İlk növbədə müştəri, dəymiş zərərin minimuma endirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirməlidir;
Baş vermiş hadisə ilə bağlı aidiyyəti səlahiyyətli dövlət orqanına (DYP, FHN və s.) dərhal xəbər verməli;
Harada olduğundan asılı olmayaraq “Xalq Sığorta”-nın həftənin 7 günü 24 saat xidmətinizdə olan aşağıdakı növbətçi nömrəmizə zəng edin: qaynar xətt – 183;
Bu tədbirlərdən sonra “Xalq Sığorta”-nın nümayəndələri tərəfindən baş vermiş hadisə araşdırılır;
Nəticə olaraq, “Xalq Sığorta” ödənişin müvafiq qaydalarda nəzərdə tutulmuş müddət ərzində müştəriyə ödənilməsinə zəmanət verir.
Gürcüstana səyahət sığortası əldə etmək indi daha əlçatandır!
Yeni qaydaya əsasən 1 yanvar 2026-cı ildən etibarən Gürcüstana səfər
edəcək xarici vətəndaşlar ölkədə qaldıqları müddət ərzində qüvvədə
olan icbari sağlamlıq və bədbəxt hadisələrdən sığortaya malik olmalıdırlar.
Bu sığorta turizm, işgüzar və ya tranzit məqsədilə daxil olan bütün əcnəbilər
üçün vacibdir. Sığorta təminatının minimum məbləği 30 000 gürcü larisi (GEL)
təşkil etməlidir. Sığortanın əsas məqsədi Gürcüstana gələn turistlərin tibbi risklər,
qəza və bədbəxt hadisələr zamanı maliyyə itkilərindən qorunmasını təmin etməkdir.
Siz də səyahət sığortasını bizdən əldə edərək Gürcüstan səfərinizi daha güvənli edin!