
əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən çox
müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini
əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
13.2 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə
münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə
tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla
müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə)
qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta müqaviləsi üzrə
vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də
müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.
13.3 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə
münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını(qrup halında sığorta
zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə
Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə
bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış
müddəti üçün sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti
üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
13.4 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə
münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən Sığortalıya
ödənilmiş sığorta haqqına(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə
ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı(qrup
halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları)
Sığortalıya qaytarılmır.
13.5 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı
tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı
bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta
haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması
müvafiq olaraq bu Maddənin 13.1-ci və 13.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
13.6 Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş qaydada
xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla
müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə)
qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 13.3-cü və 13.4-cü maddələrinin tələbləri nəzərə
alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.
13.7 Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərcləri dedikdə
inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur.
14. ANLAYIŞLAR
a. ”Sığorta olunmuş quyu(lar)” dedikdə aşağıdakı mərhələlərdən birində olan neft və/və ya qaz
və/və ya istilik enerjisi quyuları başa düşülür:
(1) qazılma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə müddətində
iş və qurtarana və ya ləğv edilənə qədər;
(2) istismar dövründə;
(3) bağlı olduğu müddətdə;
(4) müvəqqəti olaraq dayandırıldığı və ləğv edildiyi müddətdə;
b. “Hadisə” dedikdə ayrıca bir itki, fəlakət və ya qəza, və yaxud bir hadisənin təzahürü kimi ortaya
çıxan itkilər, fəlakətlər və ya qəzalar bava düşülür.
(1) Sığorta müddətində, 72 (yetmiş iki) ardıcıl saat ərzində eyni atmosfer dalğalanmasından
yaranan fırtınalı külək, tornadolar, siklonlar, qasırğalar, oxşar fırtına və ya güclü və dağıdıcı təsirə
malik küləklər bir hadisə kimi qiymətləndirilir.
(2) Hər bir zəlzələ təkanı və ya vulkan püskürməsi ayrıca bir hadisə kimi qiymətləndirilir.
(3) “Müdafiə xərcləri” termini təhqiqat, tənzimlənmə və məhkəmə xərcləri, üçüncü tərəflərə
ödəmələr, apelyasiyaya şikayəti ilə bağlı xərclər, eləcə də məhkəmə qərarı verilənə qədər və verdikdən
sonra hesablanmış faizlər kimi müəyyən edilə bilər. “Müdafiə xərcləri”- nə işçilərin əmək haqları ilə
bağlı xərclər, adətən Sığortalı tərəfindən əvvəlcədən ödənilən vəkil qonorarı və Sığortalının ofis
xərcləri daxil edilmir.
15. ZƏMANƏTLƏR (MÜHÜM ŞƏRTLƏR)
a. Bu Sığortanın qaydalarına müvafiq olaraq zəmanət verilir ki, əgər Sığortalı, qazma, dərinləşdirmə,
baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə prosesi içində olan hər hansı bir sığorta
olunmuş quyu üzrə əməliyyatçı və ya birgə əməliyyatçıdırsa, o zaman bütün tələblərə, təlimatlara,
qətnamələrə, eləcə də müvafiq sənaye sahəsinə qəbul edilmiş adi və hamı tərəfindən bilinən qaydalara
uyğun olaraq, quyunun yer səthindəki borusuna və ya quyuağzındakı qoruyucu borulara fontandan
qoruyucu (lokaut preventor) quraşdırılmalıdır. Belə qoruyucular ümumi qəbul edilmiş təcrübəyə
müvafiq olaraq quraşdırılmalı və sınaqdan keçirilməlidir.
Əgər Sığortalı hər hansı bir olunmuş quyu üzrə əməliyyatçı və ya birgə əməliyyatçı deyildirsə, o zaman
o, əməliyyatçı tərəfindən bu paraqrafda qeyd olunmuş zəmanətlərin yerinə yetirilməsinə nəzarət
etməlidir.
b. Həmçinin zəmanət verilir ki, Sığortalı və/və ya onun podratçıları, zərərin və ya ətraf mühitin
çirklənməsinin azaldılması məqsədi ilə nəzərdə tutulmuş ştuser və digər avadanlıqların quraşdırılması
zamanı bütün qayda və təlimatlara amal edəcəklər. Həmçinin belə avadanlıqlar (qazma və/və ya təmir
qurğuları da daxil olmaq şərti ilə) müvafiq orqanlar tərəfindən sertifikatlaşdırılmış (tələb olunduğu
zaman) heyətlə təchiz olunacaqdır.
c. Həmçinin zəmanət verilir ki, Sığortalı quyunun nəzarətdən çıxması və ya qazma məhlulunun, neftin,
qazın və ya suyun daşması və ya sızması halında, quyu üzərində nəzarəti bərpa etmək və daşma və ya
sızmanın qarşısını almaq üçün bütün mümkün tədbirləri görəcəkdir.
ç. Dərk edilmiş və razılaşdırılmışdır ki, Sığortalının əməliyyatçısı olduğu, və yaxud əməliyyatçı
olmadan maraqlı olduğu, lakin öz hissəsini sığortası üçün məsuliyyət daşıdığı quyular Sığortalının öz
hissəsindən az olmamaq şərti ilə, proporsional olaraq təmin edilir.
16. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
16.1 Sığortalı tərəfindən aşağıda göstərilən sənədlərin təqdim olunması vaxtından etibarən 15 iş
günü ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması
haqqında qərar qəbul edir:
- Sığorta ödənişinin verilməsi barədə ərizə;
- Sığorta şəhadətnaməsi;
- Baş vermiş hadisə ilə bağlı aidiyyətli orqanların tərtib etdiyi sənədlər (arayış, akt, rəy və
ş.);
- Zərər dəymiş sığorta predmetinə mülkiyyət hüququnu təsdiq edən sənəd;
- Zərərlə bağlı müstəqil ekspertlərin tərtib etdikləri rəy və zərər hesabı;
- Sığorta hadisəsinin mahiyətindən asılı olaraq digər sənədlər.
16. SIĞORTANIN QÜVVƏYƏ MİNMƏSİ VƏ QÜVVƏDƏN DÜŞMƏSİ
a. Sığortanın qüvvəyə minməsi:
(1) Bu sığorta təminatına daxil edilmiş hər hansı quyunun (quyuların) sığortası, əgər aşağıdakı (2),
(3) və ya (4)-cü maddələrin qüvvəyə minməsindən sonra başlamırsa, Sığortaçının bu quyu(lar)dan
marağının yarandığı andan etibarən qüvvəyə minir;
(2) Əgər bu sığorta təminatına daxil edilmiş hər hansı quyunun (quyuların) qazılmasına
müqavilənin qüvvədə olduğu müddət ərzində başlanarsa, o zaman sığorta ilk qazma tarixindən etibarən
qüvvəyə minməlidir;
(3) Sığorta müqaviləsinin bağlanması zamanı qazma, dərinləşdirmə, baxılma, təmir edilmə,
tamamlanma və/və ya bərpa edilmə prosesində olan hər hansı sığortalanmış quyu(lara) münasibətdə
sığorta belə qazma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə işləri
tamamilə başa çatdıqdan sonra qüvvəyə minəcəkdir. Belə quyu(lar) bu Qaydaların İstisnalar
maddəsinin 7e bəndinin olmamağı halında müqavilə qüvvəyə mindiyi tarixdən etibarən sığorta
təminatına daxil edilə bilərdi;
(4) Bu sığorta təminatına daxil olan hər hansı digər quyunun (quyuların) sığortası isə müqavilənin
qüvvəyə mindiyi tarixdən etibarən başlayacaqdır.
b. Sığortanın qüvvədən düşməsi:
(1) Bu sığorta təminatına daxil olan hər hansı quyunun (quyuların) sığortası, əgər aşağıdakı (2), (3),
və ya (4)-cü maddələrinə əsasən qüvvədən düşmürsə, Sığortaçının bu quyu(lar)dakı marağını itirməsi
anından etibarən qüvvədən düşür;
(2) Əgər bu sığorta təminatına daxil olan hər hansı quyunun (quyuların) sığortası sadəcə olaraq
qazma prosesi müddətini əhatə edirsə, yəni sığortalı istismarda olan və/və ya bağlanmış və/və ya
müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş quyuları sığortaya daxil etməmək qərarına gəlibsə, o
zaman sığorta belə quyuların tamamilə ləğv edilməsi və ya tamamlanmasından sonra, və yaxud
müqavilə üzrə Sığortalının məsuliyyətinin sona çatması hallarında, ikisindən hansının daha tez
meydana çıxmasından asılı olaraq, qüvvədən düşəcəkdir. Bu ləğv edilmə və ya tamamlanma
əməliyyatlarına fontan armaturasının nasos və ya quyuağzı avadanlığının quraşdırılması və yaxud
qazma yerindən qazma avadanlığının sökülməsi və çıxarılması halları da daxil edilir. Əgər qazma
avadanlığının qazma yerindən çıxarılmasına daha əvvəl zərurət yaranarsa, tamamlanma
əməliyyatlarının da həmçinin sığorta təminatı altına alınması üçün, belə avadanlığın tamamilə
çıxarılması ilə tamamlama əməliyyatlarının başlanması arasındakı müddət otuz (30) günü
keçməməlidir.
(3) Sığorta müqaviləsinin qüvvədən düşməsi və ya ləğv edilməsi zamanı, qazma, dərinləşdirmə,
baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə prosesində olan hər hansı sığortalanmış
quyuya(lara) münasibətində sığorta təminatı belə qazma, dərinləşdirmə, baxılma, təmir edilmə,
tamamlanma və/və ya bərpa edilmə işləri tamamilə başa çatdıqdan sonra (müqavilənin qüvvədən
düşməsi və ya ləğv edilməsi tarixindən gec olsa da) başa çatacaqdır.
(4) Bu sığorta ilə təmin edilmiş hər hansı digər quyunun (quyuların) sığortası, müqavilənin
qüvvədən düşdüyü və ya ləğv edildiyi tarixdə etibarən və yaxud (əgər müvəqqəti olaraq dayandırılmış
və ya ləğv edilmiş quyular bu sığorta təminatına daxil edilməyibsə) belə quyunun (quyuların) son və/və
ya tamamilə ləğvində sonra, bu iki variantdan hansının daha tez meydana çıxmasından asalı olaraq,
qüvvədən düşəcəkdir.
17. SİYAHI
Müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən, sığorta təminatına daxil olan istismarda olan və/və ya
bağlanmış və/və ya müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş quyuların siyahısı müqaviləyə
əlavə olunur.
18. ZƏRƏRİN ƏVƏZİNİN ALINMASI VƏ QALIQLAR
Çəkilmiş xərclər çıxıldıqdan sonra, subroqasiya yolu ilə əldə edilən məbləğlər də daxil olmaqla, hər
hansı qalıq və ya üçüncü şəxslərdən alınan ödənişlər, verilmiş sığorta ödənişinin məbləği tamamilə
bərpa edilənədək, Sığortaçıya aid olacaqdır.
19. MÜQAVİLƏ MÜDDƏTİNİN UZADILMASI
Əgər sığorta müqaviləsinin başa çatması və ya ləğv edilməsi anında zərərə səbəb ola biləcək hadisə
hələ davam edirsə, bu Sığortanın digər bütün qayda və şərtlərinə Ümumi Vahid Məsuliyyət Limitinə
müvafiq olaraq, əgər zərər bütünlükdə müqavilənin başa çatması və ya ləğv edilməsinə qədər meydana
çıxıbsa, müqaviləyə əsasən sığorta təminatına daxil edilir.
20. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
20.1 Sığortalının hüquqları:
20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan
maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
20.1.2 Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.
20.2 Sığortalının vəzifələri:
20.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
20.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri olan, eyni zamanda sığorta müqaviləsi ilə bağlı
digər məlumatları Sığortaçıya təqdim etmək;
20.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum olan və Sığortaçının müqavilədən imtina
etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün
hallar barədə Sığortaçıya məlumat vermək;
20.2.4 Sığorta müqaviləsinə aid olan sənədlərin qorunub saxlanmasını təmin etmək.
20.3 Sığortaçının hüquqları:
20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən
Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
20.3.2 Bu Qaydalarda nəzərdə tutulmuv hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək,
belə ödənivlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən geri qaytarılmasını tələb etmək;
20.3.3 Sığortalı ona məlum olan riskin qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta
hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini
həyata keçirməkdən imtina etmək;
20.3.4 Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət
ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud
Sığorta müqaviləsinə xitam vermək;
20.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.
20.4 Sığortaçının vəzifələri:
20.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir;
20.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək;
20.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
20.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada
hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.
21. MÜDAFİƏ
Sığortaçı Sığortalıya qarşı qaldırılmış hər hansı bir iddianı müdafiə etməyə və ya hər hansı iddianı
təmin etməyə borclu deyildir. Sığortaçı Sığortalıyla birlikdə, müqaviləyə əsasən qismən və ya tamamilə
ödənilməli olan iddianın müdafiə olunmasında və ona nəzarət prosesində iştirak etmə hüququna
malikdir. Sığortaçı hər hansı bir iddianın müdafiəsi üçün, iddia tamamilə həll edilməyənədək heç bir
xərcləri ödəmək öhdəliyi daşımır. Müdafiə xərcləri meydana çıxmadan əvvəl Sığortaçının belə xərcləri
çəkilməsinə razılığı olmasa, o zaman Sığortaçı xərclərin əvəzini ödəməyə görə məsuliyyət daşımır.
NEFT VƏ QAZ YATAQLARINDA KƏŞFİYYAT VƏ HASİLAT İŞLƏRİNİN
APARILMASI SIĞORTASININ
QAYDALARI
BÖLMƏ A
QUYU ÜZƏRİNDƏ NƏZARƏTİN BƏRPASI SIĞORTASI
1. SIĞORTA TƏMİNATI
Ümumi Vahid Məsuliyyət Limiti çərçivəsində və bu müqavilənin şərtləri və qaydalarına müvafiq
olaraq, Sığortalı tərəfindən çəkilmiş aşağıdakı faktiki məsrəflər və/və ya xərclər Sığortaçı tərəfindən
Sığortalıya ödənilir: (a) sığorta olunmuş quyunun nəzarətdən çıxması nəticəsində üzərində nəzarət
itirilmiş hər hansı başqa quyular da daxil edilmək şərti ilə, nəzarətdən çıxmış hər hansı bir və ya bütün
sığorta olunmuş quyular üzərində nəzarətin bərpa edilməsi üçün və ya bərpa edilməsinə cəhd edilərkən
çəkilən xərclər. Lakin bu bölmənin 2b maddəsində deyildiyi kimi, yalnız quyu üzərində nəzarət bərpa
edilən ana qədəri müddət ərzində çəkilmiş məsrəf və/və ya xərclər ödəniləcəkdir; və (b) i) sığorta
olunmuş quyudan yer səthində və ya suyun dibində çıxan alovun və yaxud bilavasitə sığortalanmış
quyu üzərində nəzarətin itirilməsi nəticəsində alovlanan hər hansı digər quyunun və ya quyuların,
yaxud (ii) sığorta olunmuş quyu və ya quyular üçün yer səthində və ya suyun dibində çıxmış alovun
söndürülməsi üçün və ya söndürülməsinə cəhd edərkən çəkilən xərclər.
Maili quyular, Sığortaçıya dərhal xəbərdarlıq edilməsi və Sığortaçı tərəfindən təyin edilmiş tariflər
əsasında hesablanmış əlavə sığorta mükafatının ödənilməsi şərtlə, avtomatik olaraq bu bölmə üzrə
sığorta təminatına daxil edilir.
2. ANLAYIŞLAR
a.Nəzarətdən çıxmış quyu;
Bu Sığortanın məqsədləri üçün nəzarətdən çıxmış quyu dedikdə, quyudan yalnız yer səthinə və ya yer
altında, və yaxud dəniz dibində məhlulun, neft, qaz və ya suyun qeyri-iradi axını başa düşülür, o halda
ki:
(1) belə axın qısa müddətdə:
a. Zəmanətlər və Zəruri Diqqət haqqında qeyd-şərtlərdə tələb edildiyi kimi sahədə olan avadanlıq
və/və ya fontana qarvı preventor, ştuser və ya digər avadanlıqlar vasitəsilə dayandırıla bilməsin və ya
b. qazma məhlulunun həcminin çəkisini artırmaq və ya başqa analoji materiallarla quyuya müdaxilə
etmək yolu ilə dayandırıla bilməsin və ya
c. Təhlükəsiz qaydada hasilata yönəldilə bilməsin;
və yaxud
(2) müvafiq tənzimedici orqanlar tərəfdən axın nəzarətdən çıxmış hesab edilmiş olsun.
Bununla belə bu Sığortanın məqsədləri çərçivəsində, quyunun lüləsində məhz neft, qaz və ya su axının
olması, əgər bu neft, qaz və ya su yer səthində müvafiq zaman kəsiyi ərzində dövr etdirilə və ya
kənarlaşdırıla bilərsə, belə quyu(lar) nəzarətdən çıxmış hesab edilmir.
b. Nəzarət altına alınmış quyu
Aşağıdakı hallarda bu maddənin a. bəndində göstərilmiş səbəblər nəticəsində nəzarətdən çıxmış
quyu(lar) üzərində nəzarət bərpa olunmuş hesab olunacaqdır:
1. sığorta iddiasına səbəb ola biləcək axın dayanar, dayandırılar və yaxud təhlükəsiz şəkildə
dayandırıla bilərsə və ya
2. bilavasitə sığorta hadisəsi baş verməzdən əvvəl aparılan qazma, dərinləşdirmə, baxılma, təmir
edilmə, tamamlanma və/və ya bərpa edilmə işləri və bunların tamamlanması və ya digər oxşar
əməliyyatlar yenidən aparılmış və ya yenidən aparıla bilərsə və ya
3. quyu bilavasitə sığorta hadisəsi baş verməzdən əvvəlki hasilat, dayandırılmış və ya oxşar
vəziyyətinə qaytarılırsa və ya qaytarıla bilərsə və ya
4. bu bölmədə sığorta hadisəsi kimi qiymətləndirilə neft və ya qaz axımı təhlükəli şəkildə hasilata
yönəldilə bilərsə;
sığortalanmış quyunun müvafiq rəsmi orqanlar tərəfindən nəzarətdən çıxmış elan edilməsi halları
istisna olmaqla, yuxarıdakı sadalanmış şərtlərdən hansının daha əvvəl baş verməsindən asılı olaraq,
belə elanın qüvvədən düşməsi ilə quyu artıq nəzarət altına alınmış hesab olunacaqdır.
c. Xərclər:
Bu Sığortanın qaydalarına müvafiq olaraq ödəniləcək xərclərə materialların və ehtiyat hissələrinin
dəyəri, quyu üzərində nəzarətin bərpa edilməsi üzrə ixtisaslaşmış şəxslər və ya təşkilatların göstərdiyi
xidmətlər üçün ödəmələr, müvafiq rəsmi orqanların təlimatları əsasında çəkilmiş xərclər də daxil olmaq
şərt ilə, quyu üzərində nəzarəti bərpa etmək məqsədilə aparılan maili qazma və digər oxşar əməliyyatlar
üçün çəkilmiş xərclər və eləcə də bu bölmənin 1-ci maddəsində təsvir olunmuş digər xərclər daxildir.
3. XƏRCLƏRİN SONA ÇATMASI
Bütün hallarda və bu Sığortanın Ümumi Vahid Məsuliyyət Limitinə müvafiq olaraq quyu(lar) üzərində
nəzarət bərpa olunduqdan sonra (maddə 2b-də deyildiyi kimi) bu məqsədlə çəkilən xərc və ya
məsrəflərin Sığortaçı tərəfindən ödənilməsi dayandırılacaqdır.
4. İSTİSNALAR
Bu bölmə üzrə aşağıdakı hallarda təminat verilmir və məsuliyyət yaranmır:
a. hər hansı qazma və ya hasilat avadanlığının məhv olması və ya zədələnməsi;
b. hər hansı quyunun və ya quyuların, qazma çuxurunun və ya çuxurlarının məhv olması və ya
zədələnməsi;
c. istismarın dayanması və/və ya gecikməsi (hasilatda gecikmə və ya təxirə salınma da daxil edilir)
və/və ya hasilata zərərin ortaya çıxması (o cümlədən, lay təzyiqinin azalması) və hər hansı layın və ya
lay təyiziqin itməsi və ya azalması ilə əlaqədar xərclər
NEFT VƏ QAZ YATAQLARINDA KƏŞFİYYAT VƏ HASİLAT İŞLƏRİNİN
APARILMASI SIĞORTASININ
QAYDALARI
BÖLMƏ B
TƏKRAR QAZMA /ƏLAVƏ XƏRCLƏR
1. SIĞORTA TƏMİNATI
Bu sığorta təminatına daxil olan və müqavilənin A bölməsində sığorta hadisəsi kimi qiymətləndirmiş
hadisənin baş verməsi nəticəsində dağılan, hər hansı bir şəkildə zədələnən quyunun və yaxud onun bir
hissəsinin bərpası və təkrar qazılması məqsədi ilə çəkilən faktiki xərclər və məsrəflər tərəfindən,
Ümumi Vahid Məsuliyyət Limiti çərçivəsində və bu müqavilənin şərtlərinə və qaydalarına müvafiq
olaraq, aşağıdakı şərtlərə əməl edilmək şərtlə Sığortalıya ödənilir:
a. Sığortaçı Sığortalıya sadəcə olaraq ən əlverişli və iqtisadi səmərəli üsullardan istifadə edilmək
şərti ilə quyunun bərpa edilməsi və təkrar qazılması üçün çəkilən xərclərin və məsrəflərin əvəzini
ödəyir.
b. Baş verən neft və ya qaz axınının təhlükəsiz şəkildə hasilata yönəldilməsi mümkün olan
quyunun bərpa edilməsi və təkrar qazılması üçün (kanat qazmasında vurucu ştanqın sığorta olunmuş
quyuda saxlanması yolu ilə, və yaxud sığorta olunmuş quyu üzərində nəzarəti bərpa etmək üçün
köməkçi quyu və ya quyuların qazılması yolu ilə tamamlanma da daxil olmaqla), B bölməsinə əsasən
sığorta təminatı verilməyəcəkdir.
c. Sığortaçı qazma quyularında, bu müqavilənin A bölməsində 2-ci maddəsində təsvir edildiyi
şəkildə nəzarətdən çıxma anındakı dərinlikdən daha çox dərinliyə qazma xərclərini(a); istismarda olan
və ya bağlanmış quyularda effektli şəkildə istismar edilən geoloji zona və ya qatların yerləşdiyi
dərinlikdən daha çox dərinliyə qazma xərclərini(b) və məsrəflərini ödəməyə görə məsuliyyət daşımır.
2. İSTİSNALAR
Bu bölmə üzrə aşağıdakı hallarda itkilərin əvəzi ödənilməyəcəkdir:
a. hər hansı bir qazma və ya hasilat avadanlığına dəymiş zərər və ya onların məhv olması;
b. gecikmə nəticəsində (hasilat prosesində baş vermiş gecikmə də daxil olmaqla) meydana çıxan
hər hansı itki, zərər və ya xərclər və/və ya istismarın dayanması və/və ya quyunun məhsuldarlığının
dayanması və ya azalması (həmçinin lay təzyiqinin aşağı düşməsi ilə əlaqədar) və hər hansı layın və ya
lay təzyiqin itməsi və ya azalması;
c. hər hansı köməkçi quyunun və yaxud onun bir hissənin bərpası və ya təkrar qazılması məqsədi
ilə çəkilən xərclər və məsrəflər;
d. bu sığorta müqaviləsinin A bölməsi ilə təmin olunmuş itki və ya zərər meydana çıxmazdan
əvvəl müvəqqəti olaraq bağlanmış və ya ləğv edilmiş və itki və ya zərər meydana çıxdığı anda hələ də
müvəqqəti olaraq bağlı və ya ləğv edilmiş vəziyyətdə olan hər hansı bir quyunun quyu daxili
avadanlığı, və yaxud təkrar qazılması və/və ya təkrar tamamlanması.