Sığorta hadisəsi baş verdikdə zərərvuran (və ya zərərçəkən) növbətçi nömrə (183 qaynar xətti) vasitəsilə hadisə barədə ilkin məlumat verir.
Qəza komissarı hadisə yerinə gedir və baxış həyata keçirir. Qəza komissarlarının iş və qeyri iş günlərində hadisə yerinə getməsi qəza komissarlarının növbətçilik cədvəlinə uyğun olaraq həyata keçirilir.
Qəza komissarı hadisə yerinə və zərər dəymiş obyektlərə (sığortalanmış əmlak, üçüncü şəxlərə məxsus əmlak) baxış keçirir və fotoşəkillər çəkir. Hadisədə iştirak edən tərəflərin sənədləri (sürücülük və şəxsiyyət vəsiqələri,əmlaka sahibliyi təsdiq edən sənədlər,etibarnamələr) soruşulur və təqdim edilən sənədlərin fotoşəkilləri çəkilir.
Zərərin məbləğinin müəyyən edilməsi prosesinə başlanılır. Avtonəqliyyat vasitələri qiymətləndirmənin həyata keçirilməsi üçün sığorta şirkətinin əməkdaşlıq etdiyi təmir müəssisəsinə yönəldilir.
Qiymətləndirmənin nəticələri barədə zərərçəkənə məlumat verilir.
Zərərçəkən çıxarılmış qiymətlə razı olduğu təqdirdə bütün lazımi sənədləşmə aparıldıqdan sonra Şirkətə dəvət olunur (əks təqdirdə təkrar baxış keçirilir).
Zərərçəkən tərtib edilmiş ödəniş aktına imza atdıqdan sonra sığorta ödənişi həyata keçirilir.
Gürcüstana səyahət sığortası əldə etmək indi daha əlçatandır!
Yeni qaydaya əsasən 1 yanvar 2026-cı ildən etibarən Gürcüstana səfər
edəcək xarici vətəndaşlar ölkədə qaldıqları müddət ərzində qüvvədə
olan icbari sağlamlıq və bədbəxt hadisələrdən sığortaya malik olmalıdırlar.
Bu sığorta turizm, işgüzar və ya tranzit məqsədilə daxil olan bütün əcnəbilər
üçün vacibdir. Sığorta təminatının minimum məbləği 30 000 gürcü larisi (GEL)
təşkil etməlidir. Sığortanın əsas məqsədi Gürcüstana gələn turistlərin tibbi risklər,
qəza və bədbəxt hadisələr zamanı maliyyə itkilərindən qorunmasını təmin etməkdir.
Siz də səyahət sığortasını bizdən əldə edərək Gürcüstan səfərinizi daha güvənli edin!